Qiymətləndirmə vəsaiti haqqında

Qiymətləndirmə vəsaiti haqqında

 

2008/2009-cu tədris ilindən başlayaraq Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində  yeni fənn  kurikulumları tətbiq olunur. Cari dərs ilindən ümumi orta təhsil  səviyyəsinin 5-ci siniflərində də yeni fənn kurikulumlarının tətbiqinə başlanır.  

Sizə təqdim olunan bu vəsait də Azərbaycan tarixi fənni üzrə  məzmun standartlarına əsasən hazırlanmışdır. Azərbaycan tarixi fənnindən məzmun  standartları aşağıdakı məzmun xətləri üzrə qruplaşdırılır:

  • Tarixi zaman
  • Tarixi məkan
  • Dövlət
  • Şəxsiyyət
  • Mədəniyyət

«Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum)» sənədi və onun əsasında hazırlanmış Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunurdu. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan  məsələləri də öyrənməli olur və çox vaxt cəmiyyətdə və öz kollektivlərində baş verən proseslərdən baş çıxara bilmirdilər.

Məzmun standartlarına görə şagirdlərin  təlim nəticələrinə yalnız hadisə və təzahürləri öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, problemi araşdırmaq, anlama, birbaşa şəxsi iştirak daxildir. Kurikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik, vərdiş və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.

Müstəqil düşünmə, qazandıqları bilikləri tətbiq, təqdim etmə, mühakimə yürütmə, onu əsaslandırma, qarşılaşdıqları problemləri həlletmə, həyat hadisələri ilə tarixi hadisələri müqayisəetmə, nəticələr çıxarma, ünsiyyət mədəniyyəti nümayiş etdirmə, səbəb-nəticə əlaqələrini anlama Azərbaycan tarixi fənninin tədrisinin ən önəmli məqsədləridir. Məhz buna görə də sadalanan bacarıqların qiymətləndirilməsi məqsədi ilə tərtib olunan sual və tapşırıqların hazırlanmasında müəyyən  yeniliklərin tətbiqi məqsədəuyğun hesab edilmişdir.

 Bu vəsaitdəki sual və tapşırıqlar Azərbaycan tarixi fənninin məzmun standartlarını əhatə edir. V sinif Azərbaycan tarixi fənni üzrə 32 tədris həftəsinin hər birinə sual və tapşırıqlar təklif olunmuşdur. Təqdim olunmuş suallar tarixi dövrlər üzrə qruplaşdırılıb. Vəsaitdə mürəkkəblik dərəcəsi rənglərlə fərqləndirilmişdir: yaşıl rəng sadə, qırmızı rəng orta, mavi rəng isə çətin tapşırıqlardır.

Təqdim olunan sual və tapşırıqların əksəriyyəti açıqtiplidir. Sualların böyük əksəriyyəti məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafına xidmət edir. Suallar müxtəlif formatlarda (sxem, xəritə, cədvəl və s.) verilmişdir. Şagirdlər sualların cavablandırılmasında ancaq qısa cavablarla kifayətlənməməlidir. Alınan qısa cavablar sualın mahiyyətini açmağa açar rolunu oynamalıdır.

Azərbaycan tarixi fənninə aid mətnli sual və tapşırıqların vəsaitə daxil edilməsi şagirdlərin həm fəndaxili, həm də fənlərarası inteqrasiyayaratma, tədqiqetmə, ardıcıllığı müəyyənetmə, müqayisə, fərqləndirmə bacarığını üzə çıxarmaq, qiymətləndirmək üçün də imkan yaradır.

       Qiymətləndirmə vasitələrinin hazırlanmasında müxtəlif ölkələrin qiymətləndirmə vasitələrinin hazırlanması  təcrübəsindən istifadə olunub.

