Tarixi anekdot

Tarixi anekdot


Avqustin

 

     Bir dəfə imperator Avqustin birisindən danışa bilən bir qarğa alır.Qarğa elə hey, “Yaşasın müzəffər imperator Avqustin” deyirdi.Bunu görən bir başqaları da qarğa tutub ona bu sözləri öyrətməyə çalışırdılar.Birisi uzun müddət nə qədər çalışdısa bir şey çıxmadı – qarğa bir cümlə də olsa danışmadı.Bunu görən qonşusu qarğanın sahibinə dedi:

     -Əbəs yerə çalışdın,ay axmaq.

     Qarğa sahibi də əməyinin hədər getdiyini görüb,qarğanı dəyər-dəyməzinə birtəhər başdan etməyə çalışdı.Qağanı saraya gətirib saray falçılarına ucuz qiymətə təklif etdi.Bu vaxt yaxınlıqdan keçən Avqustin onu görüb əsəbləşdi və əmr etdi ki,onu qovsunlar. “artıq – dedi ki,saray onu tərifləyən qarğalarla dolub.”

     Bu vaxt qarğa danışdı: -Əbəs yerə çalışdın,ay axmaq.

     İmperator bunu eşidib güldü və bu quşu da aldı.   

 

 

 

 

Birisi Zenona deyir ki,məhəbbət müdriklərə layiq iş deyil.Onda Zenon etiraz edib deyir:

   -Əgər bu belədirsə,onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir,çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

 

 

 

Arxidam

     Sparta hökmdarı Arxidamın 2 yaxın dostu öz aralarında konfliktə girirlər və bu düşmənçiliklərini həll edə bilməyəcəklərini görüb Arxidamı bu məsələdə özlərinə hakim seçirlər.O da öz növbəsində onları məbədə gətirir,and içdirir ki,onlar sözsüz olaraq onun qərarına tabe olacaqlar.Onlar həqiqətən də and içirlər.Bundan sonra Arxidam deyir:

     -Bax belə.İndi də mənim qərarımı dinləyin: bir-birinizlə barışmayınca bu məbəddən bayıra çıxmayın.  


 

Alkivid

     Hökmdar Alkivid bir dəfə özünün ən istəkli itinin quyruğunu kəsir.Bunun səbəbini soruşanda deyir:

     -Qoy adamlar bir müddət də,məndən danışmaqdansa,itimdən danışmaqla məni rahat buraxsınlar.

     




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 fevral 2012 10:17
    maraqli idi Hamlet mellim. tewekkurler

  2. 2 fevral 2012 23:19
    ))))))))))))

  3. 26 fevral 2012 04:30
    Doqurdanee.,bu gun cox oxudum ve bun letifelerle axtarishima son verirem....sabaha qeder....teshekkurler...

  4. 27 noyabr 2012 20:48
    gulmeliside var idi sadeside tesekkurler winked

  5. 30 noyabr 2012 15:25
    maraqli idi twk smile

  6. 30 mart 2013 15:12
    cox maraqlidi amma ite yaziqim geldi recourse

  7. 22 iyun 2013 16:02
    Butun melumatlar cox maraqli idi.cox tesekkur edirem.

  8. 13 iyul 2013 09:20
    Axrincisi lap maraqli idi.Tesekkurler:)

  9. 3 fevral 2014 20:56
    o qeder de gulmeli olmasa da yazdiginiza gore tesekkur edirm

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.