Həzrət Əli

Həzrət Əli

HƏZRƏT ƏLİ

 

Əbu Talib oğlu Əli yer üzünün sonuncu Peyğəmbəri Hz.Məhəmmədin (s) əmisi oğlu və kürəkəni olmuşdur.O,599-cu ildə Məkkədə anadan olmuş,kiçik yaşlarından uca Peyğəmbərimizin evində yaşamışdır.Hələ uşaq ikən islamı qəbul etmiş Hz. Əli əmisi oğluna “Mən sənə köməkçi olaram” demiş və sonralar öz hərəkətləri ilə bunu təstiqləyərək tarixin yaddaşlarına islamın böyük və müqəddəs simalarından biri kimi qalmışdır.

 

    

Həzrət Əli

ELM ÜSTÜNDÜR,YOXSA MAL?

 

On nəfərdən ibarət bir müxalif dəstə Peyğəmbər Cənabımızın Hz. Əli haqqında söylədiyi “Mən elmin şəhəriyəm,Əli də bu şəhərin qapısıdır” sözlərini eşidib paxılıq hissinə qapıldılar.Biri dedi:”Dostlar ,Əlidən soruşmaq üçün bir sual düşünək.Əgər hər birimizin verdiyi suala ayrı-ayrı cavablar verə bilsə,doğrudan da,elmin zirvəsində olduğuna inanarıq”.

  Onlar Hz.Əlinin hüzuruna gəldilər.Birincisi qarşıya çıxıb sual verdi:

-        Ey möminlərin əmiri,elm üstündür,yoxsa mal?

Hz.Əli cavab verdi:

-        Heç şübhəsiz,elm hər zaman maldan daha üstündür.

Sual verən yenə soruşdu:

-Necə sübut edərsən?

-Çox sadə.Elm Peyğəmbərlərdən mirasdır,mal isə hökmdarlardan mirasdır.

İkincisi soruşdu:

-Ya Əli ,elm daha üstündür ,yoxsa mal?

-Elm daha önəmlidir,çünki elm sahibini qoruyur,malı isə sahibi qoruyur.

Üçüncüsü də eyni sualı verdi.Hz.Əli bu dəfə dedi:

-Elm daha böyük ləyaqətdir.Çünki mal sahibinin düşmənləri çoxdur,elm sahibinin isə dostları.Dördüncünün eyni sualına isə belə cavab verdi:

-Elm daha üstündür,çünki malı dağıtdıqca azalır,elmi dağıtdıqca çoxalır.

Beşinciyə  cavabı belə oldu:

-Mal sahibinə “xəsis”deyərlər,elm sahibinə isə hörmətlə xitab edərlər.

Altıncıya cavab verdi:

-Malı qarətçilərdən qorumaq lazım gəlir,elmi isə qorumağa ehtiyac yoxdur.

  Yeddinciyə:

-Mal qaldıqca qiyməti azalır,elm isə azalmaz.

Səkkizinciyə:

-Mal sahibi zəngin olması ilə öyünür,hətta ilahlıq davasına qalxır,elm ahibi isə heç vaxt belə iddiyaya düşmür.

Doqquzuncuya:

-Mal qəlbi qaraldır,elm isənurlandırır.

Onuncuya:

-Mal insanın təbiətini qatılaşdırır,elm isə yumşaqlığa,mərhəmətə yol açır.

Bu cavablardan sonra həmin müxalif dəstə Hz.Əliyə itaət etdi.

 

Həzrət Əli

YENƏ YAXŞILIQ EDƏRƏM

 

Hz.Əli pislik nədir,bilməzdi.Hətta biri ona pislik etsəydi belə,cavabını yaxşılıqla verərdi.Bir gün Hz.Peyğəmbər yaxınları ilə oturub söhbət edərkən biri soruşdu:

-Əlini çox sevirsiniz.Bunun səbəbi nədir?

Allahın  Rəsuli bunu uzun-uzadı başa salmaq əvəzinə bir nəfəri göndərib Hz. Əlinin yanına çağırtırdı.O gələnə qədər Hz.Peyğəmbər soruşdu:

  -Yaxşılıq etdiyiniz bir adam sizə qarşı pislik edərsə,nə edərsiniz?

-Pislik etmərik,yaxşılıq edərik.

-Əgər o yenə pislik edərsə?

-Yenə yaxşılıq edərik.

-Yenə də yaxşılığınıza pisliklə cavab verərsə?

-Yenə də yaxşılıq edərik,ya Rəsulullah.

Hz.Peyğəmbər sualını dördüncü dəfə təkrar etdikdə əshabın möhtərəm nümayəndələri  bu dəfə susub tərəddüd etdilər.

