Masonluğun əmələ gəlməsi və inkişafı

Masonluğun əmələ gəlməsi və inkişafı

 

 

Əfsanəyə görə çar Davud Qüdsdə «Allahın evi»ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə «mason» deyilirdi. Bu sözün hərfi tərcüməsi «bənna» deməkdir. Bu fəhlələrdən 3 mini usta olaraq digərlərinə nəzarət etmək üçün ayrılmışdır. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə Kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan «Süleyman məbədi» adını almış bu tikintidə işləyən ustalardan birinin adı Adon Giram Abif olmuşdur. O, dul bir qadının oğlu idi. Giram tabeçiliyindəki işçilərin çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdi. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birilərinin sirlərini bilə bilməzmişlər.
Sonralar Giram üç kalfa tərəfindən öldürülür və gizlincə dağda basdırılır. Giramın öldürülməsi və basdırılması mərasimi sonrakı dövrlərdə masonların gizli cəmiyyətlərində keçirilən mərasimlərdə də icra olunur. Giram əfsanəsi müxtəlif dərəcələrin ünvanlarını və işləmə tərzini də geniş şəkildə təsir altına almışdır.
Masonluğun gizli və imtiyazlı bir cəmiyyət halına gəlməsi Orta əsrlərdə olmuşdur. Bu dövrdə masonluq daha çox fəlsəfi və ticari istiqamətdə inkişaf etmişdir. Ancaq günümüzə doğru fəlsəfi xüsusiyyətlər, dini və metafizik anlayışlar büsbütün yox olaraq və masonluq siyasi və iqtisadi mənada bir imtiyazlılar və mənfəət ortaqlarının zümrəsi formasını almışdır. Mason sözü Orta əsrlərdə də bənna (fəhlə) mənasını ifadə edirdi. Hər yerdə məbədlər, kilsələr inşa edilir və burada yüz minlərlə mason işləyirdi. Bunların əksəriyyəti Suriya, Misir və Fələstindən gəlmişdilər. Onlar bu tikintilərə gəldikdə Giram əfsanəsinin və Tövratın öyrətdiklərini və təlqin etdiyini də özləri ilə gətirirdilər. Aylarla, hətta illərlə eyni inşaatda işləmək onları istər-istəməz təşkilatlanmağa, bərabər olmağa və həm məsləki, həm də iqtisadi mənfəətləri ilə sirlərini qoruyub saxlamağa məcbur edirdi. Masonlar əvvəl tikintisində işlədikləri məbədin, daha sonra gəldikləri ölkənin işçiləri olaraq təşkilatlandılar. Orta əsrin verdiyi mistik mühit və ölkələrinin keçmişindəki sirlər və əfsanələr onları bir din tərəfdarları kimi bir-birinə bağladı. Onlar hətta aralarında müəyyən kooperasiyalar da qurdular.
Beləliklə, inşaatçı masonlar müəyyən dərəcələrlə, simvollarla bir-birilərinə bağlandılar. Onlara əməli masonlar deyilirdi. Artıq onlar Allahın evini tikdikləri üçün ətrafdakılar tərəfindən müqəddəs hesab edilməyə başladılar. Əməli masonlar məsləklərini icra edərkən bir neçə yeni inşaat texnikası və sirlər də yarandı. Sonralar bu masonlar krallar tərəfindən vergidən də azad olundular. Onlar imtiyazlarından istifadə edərək nüfuzlu bir sinif halına gəlmək üçün aralarına daxil edəcəkləri yeni-yeni şəxsləri də həssaslıqla seçməyə çalışırlar. Artıq bu tarixdən etibarən masonluq bir mənfəət topluluğu xarakterini almağa başlamışdır. Masonların öz aralarındakı münasibətlərini ilk dəfə olaraq yazılı halda nizamlamaq və o ölkənin kralına qəbul etdirmək imkanları da bu illərə təsadüf edilir. Masonluq tarixi baxımdan çox mühüm yazılı sənədlər olan Hallison Manskipisi və Cark konstitusiyası masonluğun 924-cü ildə İngiltərəyə daxil olduğunu və xüsusilə XIII və XIV əsrlərdə gücləndiyini göstərməkdədir.
Orta əsrdə masonluqdan başqa, sonra ona köməkçi olacaq və inkişaf etdirəcək bir neçə gizli cəmiyyətlərin qurulmasında Xaç yürüşlərinin (Səlib yürüşlərinin) böyük rolu olmuşdur.
