Ruhlarla söhbət

Ruhlarla söhbət

 

 

Şah İsmayıl – Hə, Bəyazid oğlu, nə oldu, dünyanı fəth edə bildinmi ?

Sultan Səlim – Hər halda səltənətimin hüdudlarını Misirin sərhədlərinə kimi genişləndirdim.

Şah İsmayıl – Bunun şəxsən sənə nə xeyri oldu ? Səfasını görə bildinmi ?

Sultan Səlim – Biləndə ki, türk qılıncını uzadıb Afrikanın səhralarına sancdım, məmnimçün elə bu da kifayətdir.
Şah İsmayıl – Aya ağılsız, əgər biz birləşə bilməsək də, heç olmazsa bir-birimizlə işimiz olmasaydı, onda daha neçə ölkəni çökdürə bilərdik.

Sultan Səlim – Mən onsuz da diz çökdürəcəkdim, neyləyim ki, yolumu mənədn yüz qat artıq bir qüvvə kəsdi.

Şah İsmayıl – Görürəm, ağlın hələ də başına gəlməyib.

Sultan Səlim – Bəs sən çox ağıllıydın ? Sənin Xülafə xanın deyildimi Trabzonda mənə başıa bağlamaq üçün örpək göndərən.

Şah İsmayıl – Mənim bu əhvalatdan xəbərim olmamışdı. Nə qədəər məktub yazıb səni sülhə çağırdım . Ölkələrimizi qardaşlaşdıra bilərdik. Gərəksizləriiçimizdən, ətrafımızdan təmizləyib nəvə, nəticələrimiz üçün nələr edə bilərdik.

Sultan Səlim – Fatehlik elə dadlı oyundur ki, bütün başqa ehtirasları söndürür. Mənə elə gəlir ki, biz o zaman öz iradəmizlə deyil, kiminsə istəyiylə hərəkət edirdik. Buna elmdə tarixi zərurət deyirlər.

Şah İsmayıl – Yaxşı, bəs onda niyə həmin tarixi zərurət əvvəl bir məqsəd dalınca göndərir, sonra ağzından vurub geri qaytarır.

Sultan Səlim – Tale həmişəlih birini sevmir.

Şah İsmayıl – Niyə ki… Mən uzun ömür yaşayıb həmişə də qələbələr çalan nə qədər hökmdar tanıyıram.

Sultan Səlim – Ola bilər. Fələyin işlərinin məntiqini anlamaq insan ağlı üçün əlçatmazdır.

Şah İsmayıl – Mən namərdlik eləmədim, sən elədin. Mən gecə sənin üstünə hücum edə bilərdim, eləmədim. Sən isə qılıncların döyüşdüyü yerdə topları işə saldın.

Sultan Səlim – Başqa əlacım yoxdu. Sənin süvarilərinin qabağında duruş gətirmək olardımı ? Sənin xalqın azadlıqda güxlüdür, mənimki təhkülə zamanı.

Şah İsmayıl – Sənin ordunun gücü nizam-intizamda, dönməzliyində, qələbəyə alışmağında.

Sultan Səlim – Bəs yeniçərilər ?

Şah İsmayıl – Yeniçərilər əlahiddə bir şey, sizin ümidinizdir. Bizim gücümüz isə cəsurluğumuzda, igidliyimizdədir. Çaldırandan sonra səni öldürmək üçün könüllü ölümə gedən beş yüz döyüşçümüzün əməini nə onlardan əvvəl, nə də sonra belə kütləvi şəkildə təkrar edən olmadı.

Sultan Səlim – Belə bir ordunun heyf ki, sənin kimi bacarıqsız bir sərkərdəsi vardı.

Şah İsmayıl – Bu sözləri iyirmi iki yaşına kimi dörd böyük döyüşdə qələbə çalan adama deyirsən ?

Sultan Səlim – Onlarda sən yox, sənin sərkərdələrin qalib gəlib. Hələ kim nə bilir, bəlkə də sehrbazlıqla qalib gəlmisən.

Şah İsmayıl – Bəs, o sehrbazlıqla niyə sənə qalib gələ bilmədim ?

Sultan Səlim – Çünki mənə və türk ordusuna heç bir sehrbazlıq bata bilməz.

Şah İsmayıl – Eləmi ? Bəs niyə oğlun Süleyman elə bir dövrdə Vyananı ala bilmədi ?

Sultan Səlim – Çünki Tanrı bunu istəmədi.

Şah İsmayıl – Nə oldu, qələbə çalanda sizin olur, məğlub olanda günahı Tanrının boynuna qalır ? Yox, səbəb Tanrı deyil, ya siyasətsizlikdir, ya da nəşəyəqurşanıb vaxtından əvvəl qocalmağınız.

Sultan Səlim – Ola bilər. Amma bir şey var ki, bu qədər türk xalqları içində, yalnız biz köləlik nə olduğunu bilmədik.

Şah İsmayıl – Sizin ölkə Azərbaycan qədər zəngin deyildi. Zənginlik kiçiç xalqlar üçün bədbəxtlikdir. Bir də ruslar və farslar kimi məkrli və amansız qonşularınız yozdu.

