Maraqlıdır....

Maraqlıdır....
 

XVI Lüdovik

 

     Fransanın digər kralı XVI Lüdovik üçün isə 21 ədədi qorxulu olmuşdur. Deyilənlərə görə, münəccimlər ona hər ayın 21-ci günü ehtiyatlı olmağı məsləhət görübmüşlər. Ona görə də hər ayın 21-də ciddi qərarlar qəbul etməzmiş.Lakin bütün bunlara baxmayaraq, o 1972-ci il 21 sentyabrda Fransada monarxiya üsul idarəsini yıxan inqilabın qarşısını ala bilməmişdir. XVI Lüdovikin özü isə 1973-cü il yanvar ayının 21-də öldürülmüşdür.    

 

 

Avqustin

     Bir dəfə imperator Avqustin birisindən danışa bilən bir qarğa alır.Qarğa elə hey, "Yaşasın müzəffər imperator Avqustin” deyirdi. Bunu görən bir başqaları da qarğa tutub ona bu sözləri öyrətməyə çalışırdılar. Birisi uzun müddət nə qədər çalışdısa bir şey çıxmadı – qarğa bir cümlə də olsa danışmadı. Bunu görən qonşusu qarğanın sahibinə dedi:

     -Əbəs yerə çalışdın,ay axmaq.

     Qarğa sahibi də əməyinin hədər getdiyini görüb, qarğanı dəyər-dəyməzinə birtəhər başdan etməyə çalışdı. Qarğanı saraya gətirib saray falçılarına ucuz qiymətə təklif etdi. Bu vaxt yaxınlıqdan keçən Avqustin onu görüb əsəbləşdi və əmr etdi ki, onu qovsunlar. "artıq – dedi ki, saray onu tərifləyən qarğalarla dolub.”

     Bu vaxt qarğa danışdı: - Əbəs yerə çalışdın, ay axmaq.

     İmperator bunu eşidib güldü və bu quşu da aldı.   

 

 

Birisi Zenona deyir ki,məhəbbət müdriklərə layiq iş deyil. Onda Zenon etiraz edib deyir:

   -Əgər bu belədirsə,onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir, çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

 

 

XIV Lüdovik

     Ədədi mistikasının tərəfdarları Fransa kralı XIV Lüdovikin həyatı ilə bağlı olaraq onun üçün 14 ədədini fatal ədəd kimi qiymətləndirirlər. Bunun səbəbi odur ki, o 14-cü kraldır və həm də krallıq tacına 1643-cü ildə yiyələnib, bu ilin rəqəmləri cəmi isə 14-dür. O 1715-ci ildə vəfat edib,burada da yenə rəqəmlər cəmi 14 alınır. Lüdovik 77 il ömür sürüb ki,burada da 7+7=14 olur. 1689-cu il 14 iyulda Parisdə onun heykəli qoyulmuş və bundan 100 il sonra 1789-cu il 14 iyulda isə heykəl dağıdılıb.

     XIV Lüdovikin sarayında onun çox hörmət etdiyi bir əyan var idi. Əyan olmağına baxmayaraq, çox kasıb idi. Bir dəfə söhbət əsnasında Lüdovik ondan soruşur ki, onun ürəyi necə istərdi, hansı gəlir yerini istərdi, o ona versin. Lüdovikin xasiyyətini yaxşı bilən əyan, bilirdi ki, Lüdovik belə vaxtlarda həmişə çoxlu vədələr verir,amma sonradan da heç birini yerinə yetirmir. Buna görə də ondan çox original və onun yerinə yetirə biləcəyi bir şey istəyir. Əyan kraldan xahiş edir ki,heç bir gəlir yeri lazım deyil. Sadəcə olaraq digər əyanların və ya camaatın yanında həmişə ona yaxınlaşanda çiynindən əli ilə bir-iki dəfə vursun. Vəssalam.

     Kral gülümsəyir və yeri gəldikcə onun dediyi kimi də edir. Nəticədə bu əyanın kralla çox yaxın dost münasibəti olduğunu zənn edən digər əyanlar, tacirlər və b.qədərindən artıq formada ona yaltaqlanıb, yer-yerdən işlərini düzəldirlər və əyan çox qısa vaxtda varlanır.  

 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 mart 2012 20:01
    Muallim maraqli melumatlara gore cox saq olun.

  2. 14 mart 2012 15:32
    Salam muallim! XVI Ludovik haqqindaki melumat diqqetimi celb
    etdi.Umumilikde ise men bele inanclara inanmram.Insanlar hemishe yaxshi inanclar barede dushnmelidirler.

  3. 9 sentyabr 2012 00:23
    bilirsiz? 21 sentyabr menim dogumgunumdu. request

  4. 12 yanvar 2013 21:59
    cox saq olun.

  5. 20 avqust 2014 16:00
    Men inanclara inanmiram.Amma maraqli idi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.