Ruhlarla söhbətim
//
//
03 avqust 2014
//

Ruhlarla söhbətim

  Qaranlıq duman boğurdu məni. Gözlərimi açmağa tələsdim, açanmadım. Ayağa durmağa çalışdım, dura bilmədim. Qışqırıb kömək istəyirdim, səslənəmədim. Məni sanki saxlayırdılar, işqəncə vermədən, söz demədən, dinləmədən. Ancaq baxırdılar, qəmli-qəmli, hirsli-hirsli. Onların nə istədiyini anlaya
Ruhlarla söhbətim
Babəkdən məktub almışam
//
//
03 avqust 2014
//

Babəkdən məktub almışam

12 əsrdir ki, yad ölkədə, düşmən əhatəsində, zalım bildiyim, adını "peyğəmbər köməkçisi” qoymuş, əslində kafər bir bəndə sayılan Mötəsimin sarayında – Samirədə, məni cəllad Nudnudaya doğratdılar. Qanımı dəstamazda su əvəzi etdilər, başımı Xorasana göndərib gülüş atributuna çevirdilər, bədənimim
Babəkdən məktub almışam
Mehdi Abbasov
//
//
01 avqust 2014
//

Mehdi Abbasov

Qərbi Azərbaycanda anadan olub, deportasiyaya məruz olub, İsmayıllı rayonunda yaşayıb və Qarabağda qəhrəmancasına şəhid olub.    
Mehdi Abbasov
Milli Qəhrəman-Allahverdi Bagırov!
//
//
01 avqust 2014
//

Milli Qəhrəman-Allahverdi Bagırov!

 Xocalı faciəsində 1003 nəfəri əsirlikdən xilas edən Qəhrəman - Allahverdi Bağırovdu. 
Milli Qəhrəman-Allahverdi Bagırov!
İlham Müzəffər oğlu Əliyev
//
//
01 avqust 2014
//

İlham Müzəffər oğlu Əliyev

Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanı adına ilk dəfə 11 nəfər Daxili İşlər Orqanlarında çalışan bir qrup əməkdaşlara verilmişdir. 5 iyun 1992-ci il tarixində imzalanmış bu fərmana əsasən 11 nəfər Azərbaycan vətəndaşı İLK AZƏRBAYCAN MİLLİ QƏHRƏMANI adına layiq görülmüşdür. Onları saytımızda
İlham Müzəffər oğlu Əliyev
Tarixi gözünlə gör! » Muharibeler » Yunan-İran müharibələri

Yunan-İran müharibələri

müəllif cammy
//
8-11-2013, 22:32
//
//
oxunub 1468

Yunan-İran müharibələri

 

Yunan-İran müharibələri (e.ə. 500-449) - Qədim Yunanıstan şəhər-dövlətlərinə (polislər) qarşı İranın işğalçılıq müharibələri. E.ə. 500 ildə Kiçik Asiyada İran hökmranlığına qarşı üsyan etmiş polislərə (Milet üsyanı) Afina və Eretriyanın yardım göstərməsi (Evbeya adasında) Yunan-İran müharibələrinin başlanmasına səbəb olmuşdu. E.ə. 493 ildə üsyanı yatıran İran ordusu Mərdoninin başçılığı ilə e.ə. 492 ilin yazında Hellespontdan keçib Yunanıstanı işğal etmək məqsədilə yürüşə başladı. Lakin Afon burnu (Egey dənizində) yaxınlığında İran donanmasının əksər hissəsi (təqr. 300 gəmi) fırtınadan məhv olduğu üçün yürüş dayandırıldı və yalnız Frakiya ələ keçirildi. E.ə. 490 ilin yazında sərkərdə Datis və Artafernin başçılığı ilə İran ordusu Egey dənizini keçərək yolüstü Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutdu və Afinadan 40 km aralı Marafon döyüşündə (e.ə. 490) afinalılar və plateyalılar İran qoşunları üzərində böyük qələbə qazandılar. Kserksin başçılığı ilə İran qoşunları e.ə. 480 ildə Yunanıstana qarşı yeni yürüşə başlayıb, yunanları Fermopila vuruşmasında məhv edərək Beotiya, Attika və Afinanı ələ keçirdilər. Lakin həmin il İran donanması Salamin adası yaxınlığında ağır məğlubiyyətə uğradı.

