Mən onun nökəriyəm.....

Mən onun nökəriyəm.....

1225-ci ildə İvane Mxarqrdzelinin başçılığı altında 60 minlik erməni-gürcü-qıpçaq qoşunu Xarəzmşah Cəlaləddinin başçılıq etdiyi İslam ordusunu Cənubi Qafqazdan çıxartmaq üçün Qarni adlanan yerə toplaşdılar. Avqustun 7-də İslam ordusu Qarni yaxınlığına gəldi. Xristian ordusundan olan yekəpər Şalva adlı bir gürcü pəhləvan üzünü İslam ordusuna qarşı tutaraq bağırdı :
"Hanı Zülfüqarın sahibi (Hz. Əli nəzərdə tutulur)? İndi öz qılıncımı onun üzərində sınayardım."
Cəlaləddin xristian ordusunun sağ cinahını təşkil edən qıpçaqlara duz-çörək göndərib onlarla soydaş olduğunu bildirdi. Qıpçaqların çoxu döyüşdən imtina etdi.Cəlaləddin döyüşdən əvvəl dedi : "Qurdlar nə vaxtdan sürüdə qoyunların çox olmasından qorxmuşlar?" və düşmən üzərinə yeridi.Döyüşdə 20 mindən çox erməni-gürcü döyüşçüsü öldürüldü, 4 min müsəlman şəhid oldu. əsir tutulan Şalvanı Cəlaləddinin yanına gətirdilər. O Şalvadan soruşdu : "Zülfüqarın sahibini axtarırdın? Mən onun nökəriyəm". Şalva başını aşağı saldı və müsəlman olmaq istəyini belə dilə gətirdi : Bostana göz dəyməsin deyə ağacın başına eşşək başı qoyurlar.Qoy mənim başım İslamın həmişəyaşıl zoğlarının eşşək başı olsun...


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.