         Təqdim olunan tapşırıqlardan istifadə edərkən şagirdlərin təlim  fəaliyyəti  haqqında aşağıdakı nəticələri çıxarmaq olar:

  • Geriləmənın səbəbi nədir?
  • Hansı mövzunun tədrisinə əlavə vaxt ayrılmalıdır?
  • Hansı şagirdə fərdi yanaşılmalıdır?
  • İrəliləyişə nail olmaq üçün hansı vasitələrdən istifadə edilməlidir?
  • Hansı forma və məzmunda olan qiymətləndirmə vasitələri    daha əlverişlidir?

 Ümid edirik ki, pedaqoji fəaliyyətində öz təşəbbüskarlığı ilə seçilən müəllimlər bu tipli sual və tapşırıqların hazırlanmasında daha fəal olacaqlar.[/b]

         Vəsaitdən səmərəli istifadə edən, faydalı rəy və təkliflərini əsirgəməyən hər kəsə öncədən minnətdarlığımızı bildirir, uğurlar diləyirik. 


Buradan yükləyin

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
[/b]




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 yanvar 2013 22:03
    salam hamlet muellim dusundurucu etrafli vesaite gore tesekkur edirik.vesaitde fenlerarasi elaqe o cumleden tarixin riyaziyyat,mentiq, edebiyyat fenni ile elaqesi xususile aciq testlerin sagirdlerde serbest dusunce verdislerini ortaya cixarmasi teqdire layiqdir. qisacasi vesaitin 5-ci sinif tarix kurikulumuna faydali bir tohfe oldugunu dusunurem. hormetle sebinenin anasi

    cox saqol Ancaq bax diqqetle ve seni qane etmeyen yani menfi bildiyin nedir onu deyersen

  2. 21 yanvar 2013 22:29
    vesaiti irevan xanligina qeder islemisem.hec bir cetinliyi yoxdur

  3. 25 yanvar 2013 22:10
    admin mene bir movzu var onu tapmaqda komek edinde

  4. 30 yanvar 2013 16:39
    Salam Hamlet mllim vsait aclmr

  5. 4 fevral 2013 20:31
    Men onu deye bilerem ki, ne qeder calishsam da teleblerin yari faizine cavab vereck seviyyededir dersler. Qavrama zeifdir. sherait yoxdur. men Azerbaycan tarixini tedris etmirem. Heyat bilgisini tedris edirem. ele heyfim gelir. halbuki yayda nece hevesim vardi. gelib sinfe girende hevessiz usaqlarla rastlasanda cetin oldu. butun gunu fikirlesirem ki,ne hazirlayim maraqli olsun onlara. sentyabrdan bu yana baxanda ferq var ama meni qane etmir. sebeblerden biri de ibtidai sinif muellimler cox vaxt diger fenleri tedris etmek evezine Azerbaycan dili ve riyaziyyat kecir. men bundan hele de eziyyet cekirem.

  6. 26 may 2013 16:39
    kitablar hamisi cox guzel ve maraqlidir smile

  7. 20 fevral 2014 15:04
    Bonbadi
     
     

  8. 20 fevral 2014 18:04
    hecde maraqli deyil.yeni ders usuli tehsil seviyesini cox awagi salib.men hazirlawiram universitete bacim ise 6ci sinifde oxuyur.indi siz ferqe baxin--menim hazrlawdigim dersliy 6ci sinif azerbaycan tarixi ve ya orta esrler tarixi ve ya azerbaycan dili edebiyat kitabi di.men o kitablarla bacimin kitablarini muqayise eliyirem--icindeki derslerin esas hisselerini ixtisar edibler.demey olarki wekilden bawka hecne yoxdu,mateial yoxdu dersliyin icinde..bu seviyyede uwaq ne oyrene biler?heyif deyildimi bizim kitablarmiz?indi kurikulum usuluynan ders kecilire,eslinde kurikilim cox serfeli usuldu,lakin mellimlermiz kece bilmirler,men bu sozmu haiya wamil elemirem,oz tanidigim bu usulda ders deyen mellimlermizden sohbet acdim.

    --------------------

  9. 27 aprel 2015 12:56
    Menim vesaitim yoxdur men axtariram necə tapim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.