Yüzillik müharibə

[/u]

Yüzillik müharibə

XIV
əsrdə Fransa ilə İngiltərə araında Yüzillik müharibə adlandırılan müharibə baş verdi (1337-1453). ­zil­lik  müharibənin başlanmasının əsas səbəbləri: ingilis kralının Fransada itirdikləri mülklərini geri almaq istəyi; Flandriyanı və onun şəhərlərini ələ keçirmək uğrunda başlanan rəqabət; IV Filippin oğlanlarının ölümündən sonra İngiltərə kralının Fransa taxtına olan iddiaları (  İngiltərə kralı IV Filippin uzaq qohumu idi. Filippin oğullarının ölüündən sonra onun kişi nəsli kəsilmişdi. İngiltərə karlı bundan istifadə edərək, varislik yolu ilə Fransa taxt-tacını ələ keçirmək istəyirdi).

 

           Flandriya şəhərləri isə Fransanı yox, İngiltərəni müdafiə edirdilər. Bunun səbəbi onların arasında qədimdən bəri sıx ticarət əlaqələrinin olması idi. Fransa  qoşunlarında atlı cəngavər dəstələri üstün idi. Onlar intizamsız şəkildə döyüşür, biri digərindən fərqlənməyə çalışırdı. Piyada qoşunu isə muzdla tutlmuş əsgərlər tşkil edirdi. Daha yaxşı təşkil edilmiş orduya və donanmaya malik olan ingilislər üstünlük qazandılar. İngilislərin piyada qoşunları azad kəndlilərdən ibarət idi. Onlar 600 addım  uzağa ata bilən oxlarla silahlanmışdılar. İngilislər Normandiyanı tutdular. 1346- ildə Fransnın şimal-şərqində Kresi adlı yerdə baş vermiş döyüşdə franız qoşunları məğlubiyyətə uğradılar. 1356- ildə  Puatye döyüşü baş verdi.  İntizamsız Fransa cəngavərlərinin dağınıq hərəkətləri ordunun məğubiyyətinə səbəb oldu. Kral başda olmaqla, fransız feodalları ingilislərə əsir düşdü.

Yüzillik müharibə

1360-
[u]cı
ildə Fransa ilə İngiltərə arasında sülh müqaviləsi bağlandı. Fransa kralı muzdlu tutulmuş hərbi dəstələri artırdı, hərbi donanma yaratmağa başladı. Qərbi Avropada ilk dəfə Yüzillik müharibə dövründə qalaları dağıtmaq üçün istifadə olunan ağır toplar meydana gəldi. Fransızlar yenidən müharibəyə başladılar və böyük uğurlar qazandılar. Lakin az sonra ölkəni yenidən ara müharibəldəri bürüdü. Bundan inglislər istifadə etdilər. 1415-ci ildə   Azenkur   vuruşmasında fransızlar məğlub oldu və ölkənin şimalı ingilislərin əlinə keçdi. Fransanın ən qüdrətli fedallarından biri olan Burqundiya hersoqunun ingilislərin tərəfinə keçməsi  vəziyyəti daha da pisləşdirdi. İngilis qoşunları Parisi tutaraq  ölkənin cənubuna doğru irəlilədilər. Orlean mühasirəyə  alındı. Fransanın taleyi Orleanda həll olunurdu.

 

           İşğala qarşı partizan müharibəsinə Janna Dark başçılıq edirdi. Janna 1429-cu ildə Orleanı mühasirədən azad etdi. Bu hadisə müharibənin gedişində Fransanın xeyriən dönüş yaratdı. Fransa  krallarının tacqoyma mərasmi qədimdən bəri Reyms şəhərində keçirirdi. Fransa şhzadəsi isə hələ rəsmən kral kimi tacqoyma mərasimi keçirməmişdi. Ona görə də Reymsə gedən yol açılmalı idi. Jannanın təkidlə şahzadə Reyms şəhərinə yürüş edərək, tənətənəli şəkildə taxta çıxdı. Feodalların xəyanəti nəticəsində  burqundlar Kompeyn meşəsində Jannanı tutub ingilislərə böyük məbləğdə satdılar. O, 1431-ci ilin mayında Ruan şəhərində tonqalda yandırıldı.

           1453- ildə Fransa ilə İngiltərə arasında sülh bağlandı və Yüzillik müharibə başa çatdı. Fransız torpaqlarından təkcə Kale limanı ingililsrəin əlində qaldı. Xalqın qəhrəmanlığı sayəsində Fransa yadelli əsarəti altına düşməkdən xilas edildi.

Yüzillik müharibə

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 fevral 2012 11:24
    Saolun ki,bu mharibnin tarixini buraya yerldirmisiniz.Mhariby gldikd is ox maraql mharibdir.

  2. 5 noyabr 2013 19:57
    Day adam qalmadi ki,100 illik  muharibe

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.