Zülm ərşə çıxanda


[b]Zülm ərşə çıxanda

Nadir şah(1688-1747)qızılbaş əfşar tayfasından olmuşdur.O,Səfəvi şahı Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah,özünü isə onun qəyyumu elan etmişdi.Bir müddət sonra isə hakimiyyəti öz əlinə alaraq taxt-taca yiyələnmişdi.Nadir şah müharibələr apararaq böyük imperiya yaratmışdır.Onun vaxtında hərbi vergilər xeyli artmış,xalq var-yoxdan çıxmışdı.Buna görə də Nadir şah xalqın yaddaşında zülmkar hökmdar kimi qalmışdır.

 

         OĞULUN CAVABI

    Bir gün Nadir şah böyük bir məclisə gəlir.Məclisdəkilərin hamısı ayağa qalxıb ona baş əyir,yer göstərir.Lakin şahın öz öğlu nə baş əyir, nə də təzim edir.Nadirin ona acığı tutur.Cəlladı çağırır,oğlunun gözlərini çıxartdırıb onu dünya işığına həsrət qoyur.

     Bir gün şah öğlunun yanına gəlib ondan soruşur:

     -Sən bilirsənmi  mən nəyə görə sənin gözlərini çıxartdırdım?

       Oğlu başını bulayır.Nair şah deyir:

     -Ona görə ki,mən gələndə sən ayağa durmadın.

      Oğlu atasından soruşur:

    -De görüm sənin atan nəçi olub?

     Nadir cavab verir:

    -mənim atam naxırçı olub.

    Oğlu deyir:

    -Bəs harada görünüb ki,şah oğlu naxırçı oğlunun ayağına qalxsın?

 

ZÜLM  ƏRŞƏ ÇIXANDA

Nadir şah kəndləri,şəhərləri talaya-talaya gedirdi.Onun zülmündən bütün xalq zinhara gəlmişdi.Ana fəryadları,bala nalələri,ata hönkürtüləri dağların da belini bükmüşdü,dağları da ağladırdı.

  Nadir yenə öz alaçığında oturub səhərki basqınını fikirləşirdı.Onun qaş- qabağı tutulmuşdu.Yan –törəsindəki vəzirlərin də üzünü qara buludlar almışdı,biri də başını qaldırıb Nadirin üzünə baxmırdı,qorxurdular ki,Şah onlardan tədbir soruşsun.Şaha cəfəng məsləhət vermək olmazdı,hansının sözü xoşuna gəlməsə,vəzirlikdən salınırdı.

   Bu vaxt döyüşçülər qoca bir kişini itələyib içəri saldılar..Nadir dodağını çeynəyə-çeynəyə soruşdu:  

-        Bu kumdir?

Ərz elədilər ki,sizə sözü var.

Nadir qalxdı,bir əlini qılıncın qəbzinə qoyub dedi:

-Nə deyəcəksən,qoca? Minnətə gəlmisən?

  Qoca dedi:

  -Xeyr,şahım.

Nadir onu kinli-kinli süzdü.

 -Bəs nəyə?

Bu məqamda çöldən göy gurultusu kimi bir qaqqılti səsi gəldi.Sanki.dünyada nə qədər adam vardırsa,şahın düşərgəsinə yığışıb bir ağızdan qəh-qəh çəkirdi.

  Nadir qocanın üzünə çaşqınlıqla baxdı.

  Qoca dedi:

  -Bizim kəndin camaatıır,şahım.Bilirlər ki.sabah onların axırıdır.Hamısı yığışıb gəlib ki,tapşırasınız.onları qılıncdan keçirsinlər.

  Nadirin gözləri qıyıldı,ağzı əyildi:

  -Qoca.sizin kənddə bir ağıllı adam yoxdur?

Bunlar nəyə gülürlər?

-        Sevinirlər ki,canları əzabdan bir gün tez qurtaracaq.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 oktyabr 2011 21:03
    meqaleler cox xowuma geldi

  2. 30 aprel 2012 16:09
    cox maraqli idi :)

  3. 23 noyabr 2012 22:00
    Hec esitmemisdim. Cox beyendim. tesekkurler

  4. 29 yanvar 2013 21:52
    sag olun.maraql idi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.