"Əshabi-Kəhf"in sirri

"Əshabi-Kəhf"in sirri
Bu gün Möminə Xatun, Qeysəriyyə kimi tarixi memarlıq abidələrilə yanaşı, "Əshabi-Kəhf” ziyarətgahı da Naxçıvanın simvoludur. Bura bölgələrlə yanaşı, xarici ölkələrdən də ziyarətə gələnlər var.
"Əshabi-Kəhf” mağara sahibləri mənasını daşıyır. Rəvayətə görə, hələ bütpərəstlik zamanı Dağ Yunis adlı şah xalqa zülm etdirirmiş. şahın ədalətsizliyinə dözə bilməyən 4 gənc onun zülmündən qurtularaq buradakı mağaralarda gizlənib. Allahdan onları qeyb etmələrini diləyiblər. Allah onları 309 il yatırdıqdan sonra dağı parçalayaraq qeyb edib. O vaxtdan bəri "Əshabi-Kəhf” Allahın möcüzəsi kimi insanların inam yerinə çevrilib.
Bu müqəddəs yeri ziyarətə gələnlər həmin gənclərin bir zamanlar yatdıqları qayanın içərisində Allahdan arzu edib, ora daş yapışdırırlar. Əgər kimin niyyəti baş tutacaqsa, həmin adamın daşı bura yapışır. "Əshabi-Kəhf” ziyarətgahında insanın marağına səbəb olan tək bu yer deyil.
"Əshabi-Kəhf”i ziyarətə gələnlər bu qayanın yanında niyyət tutub, onun içərisindəki dar cığırdan keçməyə çalışırlar. Əgər həmin dar cığırını keçə bilsələr, onda niyyətləri baş tutacaq. Deyirlər ki, kimin niyyəti safdır, bu cığırdan keçəcək. Əksinə olduğu təqdirdə isə, o şəxs nə etsə də, bu dar cığır onun üçün keçilməz olacaq. Ziyarətgahda qara daş, yəni meteroit də var. Bu daşın göydən nə zaman və necə düşməsi haqda məlumat yoxdur.
"Əshabi-Kəhf” ziyarətgahında olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. Qurani-Kərimin "Kəf” surəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub.
"Əshabi-Kəhf” ziyarətgahının daha bir maraqlı və möcüzəvi yeri damcıxanadır. Belə ki, ziyarətə gələnlər ürəklərində niyyət tutub, burada otururlar. Əgər niyyətləri həyata keçəcəksə, yuxarıdan həmin adamın başına su damcısı düşəcək.
"Əshabi-Kəhf”dən dünyanın 4 ölkəsində var. İordaniya, Türkiyə, Hindistan və Azərbaycanda. "Əshabi-Kəhf” haqqında müqəddəs kitabımız olan Qurani-Kərimin 18-ci sürəsində də yazılıb. Müqəddəs kitabda haqqında danışılan "Əshabi-Kəhf” isə dəniz səviyyəsindən 1680 metr hündürlükdə yerləşən Naxçıvandakı bu möcüzəli yerdir. Bunu alimlər də, illərdir buranı ziyarət edən əcnəbilər də təsdiqləyir.
"Digər yerlərdə 3 qəbir sağda, 3 qəbir solda, biri də başdadır. Əgər bunlar qeyb olubsa, qəbirlər haradan çıxdı? Pakistanən Azərbaycandakı səfiri də bura gələndə, həqiqi "Əshabi-Kəhf”in bura olduğunu qəbul etdi”, - deyə "Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinin direktoru Qaraj Qurbanov vurğulayıb.
"Əshabi-Kəhf"in sirri

Türkiyədən gələn ziyarətçi Hüsnü Hakkuş da həqiqi "Əshabi-Kəhf”in Naxçıvanda olduğunu bildirir: "Qurani-Kərimdə oxuduğumla bura uyğun gəlir. Bu qənatə gəldim ki, onlar həqiqətən burada yaşayıblar. Digər abidələr belə deyil. Belə bir abidədən biri də Türkiyənin Mersin şəhərində, həmçinin İordaniyada da var, mən oranı da ziyarət etdim. Niyyət etdim, daş yapışdırdım, yapışdı”.
Ziyarətgahın direktoru deyir ki, payız aylarında "Əshabi-Kəhf”i ziyarət edənlər digər aylara nisbətən çox olur.
Qeyd edək ki, Heydər Əliyevin sərəncamı ilə "Əshabi-Kəhf” 1998-ci ildə dövlət müəssisəsi kimi qeydiyyatdan keçib. Elə həmin vaxt da buranın abadlaşdırılmasına qərar verilib. 2006-cı ildə isə növbəti dəfə bərpa işləri aparılıb.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 noyabr 2013 14:52
    bunlar duzdur ne vaxtsa naxcivana yolunuz dusse mututleq gedin.

    --------------------

  2. 11 noyabr 2013 18:22
    hormetli MARAQSIZ,siz bunlari bilirsizkiiii???????

    --------------------

  3. 12 noyabr 2013 16:07
    beli bilirem bilmediyim seyi yazmaram hormetli Sebis.

    --------------------

  4. 12 noyabr 2013 19:17
    ne gozeel ne gozeel HORMETLI MARAQSIZZZ   winked

    --------------------

  5. 12 noyabr 2013 21:48
    sebis mesajlarini sil .

    --------------------

  6. 12 noyabr 2013 22:10
    maraqsiz mene diye bilersen sekili nece qoyullar

  7. 13 noyabr 2013 09:08
    hormetli tural600   sen meqaleye sekl qoymaqi deyisense  meqaleni yazdiqdan sonra yuxarida verilen pafka sekline daxil olub kamiterden istediyin sekli yukleye bilersen .

    --------------------

  8. 13 noyabr 2013 18:56
    SILEE BILMIREM EEE TEZE PROFIL ACIRAM ORDAN YAZACAM SENE INWALLAH YAXWIII DOSIIIM??????????

    --------------------

  9. 13 noyabr 2013 19:02
    doosiim men geldiiim :)

    --------------------

  10. 13 noyabr 2013 19:44
    xos geldin.

    --------------------

  11. 13 noyabr 2013 21:11
    xoow gorduy dosi :)

    --------------------

  12. 23 noyabr 2013 21:49
    cox marqldir.vbele gozel xeberleri  sen haradan 
    tapirsan.ne qeder xeber yazmisnana.
    duz 12 dene represiye 
    qurbanlari adli xebere bilirsen
    ne qeder soz yzmisan.bu 
    xeberinde cox marqldir.
    eshabi-kehfin sirrini ele mende bilmek isteyerdim.
    amma men xeber yaza bilmirem.
    bilireme yaza bilirem.
    hardandiki mende otur 50 saata xeber yaz
    amma sende heves var.ele oturub hey yazirsaz.
    vallahi bravo!
    menimle leqe qurun.butun xeberlerinzedeki,serh yazacam.eslinde daha ox yazacaqdim amam deyirlerki,sizin yourumunuz cox uzundur.ona gore.
    xberine gelende cox maraqldir.
    teskuler.yesilsu76

  13. 13 dekabr 2013 12:12
    gozel reyleriniz ucun sagolun hormetli yesilsu76

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.