Sərkərdənin diqqəti

Sərkərdənin diqqəti

Bir dəfə İngiltərə donanmasında qeyri-adi hadisə baş verir. Məşhur admiral Nelsonun eskadrasından poçtu aparan freqat ayrılmalı idi. Ertəsi gün döyüş gözlənilirdi, buna görə hamı evə, bəlkə də son məktubunu göndərməyə tələsirdi. Poçtu torbalara doldurub ağzını möhürlədilər və freqata ötürdülər.

 

     Poçt gəmisi bütün yelkənləri açıb yola düzəldi. Bu vaxt məlum oldu ki, poçtu yığıb freqata ötürən gənc dənizçinin öz məktubunu torbaya atmağı yaddan çıxıb. O.məktub əlində növbətçi zabitin qarşısında durmuşdu və günahkar görkəmlə onun danlağına qulaq asırdı. Təsadüfən Nelson bu səhnəni görüb,zabitdən nə baş verdiyini soruşdu. Zabit: "Milord, sizin diqqətinizə layiq olamayan xırda məsələdir”,-dedi,lakin Nelson izah tələb etdi və məsələnin nə yerdə olduğunu bildikdə əmr etdi ki, siqnal verib freqatı geri çağırsınlar. Beləcə,gənc dənizçinin məktubu vətənə göndərildi. Əlbəttə ki, bu cür sərkərdə üçün dənizçilər ölümə getməyə hazır idilər. 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 fevral 2012 16:16
    MARAQLIDIR

  2. 9 fevral 2012 09:46
    admiral nelson bir defede olsun bele meqlub olmayib onun haqqinda melumat bilmek maraqlidir

  3. 9 fevral 2012 11:14
    admiral nelsonun heyatida cox maraqli olub,meqaledeki hereketi ise onun nece insanperver shexs oldugunu bir daha subut edir

  4. 15 mart 2013 16:08
    Nelson haqda chox melumatim olmasada sehv etmiremse I Napaleonla doyushde gozunu itirmishdi. Ancaq bu serkerde haqda elave genish melumata ehtiyac var ..

  5. 12 iyul 2013 16:12
     Meqaleden de gorunduyu kimi O, cox xeyirxah insan olub. feel

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.