Əziz Tarix.infoçular ! Xəbər verdiyim kimi məktəbimizdə sentyabr-dekabr ayları müddətində Online Tarix Klubu fəaliyyətdə olacaqdır. Sentyabr ayı ərzində (iki həftə) məktəbimizdə bu Klub haqqında maarifləndirmə işləri aparıldı, siniflər daxilində müəyyən işlər görüldü, Kluba üzv olanların siyahısı tutuldu. Bu gün isə 5 oktyabr 2013-cü il tarixində Bakı Modern Məktəbinin İnformatika kabinetində Klub üzvlərinin treninqi keçirildi. Treninqdə müəllim və şagirdlər heyəti təmsil olunurdu. Təlimdə tarix fənni üçün İKT-dən istifadə olunmaqla resurslar hazırlanması və onların internet vasitəsilə (tarix.info saytı vasitəsilə) paylaşması vacib olduğu əsas məqsəd kimi götürüldü. İlk böyük təlimdə Microsoft Office proqramlarının tədrisdəki üstünlüklərindən danışıldı. Hər biri haqqında ümumi məlumatlar verildikdən sonra resurs hazırlamaq məqamına gəldik. İlk praktiki işlər Anavordların hazırlanması oldu. Anavordların vərəqlərdə hazırlanmasından sonra onların Word proqramında yığılmasına başlanıldı. Şagirdlər və müəllimlər böyük maraqla bu işi apardılar. Təlimçinin bütün istiqamətləri tam şəkildə həyata keçirildi. Nəticədə maraqlı resurslar toplandıldı. Hazırlanmış resursları Sizlərlə bölüşürük Əziz tarix.infoçular ! Buyurun istifadə edin və fikrinizi deyin ! Növbəti təlim isə 12 oktyabr tarixində aparılacaqdır və bu təlimdə Smart proqramından istifadə olunmaqla əyləncəli tarix sualları hazırlanacaqdır. Uğurlar !
Rəylərin sayı:.