“Naxçıvanda sivilizasiyanın 3500 illiyi”

“Naxçıvanda sivilizasiyanın 3500 illiyi”
"Naxçıvanda sivilizasiyanın 3500 illiyi” mövzusunda
Gənclər, İdman və Turizm Nazirliyinin dəstəyi ilə "Kainat” gənclik mərkəzi Naxçıvan şəhərində "Naxçıvanda sivilizasiyanın 3500 illiyi” mövzusunda keçirdiyi bilik olimpiadasının final mərhələsi respublika məktəblilərini bir daha sınaqdan keçirdi.

“Naxçıvanda sivilizasiyanın 3500 illiyi”

I və II mərhələlər Bakı şəhərində keçirilib. Həmin mərhələlərin qalibləri isə III, yəni final mərhələsinə vəsiqə qazanmışdılar. Final mərhələdə respublikanın müxtəlif rayonlarının məktəbliləri iştirak edirdi. Bunlardan 21 nəfər Sabunçu, Yasamal, Nərimanov, Nəsimi, Qaradağ, Sumqayıt, Ucar və Hacıqabul, 31 nəfəri isə Naxçıvan MR-nin 11 rayonundan gəlmiş məktəblilər idi.
  Olimpiadakılar ilk olaraq Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ucaldılan büstü ziyarət etdilər və abidə önünə gül-çiçək qoydular. Sonra isə şəhərin 4 saylı orta ümumtəhsil məktəbində olimpiadaya start verildi. Olimpiada 25 sualdan ibarət idi. Hər doğru cavab isə 10 balla qiymətləndirilirdi. Suallar "Azərbaycan Tarix Müəllimləri”nin əməkdaşları tərəfindən tərtib edilmişdi. Yarışın ekspertlər qrupu Azərbaycan Təhsil Nazirliyi, GİTN, "Azərbaycan Tarix Müəllimləri” İB, Naxçıvan MR Təhsil Nazirliyi, GİTN-nin əməkdaşlarından ibarət idi. Olimpiada obyektiv və yüksək səviyyədə təşkil olunmuşdu. 1 saat müddətində keçirilən bu olimpiada test üsulu ilə aparıldı. Yarışda iştirak edən hər bir məktəbli "Kainat” gənclik mərkəzi tərəfindən diplomlarla təltif edildi. I, II, III və həvəsləndirici, (IV) yer tutan qaliblər isə diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Yarışda əsasən Ucar, Sabunçu və Babək rayon məktəbliləri fərqləndi. Yəni,
Piriyev Nuru Əhməd oğlu I yer - 240 bal (Ucar), Hüseynov Emin Şəmsəddin oğlu II yer - 217,5 bal (Ucar), İsmayılov Elşən Sultan oğlu III yer - 212,5 bal (Babək),Murtuzayev Seyidağa Mirağa oğlu - həvəsləndirici (IV yer) 207,5 bal (Ucar), Əliyev Xəndan Bitlis oğlu - həvəsləndirici (IV yer) 195 bal (Sabunçu), Cəfərov Asiman Cəlil oğlu - Həvəsləndirici (IV yer) 200 bal (Babək). Olimpiadanın ən yüksək ballarını Ucar rayonu 2 saylı orta məktəbin adıçəkilən şagirdləri Hamlet Əliyev və Ülviyyə Əliyevanın yetirmələri qazandı. Qeyd edək ki, bilik olimpiadasının I və II mərhələlərində (Bakı şəhərində) də Ucar məktəbliləri 2 və 3-cü yerlərə yiyələniblər.
"Kainat” gənclik mərkəzinin direktoru Rahib Rəsulzadə olimpiada haqqında öz təəssüratlarını belə bildirdi : "Bu günkü tədbirin mühüm bir tarixçəsi var. 2002-ci ildə ümummilli lider, əvəzolunmaz siyasətçi Heydər Əliyev cənabları Naxçıvana gələndə, yəni, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan filialının açılışında Tarix Diyarşünaslıq Muzeyinin alimləri belə bir fikir irəli sürdülər ki, Naxçıvanın müəyyən hissələrində arxeoloji qazıntılar davam edir və bu qazıntılar nəticəsində buranın tarixinin qədimliyi məlum olur. Naxçıvanın tarixinin 3500 ildən artıq olmasını bu görüşdə eşitdim və bu münasibətlə əlaqədar təşkilatlara müraciət etdim. Məlum məsələlərə görə, bu iş bir neçə il gecikdi. Lakin son aylar