1096—1270-ci illərdə Qərbi Avropa feodallarının Şərqdə - Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək şüarı altında və katolik kilsəsinin təşəbbüsü ilə apardıqları işğalçılıq müharibələri Xaç yürüşləri adlanır. Xaç yürüşünün iştirakçıları paltarlarına xaç nişanı taxdıqlarından bu yürüşün adı Xaçlı yürüşü adlandırılmışdır. Təqribən 200 il ərzində Avropadan Şərqə 8 böyük və çoxlu xırda işğalçı yürüşlər təşkil olunmuşdur. Bu zaman 2, 3, 5, 7 və 8-ci yürüşlər avropalıların məğlubiyyəti ilə nəticələnmişdir.
Xaç yürüşləri milyonlarla insanın mənasız qırğınına, Avropa və xüsusilə də Şərq üçün ağır itkilərə səbəb oldu. Bu yürüşün beşində məğlub olmalarına baxmayaraq, yürüşlər zamanı avropalılar Şərqin texniki, təsərrüfat, mənəvi və məişət nailiyyətləri ilə tanış oldular və bunlardan səmərəli istifadə etməyə başladılar.
Bu Xaç yürüşlərinin təşkil olunmasında yəhudi diasporunun mühüm rolu olmuşdur. Onların bu yürüşlərdə yaxından iştirak etmələrinin məqsədi tarixi vətənləri olmuş Fələstinə yenidən sahib olmaq olmuşdur. Bu səfərlər zamanı xaçlılar getdikləri Qüdsdə də digər dinlərin təsirindən xilas olmaq və qorunmaq üçün müxtəlif təşkilatlar və cəmiyyətlər qurmuşdular. Onlar bu zaman bir sıra işarələr, rəmzlər və özlərini tanıtmaq üçün simvollardan istifadə edirdilər.
«Baptist cəngavərləri», «Yevangelist» və başqa təşkilatlar bütövlükdə Qüdsdə bu məqsədlərlə qurulub və daha sonra Avropaya keçərək yayılmışdılar. Halbuki, o dövrlərdə Avropada da buna bənzər çoxlu gizli cəmiyyətlər vardı. Kilsənin təzyiqi, kralların mərkəzləşdirilmiş möhkəm hakimiyyəti və despot idarə üsulu hər yerdə gizli təşəkküllərin yaranmasına yol açmışdır. Qüdsdən gələnlər də onlara qoşuldular və Avropada bu gizli təşkilatların və cəmiyyətlərin fəaliyyətləri daha da genişlənməyə başladı. Bunların içərisində ən təsirli və mənfəətlisi mason lojaları idi. Çünki onlar həm krallıq və kilsə tərəfindən qorunur, həm də siyasi bir qüvvə olaraq görünmədikləri və hələlik belə bir niyyət daşımadıqları üçün gözə gəlmirdilər. Ancaq, digər gizli təşkilatların vəziyyətləri o qədər də normal deyildi. Onlara qarşı həm kilsə, həm də krallıq mübarizə aparırdı. Sonralar bu gizli təşkilatların bəzisi bu əks mübarizəyə tab gətirə bilməyib dağıldılar və bu təqiblərdən salamat qurtara bilənlər mason lojalarına girməyə başladılar. Beləliklə, onlar həm öz təhlükəsizliklərini qorumağa, həm də fəaliyyətlərini daha sağlam bir təşkilatda davam etdirməyə nail oldular. İllərlə davam edən bu daxil olmalar mason lojalarının sonrakı mənzərəsini də dəyişdirəcəkdir. Bundan əvvəl Giram əfsanəsindən gələn masonluğun tamamilə əməli masonluq olduğunu görmüşdük. Bu cəmiyyətin üzvləri sadəcə inşaat işçiləri və ustaları olaraq bir sənətkar (əsnaf) təşkilatı halında işləyirdilər. Ancaq xüsusilə XVII əsrdə masonluq üçün birləşmiş və əməli mason termini ilə bərabər «qəbul edilmiş» mason termini də yaranmışdır. Siyasi və hərbi qüvvələri, mədəniyyətləri və zənginlikləri ilə mason lojalarına hakim olan bu «sonradan qəbul edilmiş masonlar» bir müddətdən sonra təşkilatda hakimiyyəti ələ keçirmişdilər. Məsələ, 1670-ci ildə Şotlandiya «Aberden» lojasında üzvlərin dörddə üçü «qəbul edilmiş» mason idi. Bu dövrdə İngiltərədə mason nüfuzunun artmasında 1849-cu il mayın 19-da kral Karlı asdıran Oliver Kromvelin [(25.4. 1599, Hantiqdon - 3.9. 1698, London) — İngiltərə burjua inqilabi xadimi, indepentlərin rəhbəri, İngiltərənin 1653-cü ildən lord-protektoru) də böyük rolu olmuşdur. Çünki o da bir mason idi.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

