Daşların şahı

Daşların şahı

Daşların şahı

 

     Təbiətdə ən möhkəm daş növü almazdır. İlk almaz daşları təxminən e.ə. 3000 il bundan əvvəl Hindistanda aşkar edilmişdir. Almaz daşları qədimdən bəri bir çox xüsusiyyətə malik olmuşdur.Ona sahib olanlar,almazda sirli və gizli, möcüzəvi güc görürdülər. Almaz onlara güc verir,igidlik verir,döyüşlərdə məğlubedilməzlik gətirirdi. Buna görə almaz sahibləri bayram günlərində öz paltarlarını bəzəyirdi,sərkərdələr dəbilqə və möhkəmləndirir, monarxlar isə almazla öz taclarını bəzəyirdilər.

Məhşur almazların taleyi.

     "Sansi” adlı almaz daşının taleyi çox maraqlı olmuşdur. Fransalı Burqundiya hersoqu İgid Karlın talismanı olan bu daş həmişə sahibi ilə birlikdə olurdu. Almaz hersoqa uğur və xoşbəxtlik gətirdiyini guman edirdi. Lakin bununla belə hersoq döyüşlərin birində həlak oldu,almaz isə isveçrəli əsgər tərəfindən oğurlandı. Əsgər daşın qiymətini bilmədən onu ucuz qiymətə ordunun kapetlanına satır, o isə bunu venesiya şüşəsi bilərək bir tacirə satır.Belə bir neçə ticarət əməliyyatından sonra almaz avantyurist baron de Sansiyə qismət olur. Elə bu vaxtdan daş "Sansi” adını alacaq. Qumar axşamlarının birində Sansi uduzaraq,qulluqçusuna daşı gətirməyi əmr edir.Lakin yolda qulluqçuya quldurlar hücum edir. Qulluqçu daşı udur və ölür.Sansi bu hadisədən sonra daşı çox axtarsada,tapa bilmir.Bir falçıya müraciət edir.Falçı qadın daşın qulluqçunun meydinin içində olduğunu deyir.Kilsənin qadağalarına baxmayaraq Sansi qəbri açdırır,meyidi yardırır və almazı yenidən əldə edir.Lakin Sansi İngiltərəyə qaçmalı olur.Burada o,tezliklə daşı İngiltərə kralına satır.Baron özü isə dueldə ölür.Sansi brilyantı isə İngiltərə xəzinəsindən Fransa kralı XVI Lüdovikə hədiyyə olunur.XVI Lüdovikdə 1793-cü ildə qilyotinanın qurbanı olur. "Sansi”digər daş-qaşlar kimi sarayda qarət olunur."Sansi” sonralar İspaniya krallarının,daha sonra isə rus knyazı Demidova çatır.Oktyabr inqlabından sonra isə brilyant "Sansi” Parisdə auksiyonda Sovet Respublikası tərəfindən 1,5 mln.franka satılır.

"Şah”adlı almazın taleyi.

     Böyük Moğol imperatorlarının bəzəyi olan "Şah” Nadir şahın Dehliyə hücumu zamanı qarət edilmiş sərvətlərin arasına düşmüşdür.Elə bu vaxtdan "Şah” İranda olmuşdur.1829-cu ilin yanvarın 30-da Tehranda Türkmənçay müqaviləsinin əsas müəlliflərindən biri olan,rus yazıçısı A.S.Qriboyedov öldürülmüşdür.Buna cavab olaraq Rusiya cəmiyyəti İranı cəzalandırmağı tələb etmişdir.Belə vəziyyətdə şahın oğlu şahzadə Xosrov-Mirzə öz təqsirliklərini yumşaltmaq üçün Rusiya imperatoruna şah sarayının əsa bəzəyi sayılan "Şah” almazını göndərmişdir.  

Daşların şahı
 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 fevral 2014 20:30
    Marqli idi.Bilmirdim/ winked

  2. 20 avqust 2014 16:04
    cox maraqlidir. winked

  3. 5 fevral 2016 16:03
    xoşbəxtlikdən çox bədbəxtlik gətirib ki bu daş no

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.