Yunan-İran müharibələri

 

E.ə. 479 ildə Yunanıstan polislərinin birləşmiş ordusunun İran qoşunları (Plateya yaxınlığında) və donanması (Mikal burnu yaxınlığında) üzərində qələbəsi Yunan-İran müharibələrinin müqəddəratını həll etdi. İşğal olunmuş polislərin böyük hissəsi azad edildi (e.ə. 478-468). E.ə. 5 əsrin 70-ci illərində afinalı sərkərdə Kimonun başçılığı ilə yunan ordusu Frakiya sahillərini, Egey dənizindəki bir sıra adaları və Bizans şəhərini ələ keçirdi. E.ə. 469 ildə Evrimedont çayı yaxınlığında İran qoşunları ağır məğlubiyyətə uğradılar və bu vuruşmalardan sonra hərbi əməliyyatlar fasilələrlə e.ə. 449 ilə qədər davam etdirildi. E.ə. 449 ildə Salamin yaxınlığında yunanların iranlılar üzərində yeni qələbəsindən sonra sülh haqqında danışıqlar başlandı. Kalli sülhünə (e.ə. 449) əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkdi, Kiçik Asiyada yunan polislərinin istiqlaliyyətini tanıdı.Yunan-İran müharibələrinin əsas şərtləri

Yunan-İran müharibələri

 

Bu müharibələr Yunanıstan tarixində çox mühüm mərhələ oldu. İlk dəfə bu mübarizə nəticəsində ümum Ellada təəsübkeşliyi məsələsi ortaya çıxdı. Kiçik Asiya və ona yaxın adaların yunan şəhərlərinin Əhəmənilərə qarşı üsyanı Yunan-İran müharibəsinin başlanğıc nöqtəsi oldu. Quruşun, II Kambizin, Dəriuşun istilaları bütün Yaxın Şərqin Hahamanişi imperiyasının tərkibinə daxil olmasına gətirdi. Lidiyanın e.ə 546-cı ildə darmadağın edilməsindən sonra, ona tabe olan yunan şəhərləri fasrların hakimiyəti altına keçdilər. Farsların aldığı vergilər Lidiya dövründəkindən çox deyildi, lakin Lidiya hakimiyəti dövründə vergi ilə yığılmış pul yenidən dövrüyəyə buraxılırdı, farslara ödənilən vergi isə ölü yük kimi Əhəməni xəzinəsinə yatırdı. Bu isə yunan şəhərlərinin ticarətinə də böyük zərbə idi. Donanması olmayan lidiyalılardan fərqli olaraq farsların əla finikiyalı donanması vardı. Bundan başqa farslar yunanların üzərinə bir çox, o cümlədən tikinti və hərbi, mükələfiyətlər qoymuşdular. Bundan başqa xarici işğalçılara qarşı mübarizə polisdaxili mübarizə ilə çulğaşırdı, çünki bir müddət siyasi zərurət olan yunan tiraniyaları Əhəməni hakimiyətində özlərinə yeni dayaq tapdılar və tarix səhnəsindən getmək fikrində deyildilər.

Yunan-İran müharibələri

 Yunan-İran müharibələri

 Yunan-İran müharibələri

 


rəylərin sayı. (9)

sirincan
nikiniz 9 noyabr 2013 20:34
təşəkkürlər....

medine
yesilsu76 10 noyabr 2013 11:33
iranda olmusam.tesekuler

ayka
katarina 10 noyabr 2013 11:46
cox maraqlidr.sekilleri haran tapmisan

ozun bilersen.lazim deyil.
lego-chima 15 noyabr 2013 14:14
salam.menim adim legochimadir

medine
yesilsu76 16 noyabr 2013 21:10
BILDIKDE LEGO-HIMADIR ADIN

MELEK
MELEK_9 5 mart 2014 18:41
MUHARIMELERDEN HEMISE ZEHLEM QACIR. HEMISE DOYUSURLER HEC AMA AMA HEC XOSUM GELMIR

cammy 31 mart 2014 14:49
yaxsi rey yazanlari alqislayiram.

Sebine Cahit Kaya :)
SEBIS 14 aprel 2014 14:38
bu werhlerin neyeri varki burda??reklam saytidi buraa???!!!!!!!  angry


--------------------

İdris
APOLLON 26 aprel 2014 22:27
Salam... Tarix movzusunda məni xüsusi ilə maraqlandiran müharibedi bu.. 


Rəyinizi bildirin!

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz şərh yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Sayta daxil ol.
BÖLMƏLƏR

Qan yaddaşımız
Radio Klio
Загрузка плеера ...
Скачать
Səs verin
Saytımızda ən cox istifadəci kimlərdir?
Şagirdlər
Müəllimlər
Tələbələr
Valideyinlər

Dost saytlar