 

 

Masonların ilk böyük təşkilatlanması İngiltərədə olmuşdur. 1717-ci ildə Londonda dörd böyük loja birləşib İngiltərə Böyük Lojası adını aldı. İngiltərənin xaricində olan mason dərnəklərinin əksəriyyəti İngiltərə Böyük Lojasının səlahiyyətlərini və rəhbərliyini qəbul etdi. Mona şəhərində qurulan yeni bir mason dərnəyinə patenti İngiltərə Böyük Lojası verdi və beləliklə, 1721-ci il masonluğun rəsmi fəaliyyət ili oldu. Ancaq bu zaman İngiltərə Böyük Lojasının bu rəsmi fəaliyyətinə Şotlandiyadakı Kilvininq Böyük Lojası etiraz edərək masonluğun əski qiymətini və xarakterini ortadan qaldırmaqda günahlandırdı. Bundan sonra İngiltərə xaricindəki bir çox dərnəklər Şotlandiya Böyük Lojasına tabe oldular. Bütün bunlarla yanaşı nə İngiltərə, nə də Şotlandiya Böyük Lojalarına tabe olmayan müxtəlif mason lojaları da qurulurdu. Bu qarışıqlıq XVIII əsrin sonuna qədər davam etmişdir. Hər təşkilatın özünəməxsus heyətləri və səlahiyyətləri olmasına baxmayaraq hamısı da birləşərək bir birlik yaratmaq istəyirdilər. Bu dövr­lərdə Fransada, Almaniyada və Amerikada yeni lojalar da yaranmaqda davam edirdi.
Şotlandiya Böyük lojasının əsil beynəlxalq quruluşu Prussiya kralı II Fridrixin Böyük Ustad seçilməsindən sonra başlamışdır. Bu eyni zamanda masonluq tarixində həm də bir dönüş nöqtəsi idi. Onun mason olması həm Amerika, həm də Avropa masonları tərəfindən tanındı. Masonlar arasındakı dərəcələri 33-ə çatdıran da II Fridrix olmuşdur.
London Böyük Lojasının Böyük Ustadı tərəfindən bütün mason qanunlarını tərtib etmək və konstitusiyasını hazırlamaq Andersen adlı bir nəfərə tapşırılır. O, öhdəsinə düşən vəzifəni yerinə yetirir, yəni hazırladığı «Masonluq qanunu» 1723-cü ildə Böyük Loja tərəfindən qəbul olunur. Bu qanunda masonluğun tarixi açıqlandı və masonlar üçün məcburi sayılan vəzifələr maddə-maddə göstərildi. Bu qanunun ən böyük xüsusiyyəti kilsənin və İngiltərə hökumətinin nəzarətində olan masonluğun beynəlxalq xarakterini ilk dəfə olaraq cızması olmuşdur.
1723-cü il Konstitusiyasının prinsiplərindən biri də dini, irqi və sinfi fərqləri masonluqda aradan qaldırmaq idi. Bu prinsip o günə qədər masonluqda istədikləri imtiyazları əldə edə bilməyən və ondan beynəlxalq mənafeləri üçün istədikləri kimi istifadə edə bilməyən yəhudiləri çox sevindirmişdi. Artıq masonluğun qarşısını ala bilən elə bir maneə qalmamışdır. London Böyük Lojasının 1723-cü ildə masonluğa qəbul səlahiyyəti digər lojalar tərəfindən də tanındı.
1736-cı ildən etibarən masonluq Fransada və Amerikada sürətlə inkişaf etməyə başladı. Masonluq dərəcələrinin qurulmasında və inkişaf etdirilməsində fransızların böyük rolu olmuşdur.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