Sultan Səlim – Niyə ki ? Sizi əsarətdə saxlayanlar məgər bizim də qonşularımız deyil ?

Şah İsmayıl – Dayan, bir də sizin analarınızdan biri zamanın istədiyi oğlu doğa bildi, bizimki isə yox.

Sultan Səlim – Ola bilər. Amma sizin köləliyinizin səbəbi həqiqəti sevməməyinizdir. Siz yalançı bütlərsiz keçinə bilməzsiz. Səcdə etmək tələbatı sizin qanınızdadır.

Şah İsmayıl – Ola bilər. Amma bununla belə yenə dünyada mən bilən sizinlə bizim qədər bir-birinə yaxın xalqlar yəqin ki, çox az olar.

Sultan Səlim – Hardasa hədsiz yaxın, hardasa uzaq…

Şah İsmayıl – Elə də olmalıdır. Bir-birinin eyni olan, hətta iki əkiz qardaş tapmaq da çətindir. Beş barmağın hərəsi bir cürdür, ancaq hamısı eyni məqsədəxidmət edir. Görəsən bizim ən böyük fərqimiz nədir ?

Sultan Səlim – Ən böyük fərqimiz odur ki, biz əsarətdə yaşaya bilmədik, siz isə azadlıqda.

Şah İsmayıl – Gələcək azadlıq üçün müvəqqəti əsarətə dözmək məncə müdriklik əlamətidir.

Sultan Səlim – Köləliyin dadını görən ondan əl çəkə bilməz.

Şah İsmayıl – Tarix bunun əksini sübut edən misallarla doludur.

Sultan Səlim – Əsarətdən sonrakı azadlığın faydası az olur.

Şah İsmayıl – Niyə ?

Sultan Səlim – Çünki əsarətin qışından bircə dənə də faydalı, məhsuldar toxum salamat çıxa bilmir.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 may 2012 19:46
    salam Hamlet muellim.cox maraqlidir.size bir sualim var:bu dialoqun heqiqi oldugunu subut eden menbe var?birde yaxin zamanlarda bu dialoqu seslendirsez sevinerik

  2. 3 may 2012 19:59
    Medine salam bu yazi Alisa Nicatindi tebii ki o bunu ehtimal ederek yazib Muallif odur

  3. 3 may 2012 20:41
    Hamlet muellime teshekkurler! Alisa Nicati yada saldiqi ucun. Eseri ise 1994-cu ilde qeleme alib.

  4. 3 may 2012 20:43
    teshekkurler deyerli melumatlar ucun

  5. 26 dekabr 2012 22:37
    Maeaql dialoq idi

  6. 2 yanvar 2013 19:38
    twk. maraqli idi

  7. 6 yanvar 2013 19:26
    biz mektebimizde kecirilen Tarix ayligi"da bu dialoqu seslendirmishdik,heqiqetn cox maraqli alinmishdi

  8. 6 yanvar 2013 19:57
    cox maraqli dialoqdur.2 turk hokmdarinin qarsi-qarsiya gelmesi tarixde rast gelinir hadisedir..eger 1402-ci il ankara doyusunde beyazid meglub olmasydi belkede istanbul yarim esir evvel feth olunardi.ankara caldiran doyusleri qerb diplomatiyasinin qelebesidir.

  9. 9 mart 2013 08:24
    maraqli idi ama mene qaranliq qalan bir sey varki nedide bunun meqsedi

  10. 9 mart 2013 14:30
    aliagayev..bagisdiyin.neyin meqsedin sorusursunuz?

  11. 9 mart 2013 21:38
    belay o qederde maraqli deyildi

  12. 15 mart 2013 15:44
    Tarix boyu turk dunyasi bu mekirli siyaseti ile oz dushmenlerini sevindirmishdir ve defelerle bu sehve yol verselerde hech vaxt bundan ibret goturmemishler. Hech olmasa bu olanlar unudulmasin bundan sonraki yuzilliklerde her zaman yaddashlarda canlansin ..

  13. 17 mart 2013 14:45
    Cox maraqldr.Amma bunu hansi menbeden aldiginizi soyleye bilersinizmi,Hamlet mellim?

    Bu Elisa Nicatin hekayesidir

  14. 19 iyun 2013 18:08
    Bu dioloqda aci gercekler var.Men bunlarla raziyam.     Bilirik ki SAH ismayil qisa omur yawayib.O bu dunyada oz misiyasini bawa vurdu ve  heyatdan kocdu.ALLAH ONA REHMET ELESIN!

  15. 11 avqust 2013 10:29
    Nedense biraz sixici geldi belay

  16. 15 sentyabr 2013 17:54
    maraqli idi eziyetinize gore sagolun.

    --------------------

  17. 21 noyabr 2013 15:57
    muelif kimdi bu gozel esrin?

  18. 18 iyun 2014 20:59
    Chox maragliydi)

  19. 19 dekabr 2015 15:05
    gozel idi:) wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.