Romul və Rem

Romul və Rem

Qədim Roma dövləti 1000 ildən artıq mövcud olmuşdur.Marqlıdır ki,onun birinci 

 

 

hakiminin də.sonuncu imperatorunun da adı Romul olmuşdur.Qədim tarixçilərin yazdığına görə Roma şəhəri e.ə. 753-cü ildə iki qardaş – Romul və Rem tərəfindən salınmışdır.Bu qardaşlar haqqında rəvayətdə də Romanın necə yaranmasından bəhs olunur.

 

Deyilənə görə.Troya şəhəri süqut etdikdən sonra oradan qaçmış Eney adlı bir qəhrəman Tibr çayı sahilindəki Latsium düzənliyində məskən salır.”Latın”sözü də bu düzənliyin adından götürülmüşdür.Sonralar bu yerlərin əhalisini latınlar.onların dilini isə latın dili adlandırmağa başladılar.

Eneyin nəvə-nəticələri burada Alba-Lonqa adlı şəhər-dövlət yaratdılar.Bu şəhərin hakimi Numitor adlı ədalətli və müdrik hökmdar idi.Lakin Numitorun kiçik qardaşı Amuli onu devirib hökmranlığı ələ keçirdi.  Qəddar Amuli Numitoru zindana saldı, onun oğlunu isə qətlə yetirdi. Numitorun Reya-Silviya adlı bir qızı qaldı.

Çox keçmədi ki, Reya-Silviyanın iki əkiz oğlu oldu. Amuli öz qullarından birinə əmr etdi ki,körpələri bir zənbilə qoyub Tibr çayına atsın. Qul belə də etdi. Zəmbil çayla xeyli axdıqdan sonra sahildə bir ağaca ilişdi. İçindəki körpələrin səsinə bir canavar gəldi. O, körpələri zənbildən çıxarıb əmizdirdi.

Romul və Rem

Körpələr bir müddət canavarın yanında qaldılar.

 

Bu yerlərdə bir çoban öz arvadı ilə yaşayırmış. Onların uşaqları yox idi. Bir gün çoban sürüyə hücum etmiş canavarı yaralayır və özünü yuvasına yetirmək istəyən qurdun dalınca düşür. Çoban qurdun yuvasına çatanda burada iki balaca oğlan uşağı görür və onları götürüb evə gətirir. Çobanla arvadı bu təsadüfə çox sevinirlər və uşaqları öz balaları kimi saxlamağa başlayırlar. Onlardan birinə Romul, o birinə Rem adı qoyurlar.

Romul və Rem böyüyüb əsl cəngavər oldular. Günlərin bir günü hökmdar Amulinin zülmündən baş götürüb qaçan bir qoca onların daxmasında gecələyəsi oldu. O,çobana və qardaşlarına ədalətli Numitor və zalım Amuli haqqında danışdı və bu cavanların Numitora oxşadıqlarını dedi.

Qoca ilə söhbətdən sonra qardaşlar başa düşdülər ki, onlar Numitorun nəvələridir. Qardaşlar birlikdə Alba-Lonqaya yollandılar və Amulini taxtdan devirib öz babalarını yenidən hökmdar etdilər. Lakin Romul və Rem Alba-Lonqada qalmaq istəmədilər. Onlar yaxınlıqda öz şəhərlərini saldılar. Qardaşlardan hər biri yeni yaranmış şəhərə öz adını qoymaq istəyirdi, odur ki, onların arasında mübahisə düşdü. Əlbəyaxa savaşda Romul Remi öldürdü və şəhəri öz adı ilə Roma adlandırdı.

Yeni yaranmış Romada adam çox az idi. Ona görə də Romul hamını qəbul edirdi. Öz ağasından qaçmış qullar, ata-anasından inciyən cavanlar, yaşadığı şəhərin hökmdarından narazı qalan şəxslər və hətda yoldan ötən avaralar bu azad şəhərə pənah gətirirdilər.

Romul şəhər sakinlərini iki təbəqəyə böldü – patrisilərə və plebeylərə. Latınca patrio – ata, plebs – kütlə, rəiyyət deməkdir. Öz ata-anasını tanıyanlara və əcdadları məlum olanlara patrisilər, qalanlarına isə plebey deyirdilər. Ən hörmətli patrisilər ağsaqqallar şurasına – senata seçilirdilər. Senatın vəzifəsi öz məsləhətləri ilə hökmdara kömək etmək idi.

Romul qoşun yaradıb onu dəstələrə - legionlara böldü.Beləliklə, o.güclü bir şəhər-dövlətin əsasını qoydu. Sonralar "əbədi şəhər” adlandırılacaq Roma belə yarandı.  

Romul və Rem

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 fevral 2012 13:37
    cox maraqli idi

  2. 8 fevral 2012 16:57
    cox sag olun,cox maraqlidi

  3. 15 mart 2012 15:47
    maraqli idi

  4. 3 fevral 2013 14:42
    heqiqeten cox maraqlidi bunu sinifimizdeki usaqlara demek ucun sabirsizlaniram

  5. 14 aprel 2013 15:14
    romul ve rem haqqinda daha sinifimizdeki usaqlar tapmayiblar. amma men tapmisam. 100% 5/5 alacagam.

  6. 16 may 2013 15:17
    men bunu bilirdim. cunki,azerbaycan dilinden kecmisik
     
     

  7. 27 iyun 2013 19:48
    teşekkürlər. maraqlı idi

  8. 6 dekabr 2013 22:57
    əla idi.orta məktəbdən qısa və maraqsız formasını öyrənmisdim.indi isə əksinə.təşəkkürlər.bu saytdan hər dəfə bir məlumat öyrənirəm.
     
     

  9. 22 avqust 2014 19:23
    Cooooooooooooox maraqlidir.Sag olun winked winked winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.