Qaçaq Nebi

Qaçaq Nebi

Qaçaq Nəbi Yelizavetpol quberniyası Zəngəzur qəzasının Aşağı Mollu kəndində anadan olmuşdur.Gənc ikən bəyə qarşı çıxdığına görə həbs edilmiş,həbsxanadan qaçdıqdan sonra qaçaq dəstəsi yaradaraq bəyərə və çar çinovniklərinə qarşı mübarizə aparmışdır.Onun ən yaxın silahdaşı igidlikdə Nəbidən geri qalmayan Həcər olmuşdur.Qaçaq Nəbi 1896-cı ildə Kərbəladan qayıdarkən İranda xaincəsinə öldürülmüşdür.Xalq Qaçaq Nəbi haqqında dastan yaratmış.mahnılar qoşmuşdur.

 

 

      NƏBİNİN  ƏRİZƏ  QAYASI

 

Kəlbəcərin Qaraçanlı dağlarında bir qaya var.Adına "Ərizə qayası”deyərlər.Qayanın əsl adı "Nəbinin ərizə qayası”dır.

 Qaçaq Nəbi öz Həcəri və başının dəstəsi ilə "Ərizə qayası”nda kəndlilərin şikayətlərinə qulaq asırmış.Hamı dərdini deyir,amma iri gövdəli,qalın bığlı bir kişi aralıda dayanıb,başını yerə dikib durur.Nəbi deyir:

-A kişi yaxın gəl,sənin dərdin nədir?

Kişi deyir:

-Başına dönüm,ay Nəbi.utanıram sözü deməyə.Mənim evim kəntxudanın qonşuluğundadır.Hər gün arvadım kəndxudanın çəpərinin yanından keçib su gətirməyə gedir.Hər dəfə kəndxuda arvadımı görüb deyir:”Sən gərək bu gözəlliklə kəndxuda arvadı olmayaydın”.Çarə ona qalıb ki,kəndxudnı öldürəm.

Nəbi deyir:

-Kişi.get,gələn cümə məni sizin Zar kəndinin üstündəki Keyti dağında,”Yazılı qaya”nın  yanında gözlə...

Kişi cümə günü yazılı qayanın yanına gələndə gözlərinə inanmadı.Nəbidən başqa ,kəndin mötəbər adamları da,onun arvadı da burada idi.Nəbi kəndxudaya əmr etdi ki,ortaya çıxsın.Nəbi qəzəblə dedi:

-Sən bu kişinin arvadına deyirsən ki,Gərək sən kəndxuda arvadı olaydın.Bu gündən o sənin yerinə kəndudadır.

 Nəbi cəza olaraq köhnə kəndxudanın bığlarını kəsir.Təzə kəndxudaya deyir:

 -Sən bundan ibrət al,ədalətli ol.camaatla yaxşı dolan.O,bığını bada verdi,sən isə başını itirərsən.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 noyabr 2011 12:40
    maraql idi tk

  2. 6 mart 2012 22:18
    cox sagol maraqliydi

  3. 12 yanvar 2013 18:05
    cox gozel bir sebekedir twk edirem bunu yaradan insanlara

  4. 9 aprel 2013 20:09
    bura cox yaxsi saytdir. burda tarixi sexsiyyetlet haqqinda oyrenirik
    COX SAQOL OLUN....

  5. 10 aprel 2013 00:56
    maraqliydi ) twkleeer

  6. 14 aprel 2013 18:05
    Mene derslerim ucun lazim idi. Bu melumati yerlesdiren her kimdirse ona cox tesekkur edirem. Sabah aciq dersimiz var Edebiyyatdan. Cox ugurlu alinacaq.

  7. 15 aprel 2013 00:40
    Menim babamin atasi Nebini gormus.Danisirmiski bir gun hay haray vurdularki Nebi gelib arana Araz cayinin sahilindedi.Getdik gorek bizde Nebi ne Nebi gozel goycek cavan bir oglan

  8. 20 noyabr 2014 00:08
    Qaçaq Nəbinin filmi də çox marağlıdı.çox böyük təəssüf və ürəy yanğısı ilə deyirəm ki, indi nə Vətənpərvər kinomuz var , nə qəhrəmanımızı tanıdan filmimiz var. heçnə, heçnə yoxdu. nə varsa keçmişə qaldı hamsı.ona görə də keçmiş milli kinolarmızdan möhkəm yapışaq.. birdə gördüy bu milli dəyərimiz olan filmlərmizi də "əzizim xələf qonşularmız " mənimsədi..!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.