Kiçik hekayələr

Kiçik hekayələr

"Deyir, orta əsrlərdə hansısa bir şərq ölkəsində bir varlı padşah varmış. Padşah yuxusunda görür ki, filan vilayətin, filan yerində bir meyid var. Ağ saçlı bir nəfər buyurur ki, ged o vilayətdən, o meyidi götüzdür. Yuyuzdur, kəfən geydirib dəfn etdir. Bu yuxudan dik atılan padşah dərhal əhatəsindəki insanları çağıtdırıb tez bir zamanda yola qoyulur. Nəhayət gəlib görür ki, bəli. Burada bir meyid var. Nəisə, bu meyidi necə lazımdısa dəfn etdirir. Sonra əmr etdirir ki, bunun kim olduğunu öyrənsinlər. Camaat bunu tanıyır. Deyillər ki, bu kişi varlı bir dəmirçi olub. Hər gün qazandığının çoxunu içkiyə verirmiş. Qalan pullarını da əxlaqsız qadınlara xərcləyirmiş. Padşah mat-mətəl hamının eyni ağızdan dediyi bu sözlərdən baş aça bilmir.
Qərara alır ki, onun ailəsinə getsin. Axtarıb tapır və nəhayət həyat yoldaşı ilə görüşür. Dəmirçinin həyat yoldaşından soruşur ki, bəs sənin ərin belə. Mənim yuxuma girdi və mən dəfn etdirdim. Xanımı gülümsəyərək onun ruhuna salavat çəkir. Deyir xanım sənin yoldaşın haqqında məlumat aldım hamı onu zinakar, onu sərxoş biri bilir. Sən nə yaxşı onu təhbehlə anmadın.
Xanım cavab verir. "Bəli mənim yoldaşım varlı dəmirçi idi. o qədər var idi ki, bütün pulunu gündəlik içki və əxlaqsız qadınlara verirdi. Amma mənim yoldaşım içkini alıb həmən gündəcə məhv edirdi, sındırırdı. Əxlaqsız qadınları isə evimizə gətirib olara pul verirdi ki,bugün zina etməsinlər. O Allaha o qədər güvənirdi ki, xəstəliyinə rəğmən həmin işi görürdü. Mən deyəndə ki, ay kişi xəstəliyindən bir gün yolda ölüb qalassan. O cavab verirdi. "Allahım o qədər Rəhmandı ki, lazım olsa Padşahı bura gətirib məni dəfn etdirər"
Yani uzaqdan görülən hər pis, hər yalnış, hər səhv əslində elə yox,tam əksi əsas doru olandı. Və insanların dayanış yeri yalnız oları Yaradana olmalıdı :)

Kiçik hekayələr

"İnsan oğlunun çəkdiyi işgəncələrdən ən pisi çarmıxa çəkilməkdi.
Çarmıxa çəkilən qadın ya da kişiyə cançəkişmədən əvvəl qorxunc əzab verən bu üsuldan Siseronun "iyrənc cəzalandırma" kimi söz açdığını xatırlayıram. Buna baxmayaraq, günümüzdə insanlar bunu boyunlarına taxırlar. yataq otaglarının divarlarından asırlar, işgəncə sənədinə baxdıqlarını da unudub, bu səhnəni dini simvolla bərabər tuturlar."
Paulo Koelho "Zahir"

Kiçik hekayələr

Bir gün Napoleon düşmən əsgərlərindən qaçarkən, bir baqqala girib sahibdən dərhal özünü gizlətməyini əmr edir. O da Napoleonu uyğun bir yerə gizlədib, bir az sonra gələn düşmənlərə də:
-“Az əvvəl biri qaçaraq bu tərəfə keçdi” - deyib aldadır.
Nəhayət Napoleonun gözətçiləri gəlir...
Baqqal ömründə bir daha qarşılaşmayacağı Napoleondan soruşur:
-“Bağışlayın, amma maraqlı gəldi, ölümlə bu cür burun-buruna gəlmək necə bir hissdir? '
Napoleon birdən hirslənir:
-“Sən kim olursan ki, mənimlə belə danışmağa cürət edirsən?” – Deyə qışqırır. Dərhal əsgərlərinə adamı güllələməyi əmr edir, əsgərlər baqqalın gözünü bağlayıb, qarşısına düzülürlər.
Hər şey hazırdır, artıq “atəş” əmri veriləcək...
Adam içindən:
-“Ah, Nə etdin sən? İndi ölüb gedəcəksən” deyə düşünərkən, arxadan bir cüt əl uzanır, gözündəki bağı açır.
Qarşısında Napoleon dayanıb, tək cümlə ilə cavablandırır:
-Bax, belə bir duyğu!
Yaşayaraq öyrənmək, əvəzi olmayan və ən yüksək öyrənmə formasıdır .

Kiçik hekayələr

Maradona narkotik maddәlәrә olan bağlılığından qurtardıqdan sonra depresiyaya girir vә bir muddәt dәlixanada yatmalı olur. Sonralar bu zaman haqqında xatirәlәrindә deyir :
Orada hәr cür adam var idi. Biri Çe Gevarayam deyirdi, ona hörmәt edirdilәr. Biri mәn Gandiyәm deyirdi, ona inanırdılar. Mәn Maradonayam deyәndә, hamısı mәnә güldü. Dedilәr ki, heç kәs Maradona ola bilmәz.
O zaman özümdәn xәcalәt çәkdim, özümә nәlәr etdiyimi anladım. İnsanın әn böyük düşmәni qürurudur. O bizi , heç vaxt duşmәrik , dediyimiz bәlalara salır. Özünüzü qoruyun, yarpaqlar qızıl olduqlarını güman etdiklәri zaman tökülürlәr ... !
Armando Diyeqo Maradona

Kiçik hekayələr

"Demək, bir gün Teymurləng 200 minlik qoşunla nankor "oğlu" Toxtamışı cəzalandırmağa yollanır. İsti iqlimdə və həmişə kabab yemiş tatar qoşunu indiki qərbi Sibir ərazisində şaxtadan və aclıqdan şikayətlənir. Teymur əmr edir ki, qoşunun ön hissəsi dayansın, arxadakı hissələr isə qövsvari hərəkət edərək gəlib ön hissələrə birləşsin. Əmr yerinə yetirilir və məlum olur ki, təxminən Qazaxstanın yarısı boyda çöl mühasirədədir. Sonra əmr olunur ki, qoşun mühasirəni daraltsın. Nəticədə böyük sığın, maral sürüləri, quş dəstələri, çöl heyvanları mühasirəyə düşür və ovlanır. Bu ov sayəsində qoşun dirçəlir və Toxtamışla haqq-hesabı çürüdür.
İistedad şərait tələb edirsə, o, istedad deyil, mənəvi naxoşluqdu. İstedad şəraiti özü yaratmalıdır."
Kiçik hekayələr


Materiallar Facebook səhifələrindən toplanılaraq tərtib olunub...(təşəklkürlər Mircavid və Məzahim müəllimə)



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 iyul 2016 08:09
    maraqlidi.cox sag olun

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.