Masonluğun Amerikanın bir dövlət kimi təşəkkülündə və formalaşmasında böyük payı vardır. Amerika İstiqlal Bəyannaməsini hazırlayanlar masonlar olduğundan bu bəyannamə də tamamilə masonluq prinsiplərinə uyğun qələmə alınmışdır. Bu illərdə Avropa masonları Böyük Fransa inqilabınıhəm nəzəri, həm də tətbiqi cəhətdən hazırlamışdılar. Onlar inqilabın şüarı kimi «Azadlıq, Bərabərlik, Qardaşlıq» prinsiplərini irəli sürmüşdülər. Fransa inqilabının müvəffəqiyyəti masonluğun bütün Avropaya yayılmasına və nəticədə masonların siyasi hakimiyyətləri əllərinə almasına vasitə olmuşdur.
Özü də bir mason olan Napoleon Bonapart bu təşkilatı bir vasitə kimi tətbiq edərək prinsiplərinin İspaniya, Portuqaliya və İtaliyaya da yayılmasına hər cəhətdən çalışmışdır. Siyasi ehtiras və hərbi uğurlardan başı gicəllənən Napoleonu vəzifəsindən götürüb sürgünə göndərənlər də yenə masonlar olmuşdur.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

Bu dövrdən başlayan İtaliya Birliyi hərəkatını idarə edənlər də yenə masonlar olmuşdur. Masonlar Avropanın siyasi mənzərəsini alt-üst edir və hər yenidən bölüşdürmədə imkanlı mövqeləri yəhudilər tuturdular.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

Artıq Avropanın yeni respublikalarında və monarxiyalarında yəhudi prezidentlər və nazirlər dövrü başlamışdır. İtaliya Birliyinin liderlərindən olan Qaribaldi İtaliya masonluğunu vahid bir lojada birləşdirmiş və ilk Böyük Ustad isə yenə özü olmuşdur. İtaliya masonları bu tarixdən sonra Avropa və Şərq ölkələrində fəaliyyət göstərən hüquqlara təsir edən böyük hüquq və qanunları sistemə salmağa başlamışdır. İtaliya masonluğu Mussolininin iqtidara gəlişinin birinci ilində qadağan edilmişdi. İtaliya masonluğu qadağan edilənə qədər bu ölkə Avropanın ən təsirli və geniş təşkilatına sahib idi. Mussolininin devrilməsindən sonra İtaliyada mason lojaları təkrar açılmış və onlar 1961-ci ildə qurulmalarının 100 illiyini qeyd etmişdilər.
Almanların təbiətcə hələ qədimdən bəri dində olan fanatizmi və katolikliyin sərt prinsiplərini rədd etmələri masonluq üçün bu ölkədə münbit şəraitin yaranmasına səbəb olmuşdur. Almaniyada protestantlığın qurucusu Martin Lüterin də gizli bir ingilis mason lojasını mənsub olduğu söylənilməkdədir. Almaniyada ilk mason lojası «Absalam» adı ilə 1737-ci ildə qurulmuşdur. Hohenştaufenlər sülaləsi də masonluğu qorumuş və bu ölkədə yayılmasını təmin etmişdir. Alman milli birliyinə və bütövlüyünə zidd olduğu və xüsusilə yəhudi təsiri hiss olunduğu üçün Hitler iqtidara gələr-gəlməz 1933-cü ildə Almaniyada masonluğu qadağan etdi. Bu zaman Almaniyada 70 min mason var idi. Frankfurt Mayndakı Böyük Lojaya 147 mason lojası bağlı idi. Hitler qısa bir zamanda Almaniyanı bütün mason lojalarından təmizləmiş və təşkilatın liderləri ilə bütün lojalardakı yəhudilər Almaniyadan qaçmışdılar.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

 

 

Ruslar istər çar Rusiyası (müəyyən illər istisna olmaqla) istərsə də Sovet dövründə masonluğu qanundankənar elan etmişdilər. Rusiyaya XVIII əsrin sonlarına doğru girən bu məzhəb çarizm əleyhinə terror hərəkətlərini dəstəklədiyini və anarxistlərə himayədarlıq etdiyi üçün və xüsusilə çar I Nikolaya edilən sui-qəsddən sonra, yəni 1825-ci ildə qadağan edilmişdir. İstər çar Rusiyasında, istərsə də Sovetlər dövründə mason təşkilatı mənsubları aparıcı vəzifələrdə fəaliyyət göstərmişdir.
Skandinaviya ölkələrində masonluq sərbəst fəaliyyət göstərmişdir. Məsələn, İsveçdə kral İsveç masonluğunun təbii rəisi sayılmaqdadır.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