ərzində AGİTN və Türkiyə ilə Əməkdaşlıq və İş Birliyi (TİKA) təşkilatının köməkliyi ilə bu gün biz bu olimpiadanın Naxçıvanda keçirilməsinə nail olduq. Tədbir 3 mərhələdən ibarət idi. Məktəblərə telefonoqrammalar paylanmışdı, mövzu, onun əsasnaməsi göndərilmişdi və həmin əsasnamədə tələb olunanlar məktəblilərə başa salınmışdı. I mərhələ məktəblərdə keçirilmişdi. I mərhələnin qalibləri, yəni 200 şagird II mərhələyə vəsiqə qazanmışdı. Bu mərhələdən 21 şagird qalib olaraq III, yəni final mərhələyə vəsiqə qazandı. Bu gün Naxçıvanda bu tədbir daha yüksək səviyyədə keçirildi və qaliblər müəyyənləşdi. Məktəblilərin topladığı yüksək ballar da bizi qane etdi. Maksimum bal 250 olduğu halda, Ucar rayon 2 saylı məktəbin şagirdi Piriyev Nuru Əhməd oğlu 240 bal toplayaraq, I yerə yiyələndi. Mən bu münasibətlə həmin şagirdlərin müəllimləri Hamlet Əliyev və Ülviyyə Əliyevaya minnətdarlığımı bildirirəm. Çünki həmin müəllimlər çox əziyyət çəkiblər və buna görə də Ucar məktəbliləri bu gün daha fəallıq göstərdilər”. Rahib Rəsulzadə bu olimpiadanın məqsədinin həm də Azərbaycanın qədimliyini sübut etməklə ermənilərə cavab olduğunu bildirdi: "Biz düşmənə qarşı təkcə silahla deyil, mənəvi yollarla da mübarizə aparırıq. Bunlar hamısı faktlardır. Artıq alimlərimiz sübut edirlər ki, Naxçıvanın tarixi 5000 ilə yaxındır”.
Olimpiadanın ekspertlər qrupunun rəhbəri, "Azərbaycan Tarix Müəllimləri” ictimai birliyinin əməkdaşı Rafiq Məmmədov tədbirin keçirilməsinə köməklik göstərən təşkilatlara minnətdarlığını bildirdi: "Bizə göstərilən köməyə görə, Gənclər, İdman və Turizm Nazirliyinə, TİKA təşkilatına, Naxçıvanın müvafiq orqanlarına və onların rəhbərliyinə, "Azərbaycan Tarix Müəllimləri” İB-nin rəhbəri Təvəkkül Əliyevə minnətdarlığımı bildirirəm. Tədbir həqiqətən də, əvvəlki yarışlara nisbətən çox yüksək təşkil olunmuşdu və bu da öz bəhrəsini verdi. Şagirdlərimiz çox gözəl bilik nümayiş etdirdilər. Biz bu tədbirin keçirilməsinə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində nail olduq. Bu da onun torpaqlarımızın qədimliyi və Azərbaycan xalqının azad, suveren, yaşaması, sosial rifahının yaxşılaşdırılması üçün yürütdüyü siyasətinin bəhrəsidir. Yəni, bu tarixi beynəlxalq təşkilatlara çatdıracağıq və torpaqlarımızın, ümümiyyətlə, Azərbaycan xalqının qədimliyini İlham Əliyev cənablarının köməkliyi ilə mənfur qonşularımıza sübut edəcəyik. Biz inanırıq ki, möhtərəm prezidentimizin apardığı daxili və xarici siyasət nəticəsində doğma torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq və Azərbaycan Respublikasının müstəqilliyi sürətlə möhkəmlənəcək”.
Samir Güləliyev,
Bakı-Naxçıvan-Bakı
“Naxçıvanda sivilizasiyanın 3500 illiyi”

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 11:15
    bele uwaqlar yetiwdin ucun allah hec vaxt zehmetini itirmesin

  2. 28 may 2013 00:33
    Bax bu həqiqi bir tarix idi. Unudulmza günlər və nailiyyətlər !

  3. 16 fevral 2014 19:35
    COX GOZEL MEQALEYDI..COX SAGOLUN..bu ayt sayesinde her yerden ve lazimli herweyden xeber tuturug..

    --------------------

  4. 6 iyul 2014 13:25
    SUPERRRRRRR NAXCHIVAN !!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.