Teymurləng və qarışqa

Teymurləng və qarışqa

Orta əsrlərin qüdrətli sərkərdəsi olan Teymur(1336-1405) indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olmuşdur. Cavan ikən öyüşlərdən birində sağ ayağı və çiynindən yaralanan Teymur şikəst qalmış və tarixdə daha çox "Teymurləng”, ”Topal Teymur” (Avropa dillərində Tamerlan) adı ilə qalmışdır. Öz qəddarlığı ilə məşhur olan Əmir Teymur eyni zamanda,elmə,incəsənətə,islam dininə hörməti və himayədarlığı ilə də yadda qalmışdır.

 

 

      TEYMURLƏNG VƏ QARIŞQA

Uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Ətrafına göz gəzdirir, görür ki.bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür,nəhayət,70-ci dəfə qarışqa dəni apara bilir. Bunu grən Teymurləng utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir.

 

    BƏS KİŞİLƏR HANI?

Teymurləng qoşunu ilə gəlib bir kəndə çatır.O,qrşıdakı kənddə çapar göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kəndən çıxsınlar. Bizim işimiz kişilərdir. Onlarla vuruşmağa gəlmişik.

    Qoşun çöldə gecələyir. Sübh tezdən əsgərlər kəndə girirlərş.

Teymuləng kəndi bom-boş görüb mat qalır. əsgərlər bir qoca tapıb onu Teymurləngin hüzuruna gətirirlər.Teymurləng qocadan soruşur:

   -Hanı bu kəndin kişiləri?

  Qoca deyir:

  -Hörmətli hökmdar,siz xəbər göndərdiniz ki, qdinlar ən qiymətli şeylərini  götürüb kənddən aralansınlar.Onlar da sizin əmrinizə əməl etdilər.

Teymurləg qocanın sözünün canını başa düşməyib qeyzlə deyir:

   -Bəs kişilər hanı?

Qoca aramla deyir:

  -Ey böyük hökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qarıya öz ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?

 Qocanın bu cavabından Teymurləng dərin fikrə gedir və qoşununun ənddən çıxmasına əmr verir.

 

ƏMİR TEYMUR VƏ ŞAIR KİRMANİ

Bir dəfə Teymur öz sarayında şair və filosofları yığıb onlarla söhbət edirmiş.məclisdə Teymurun sevimlisi şair Kirmani də varmış.Necə olursa,sohbət insan şəxsiyyətini qiymətləndirmkdən düşür.Əmir Teymur Kirmaniyə xitabən soruşur:

   -Əgər mən satılası olsaydım,sən məni neçə paraya qiymətləndirərdin?

  - 25 quruşa! – deyə şair cavab verdi.

  -Şair,sən bilirsən ki,mənim yalnız qurşağım bu qiymətə dəyər.

  -Zatən mən də elə onu nəzərdə tuturam,-deyə şair Kirmani cavab verir.

  Sonralar "Teymurnamə”əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.

 

 DAŞAR VƏ İNSANLAR

Hər dəfə yürüşə çıxanda Teymurun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı.Böyük bir daş təpəsi yaranırdı.Səfərdən qayıdanda hərəsi bu təpədən bir daş götürürdü.Təpə balacalanırdı.Ancaq yerdə daşlar alırdı.Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı,həlak olanların ruhuna dua oxuyurdu.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 oktyabr 2011 13:09
    bilmediklerim var idi,onlarida oyrendim.

  2. 27 oktyabr 2011 10:26
    axirinci daha cox xowuma geldi.

  3. 9 noyabr 2011 12:13
    cox yaxsi axirincini bilirdim

  4. 27 iyun 2012 15:30
    yaxshi meqalelerdi

  5. 13 iyul 2013 09:24
    1-ci ve 2-ni bilirdim.Digerleri icin Twk love

  6. 28 oktyabr 2014 23:34
    Men de 1 ve 2ni bilirdim digerleri de maraqli idi twk fellow

    love cox xosuma geldi smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.