Gizli tarix-5

Gizli tarix-5

 

Deyilənə görə, dünya şöhrətli rəssam, ixtiraçı, memar Leonardo Da Vinçinin anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır.

Bu barədə Kanadanın "National Library and Archives"də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib. Leonardo Da Vinçinin tədqiqatı ilə məşğul olan məşhur tədqiqatçı Lui Baff Perri mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, məşhur rəssam Da Vinçinin barmaq izi üzərində aparılan tədqiqatlar zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub. Da Vinçinin anası Katerina adi kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub.

Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun  sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu tam sübut ediləcəkdir.

Kerri mühazirədə "Leonardo Da Vinçi və anası Katerinanın Şərqi sirləri"  başlıqlı, olduqca mühüm materiallar təqdim edib.

Araşdırmaçı Lui Baff Perrinin sözlərinə görə, Leonardo Da Vinçi özü Türkiyə və Azərbaycana anasının Qafqaz kökənini araşdırmaq üçün gəlmişdir. Da Vinçi 1503-cü ildə Osmanlı sultanı II Bəyazidə məktubunda özünü müsəlman kimi qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Leonardo Da Vinçinin anasının azərbaycanlı olması haqqında tədqiqatlar hələ də davam etdirilir.

 

Gizli tarix-5

 

İlk şəkil 1826-cı ildə fransız fotoqraf Jozef Nisefor Neps tərəfindən çəkilmişdir. Foto "Le Grasın pəncərəsindən görünüş" adlanır. Şəkildə görünən mənzərə fotoqrafın ailəsi ilə yaşadığı evdən çəkilmişdir və tarixə ilk şəkil olaraq düşmüşdür.

 Şəkil işıq və günəş şüalarının köməyi ilə çəkildiyi üçün Neps bu işə 8 saat vaxt sərf etmişdir. Neps 8 dekabr 1827-ci ildə özünə "fotoqrafiyanın atası" adını verir. Hərçənd ki, həmin dövrlərdə fotografiya anlayışı yox idi. Neps bu sənətə "helioqrafiya" adı verir. Bu ad indiki dövrümüzə fotoqrafiya kimi gəlib çıxmışdır, eyni anlayışı əks etdirir.

Nepsin atası XV Lüdovikin məsləhətçisi, anası isə məşhur hüquqşunas qızı idi. 1829-cu ildə Neps xəstələnir. Etdiyi işlər müqabilində yaxşı qiymətləndirilməyən fotoqraf 68 yaşında 1833-cü ildə dünyasını dəyişir. Lui Jak Mande Daqer - ilk fotoqraf Jozef Nepsin davamçısı. Nepsin ölümündən sonra onun kəşfini genişləndirdi


Gizli tarix-5

 

Kraliça Yelizaveta heç vaxt ərə getməyib, özündən sonra varis qoymayıb. Deyilənlərə görə, anasını uşaq yaşında itirən Yelizaveta sonralar atasının digər arvadlarına etdiyi qəddarlığı görüb, gələcəkdə ərə getməkdən imtina etmişdir.

Hətta atası dəli kimi aşiq olduğu qadınla evlənmək üçün doğma ölkəsinin rəsmi dini təriqətini də dəyişdirmişdi. Bu yaxınlarda kraliça Yelizavetanın kişi olduğu barədə şayiələr yayıldı.

 İngilis qəzetlərində çıxan xəbərlərə görə, kraliça üzünü qırxırdı və kişiyəbənzər kobud dəriyə malik idi. Kraliçanın qırx yaşında artıq saçı tökülmüşdü. Bu yaş dövründə saçların tökülməsi kişilərə xas olan xüsusiyyətdir. Lakin qadın üçün nadir haldır. Kraliça həmişə yaxasını gizlədir və böyük bər-bəzək əşyaları taxırdı. Kraliçanın 3000 geyim dəsti var idi. Ən şübhəli məqam isə ondan ibarətdir ki, Yelizaveta vəsiyyətnaməsində, ölümündən sonra bədəninə baxılmasını qadağan etmişdir.

