Gerbimiz

Gerbimiz

Azərbaycan
dövlətinin müstəqilliyinin rəmzi Dövlət gerbimizdir. Azərbaycan  milli dövlətçiliyinin, xalqımızın tarixi-mədəni , milli mənəvi dəyərlərini hərtərəfli dolğun əks etdirən, simvollarla zəngin olan ölkəmizin Dövlət gerbinin özünəməxsus yaranma tarixi vardır. 1991-ci ildən başlayan «ən yaxşı gerb» müsabiqəsinin nəticəsində Azərbaycan Demokratik Respublikası dövründə hazırlanmış gerb layihəsi nümunəsində müəyyən düzəliş təkmilləşdirilmədən sonra ,        

19 yanvar 1993- ildə «Azərbaycan  Respublikasının Dövlət gerbi haqqında» Konstitusiya qanunu qəbul edildi.  23 fevral 1993- ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən  «Azərbaycan  Respublikasının Dövlət gerbi haqqında Əsasnamə» təsdiq edildi. Beləliklə , yaranma tarixi Azərbaycan Demokratik Respublikası ilə bağlı olan gerbimizdəki qalxan azərbaycanlıların şərq xalqlarından biri , Azərbaycanın isə özünü müdafiə qüdrətinə malik olması, qalxanın üzərindəki dairəvi üçrəng milli bayrağımızdan türkçülük , müasirlik islamçılıq, səkkizguşəli ulduz əbədiyyət rəmzi olan günəş , alov odlar yurdu, palıd budaqları milli hərbi qüdrətimizin , sünbül vətənimizin bolluğu, bərəkətliliyi , çörəyə olan müqəddəs münasibəti, günəşin rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini , xalqımızın sülh, əmin-am  anlıq, barış tərəfdarı olması mənalarını ifadə edir. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq"-fikrini verir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 dekabr 2013 22:27
    men Azerbaycan bayraqı ile fexr edirem

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.