Elə bu zaman Hz.Əli gəlib çxdı.Rəsulullah sualını ona da təkrar etdi.Hz.Əli cavab verdi:

-Heç şübhəsiz ,ona yaxşılıqla cavab verərəm.

Allahın Elçisi eyni sualı yeddi dəfə təkrar etdi və hər dəfə Hz.Əli tərəddüd etmədən eyni caab verdi.

Məsələnin nə yerdə olduğunu anlayan əshab HZ.Əliyə qibtə etdi və onun şəninə dualar oxudu.

 

Həzrət Əli

İNSANLARI ETNİK BAXIMDAN AYIRMAZDI

 

İslami dəyərləri dərindən mənimsəmiş Hz.Əlinin insanlar arasında irqi ayrıseçkiliyə yol verməzdi.

Bir gün azad etdiyi qullardan  iki qadın onun yanına gəlib kömək istədi:

-Bir qarın çörəyə möhtacıq.Allah eşqinə bizə bir az yardım et.

Comərdliyin atası ləqəbi qazanmış o böyük insan bu iki qadının hər birinə bərabər miqdarda bir az buğda və bir az pul verdi.

Bu iki qadından biri ərəb,digəri əcəm idi,yəni başqa irqə mənsub idi.Onların ikisinə də eyni dərəcədə kömək etməyindən xoşlanmayan ərəb qadın öz narazılığını bildirdi:

-Ey Əmirəlmöminin,bu hərəkətinizə mat qaldım.

-Mənim hərəkətimdə nə xəta gördün,ey qadın?Sözlərindən bir şey anlamadım.

-Mən bir ərəb qadınıyam.Bu qadın isə əcəmdir.

Necə olur ki,bizim ikimizi eyni tərəziyə qoyursan.

Hz.Əli hirslənmədi,adəcə dedi:

-Dinlə ey qadın! Mən Quranı yaxşı bilirəm.Orada Hz.İsmayılla Hz.İshaqın soyundan gələnlər arasında bir fərq olduğunu göstərən ayə yoxdur.

Bilindiyi kimi,ərəblər Hz.İbrahimin oğlu İsmayıl Peyğəmbərin soyundan,digər millətlər isə Hz.İshaq və başqa oğullarının soyundan yaranmışlar.

 

Həzrət Əli

HƏZRƏTİ ƏLİ VƏ HƏZRƏTİ OSMAN

Uca peyğəmbərimizin qızı Hz. Fatimə ilə evlənmək istəyən Hz.Əli başlıq üçün pul əldə etmək məqsədi ilə qılıncını satmaq qərarına gəlir.Əlondə zireh bazara gedən Hz.Əli adamların çox olduğu bir yerə çatıb dayandı.

-Satlıq zirehim var,alan yoxdur?! – deyə səsləndi.

Bu zaman təsadüfən həmin yerə Hz.Osman gəlib çıxdı.Əbu Talıbın igid oğlu Əlinin utancaq bir halda kənarda durduğunu gördü.Əlindəki zirehini görcək bazaar gəlişinin səbəbini başa düşdü.İncə bir dillə:

-Əssəlamun - əleyküm,ya Əli, - dedi.

-Və Əəlyküm-əs-salam,ey Osman!

-Ya Əli,görürəm ki,zirehini satmaq istəyirsən?Səhv etmirəm?

-Bəli,satmaq istəyirəm.

-Soruşmaq mənə düşməz,amma,bir  sıxıntın mı var,ey Əli?Birdən-birə zirehini satmağa səbəb nədir?

-Xeyirli bir iş üçün satıram,ey Əffan oğlu Osman.

-Başa düşdüm,Allahj mübarə eləsin !

Hz.Osman bunları dedi,ama ürəyindən bir fikir keçdi:”Əi kasıb bir insandır.Çətinliklə çörəyini qazanır.Madam ki,xeyirli bir iş üçün zirehini satışa çıxarıb,gərək mən hamıdan yüksək əbləğ verib onu alım”.

Üzünü Əliyə tutub dedi:

-Ya Əli,zirehini mən almaq istəyirəm.

-Zirehimi sənin almağından çox razı qalaram.Çünki bu zireh adi zireh deyil.Heç olmasa,sənin kimi dosta qismət olsun.

-Yaxşı qiyməti nədir?

-Sən bunu dəyərləndirməyi bacararsan.

Hz.Osman,bir az sükut etdikdən sonra:

Mən 480 dirhəm erirəm,-dedi.

Hz.Əli zirehi əlindəki uzatdı:

Xeyir olsun!

Alış-veriş bitdi:

Hz.Osman gümüş puları sayıb Hz.Əliyə verdi.Hz.Əli bazardan biraz uzaqlaşmışdı ki,arxadan bir səs eşitdi:

-Ya Əli bir dəqiqə dayana bilərsə?!