 

 

İspaniya və Portuqaliyada masonluq qanuni olaraq qadağandır və onların fəaliyyəti günah sayılmaqdadır. İspaniyada dövlət masonluğu kommunizm ilə bərabər tutmuş və ikisini də eyni qanun maddəsində qadağan etmişdir.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

 

 

Bəzi ölkələrdə masonluq dövlət xadimləri və iqtidara sahib olmaq üçün lazım şərtlərdən biri sayılmışdır. Bu anlayışın reallaşmasında dövlət idarəsində hakim olan mason lojalarının rolu böyükdür. Xüsusilə Fransada bir zamanlar dövlət xadimi olmaq üçün mason lojalarına girmək əsas şərtlərdən biri olmuşdur. Adları hamı tərəfindən tanınan məşhur şəxsiyyətlərdən mason olanlar bunlardır: Kral Viktor Emanuel, Kral VII Edvard, VI Georgi, VI Qustav, XVI Lui, Napoleon Bonapart, Prussiya kralı II Fridrix, Simon Bolivar, Qaribaldi, Madzini, Robespyer, Höte, Haydn, Meyerbeer, İrvinq Berlin, Kunliq, Danunzio, Paqanini, Vaqner, Volter Skott, Sibelius, Musorqski, Puşkin, Mille, Eddi, Kantor, Harold, Lloyd, Freminq, Didro, Fixte, Kant, Dante, Danton, Marat, Benyamin Franklin, Byrd, Lindverq, Lemintzer, Bradley, Henri Ford və ABŞ prezidentlərindən C.Vaşinqton, Ceyms Monro, Andryu Conson, Ceyms Polk, Ceyms Bukhanan, Abraham Qarfild, Vilyam Mk. Kenleyi, Teodor Ruzvelt, Hovart Taft, Hardionq, Franklin Ruzvelt, Harri Trumen, Lindon Conson. Əslində ABŞ-da siyasi sahədə şöhrət qazanmaq üçün masonluq eynən Fransada olduğu kimi əsas şərtlərdən biri sayılmaqdadır. Bu siyahının diqqəti cəlb edən maraqlı nöqtəsi adlarını yarısından çoxunun təmiz qanlı yəhudi və ya yəhudi əsilli olmasıdır.

Masonluğun əmələ gəlməsi və inkişafı

 

Artıq masonluğun bu şəkildə təşkilatlanması ilə ibtidai masonluq tarixə qarışmış oldu və artıq masonluq bənnaların bir lojası hesab edilmirdi. Xüsusilə o dövrlərin dini və monarxist təzyiqlərinə qarşı çıxan bəzi ziyalılar və daha çox yəhudilər mason təşkilatı daxilində birləşməyə başlayırlar. Artıq heç bir mason lojasına aşağı xalq kütlələrindən heç kəs daxil edilmirdi.


Mənbə Mirzə Ənsərli Türkiyədə masonların və sionistlərin fəaliyyəti kitabı




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 yanvar 2013 19:58
    cooox maraqli idi tewekkurler

  2. 16 yanvar 2013 21:53
    ela cox saqolun ele mende bunu axtarirdim
    mellimeme massonlari subut etmek isteyirdim ancaq hecne tapmirdim indi tapdim

  3. 17 yanvar 2013 21:05
    Allah razi olsun,tesekkur,maraqlidir

  4. 11 fevral 2014 15:51
    he yaxsi idi

    Кто знает, когда neynirler сообщения wink

  5. 27 may 2014 19:25
    massonlar haqqinda wikipedia da qisa oxumuwdum,menim massonlardan xowum gelmir,ewitdiyim melumatlara gore guya,onlar weytannin yolunu gedirler.Hem de onlarin reqemleri 666-dir.bu da weytan reqemi adlandirirlar.
     
     

  6. 4 may 2015 20:28
    Statistikalara görə dünyada 7 miyona yaxın mason var.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.