  Yelizaveta hakimiyyətə gəldiyi vaxt yoxsulluğun və məzhəblərarası müharibələrin astanasında olan İngiltərəni dünyanın ən varlı və güclü ölkələrindən birinə çevirir. 45 il hakimiyyətdə olduğu müddətdə İngiltərə iqtisadi və siyasi cəhətdən gücləndi, mədəniyyət mərkəzinə çevrildi. Kraliçanın heç vaxt ailə həyatı qurmaması Tüdorların sülaləsinin dağılmasına (1603) səbəb oldu. Kraliça I Yelizavetanın hakimiyyət illəri İngiltərə tarixində “Qızıl dövr” adlandırılır. 

  1870-ci ildə Overkort malikanəsinin yeni sakinləri köhnə daşları sökməyə qərar verirlər. Fəhlələr ağır bir daşı yerindən tərpədəndə, daşın altından əsrlərdən qalma qədim bir qutu tapılır. Qutunu açırlar və  yeniyetmə qız cəsədinin qalıqları üzə çıxır. İncə parça və ipək qalıqları isə hələ də sümüklərin üstündə idi. 

 Ekspertlərin analizindən sonra məlum olur ki, qız Tüdorlar sülaləsi dövründə yaşayıb və ölərkən 10-11 yaşlarında olub. Daha maraqlı fakt isə ondan ibarətdir ki, tabut şahzadənin yatdığı otağın pəncərəsinin altında basdırılmışdı. Deyilənlərə görə, kraliçanın xidmətçi və tərbiyəçiləri ilə sirli yaxınlığı vardı. Onlar ömürlərinin axırına kimi Yelizavetanın yanında qaldılar və hər şeylə təmin olunmuşdular. Həmin bu olaylardan sonra əhali kraliçanın qəbrinin açılmasını tələb edir. Lakin krallıq buna qəti olaraq etiraz edir. Kraliça I Yelizavetanın kişi və ya qadın olması hələ də məlum deyil.

 

Yeniqapıda tapılan qalıqlarla tarixi 8500 il əvvələ söykənən və dünya üzərində 3 imperatorluğa paytaxtlıq edən tək şəhər olan İstanbul tarixi boyunca dəyişik adlarla xatırlandı.Müxtəlif adlarla adlandırılan şəhərin adı Cümhuriyyətin elanından sonra "İstanbul" olaraq qəbul edildi.

 330-cu ildə şəhərə Roma İmperatorluğunun paytaxtı elan edilincə latınca "Yeni Roma" mənasına gələn "Nova Roma" adı qoyuldu, amma bu ad çox mənimsənmədi. 337-ci ildə İmperator I Konstantinin ölümüylə şəhərin adı onun şərəfinə "Konstantinin şəhəri" mənasına gələn "Konstantinopol"a çevrildi. Konstantinopol Bizans İmperatorluğu boyunca şəhərin rəsmi adı olaraq qaldı.

  Ayasofya muzeyinin başçısı və tarixçi alim Haluk Dayansının verdiyi açıqlamaya görə, İstanbulun Osmanlılar tərəfindən fəthindən sonra şəhərə bir sıra ad qoyuldu. Bunların bəziləri insanlar tərəfindən az, bir hissəsi isə geniş yayıldı. Bunlar arasında ən məşhuru Sultan III Mustafanın verdiyi İslam şəhəri  mənasına gələn  “İslambol”dur. Tarixçının məlumatına görə, “İstanbul”  kəliməsinin kökü “şəhərə doğru” mənası verən  Stinpol sözündən gəlir. Cümhuriyyətdən sonra rəsmi olaraq istifadə edilməyə başlanan İstanbul adının yunancadan gəldiyini və mənasının şəhər və tərəf bildirdiyini iddia edir. 

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 aprel 2013 17:26
    en maraqlisi kralice yelizavet olub mence kisi olub yeniii artiq butun faktlar onu gosterir ki kisidirrrrrrrrrrrrrrrrrrr..........

  2. 26 aprel 2013 20:14
    maraqlidir

  3. 10 may 2013 15:07
    Maraqli revayetlere gore tesekkur edirem.

  4. 2 iyun 2013 21:30
    ÇOX MARAQLI İDİ  smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.