Arxasından gələn adam Hz. Osman idi.

-Olmaya fikirndən daşındın,ya Osman?

-Xeyir.Necə daşına bilərəm? Bunu ağlımdan belə keçirmərəm.

-Yaxşı,bəs?..

-Mən zirehi sənə hədiyyə etmək istəyirəm.

Əbu Talıb oğlunun əsmər üzündə şirin bir təbəssüm oyandı:

-Təşəkkür edirəm.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 noyabr 2011 23:10
    Hezreti Eli dahi sexsiyyetdir, Allah ondan ve ehli-beytden razi olsun, Allah onlara gore bizlerin gunahini bagislasin! Meherremlik ayinda bu meqale lap yerine dusdu...cox saqolun!

  2. 3 dekabr 2011 15:13
    meqaleni cox beyendim,cox maraqli oldu menimcun

  3. 9 dekabr 2011 10:21
    cox sag ol. tewekkurler.

  4. 17 dekabr 2011 23:23
    heqiqeten cox maraqli idi.zehmeti kecen her kese tewekkur

  5. 30 mart 2012 20:57
    bu meqalni yazan sexse tesekkurumu bildirirem.cox saolun ki,dunyanin en dahi insani haqqinda deyerli rvaytlr yazmisiniz.

  6. 31 mart 2012 00:47
    Bir hedisde soylenildiyi kimi-HAQQ ELI ILEDIR,ELI DE HAQQILE-......ALLAH(cc)Teala bizleri ehli-beyt ile meshur elesin..amin....meqaleye gore cox saq olun.

  7. 23 dekabr 2012 22:33
    Meqale n ox teekkr edirem.Allah sizden raz olsun.nsann qelbin serinlik,xeyirxahlq,iq kimi yayld.qelbind li eqi olan hr bir ks bu mqaly gr siz minntdardr.

  8. 24 dekabr 2012 18:46
    WOWWWWWWWWWWWWWWWW!ELADI KI1!!!;) smile

  9. 24 dekabr 2012 19:14
    tesekkurler,Allah razi olsun,maraqli idi,ama menim fikrimce peygemberimizin (s.a.v)ve ehli-Beyitinin sekillerinin olmasi duzgun deyil,yenede tesekkurler

  10. 24 dekabr 2012 21:05
    "ELI seven ureklerin hemiwelik sefasi var.
    Cahanda hansi milletin Eli kimi agasi var?
    Ebes deyil ki vesf edir onu cahanda duwmeni
    Emelleri niwan verir ne nuri,ne celasi var?"
    Peygemberimiz (s.a.a.v)buyurub:"Men kimin movlasiyamsa Eli de onun movlasidr."
    Elhemdulillah! ALLAH RAZI OLSUN.

  11. 15 mart 2013 16:54
    Allah peygenber ovladlarinin Hezreti Elinin ve onun 11 ovladinin nurunu bizim uzerimizden eksik etmesin, Amin ..

  12. 29 mart 2013 23:59
    lini sevmyn insan olmaz
    olsada o sexsde vicdan olmaz.

  13. 25 aprel 2013 16:25
    salam yaxsi melumatdi istifade etdim tesekkurler

  14. 12 iyul 2013 16:18
    ALLAH (c.c) sizden razi olsun. ALLAH (c.c) Hz.Eli'nin nurunu ustumuzden eskik etmesin,AMIN!

  15. 23 noyabr 2013 22:08
    cox marqli xebrdi.cox xosuma gldi.
    yesilsu76

  16. 2 mart 2014 20:32
    salam,coooooooooooooooooooxxxxxxxx yaxsi idi.bilmediyim bir melumati bildirdiyinize gore tesekkur edirem.thank you!bele dini movzulari tez-tez yerlesdirseniz coooooooox sad olaram.ayrica onu da deyim ki,men de tarixden,dinden ve b.movzulardan maraqli melumatlar qoyacam.inanin ki,cooooooooooox maraqli olacaq sizler ucun de.insallah tez bir zamanda qoya bilim melumatlari.Hz.Əli haqda melumata gore tesekkurler.Allah sizlerden razi olsun ki,muselmanlari bele melumatlarla bilgilendirirsiniz..........sag olun

  17. 5 aprel 2014 19:22
    Salam,men peygemberlerimiz haqqinda oxuyanda cox secinirem,cunki onlar Allahimizin gonderdiyi elcilerdir.Verdiyiniz deyerli melumatlara gore cooooooox sag olun

  18. 22 avqust 2014 11:45
    Bele dahi sexsiyyete dair melumat yazdiginiza gore tesekkurler. winked winked winked

  19. 1 fevral 2015 13:35
    ALLAH SIZDEN RAZI OLSUN

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.