Onlardan qalan qızıl cümlələr [Hitler]

-Yalan nə qədər möhtəşəmdirsə, ona inanmaq da bir o qədər asan olur.

-Qalibdən heç kəs soruşmur ki, o doğru danışırdı, yoxsa yalan.

-Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq.

-Mən sizi vicdan adlı xülyadan azad edirəm.

-Vicdan – yəhudilərin uydurmasıdır. Sünnətə bənzər bir şeydir.

-Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir.

-Bank və zavodları milliləşdirmək nəyimizə lazımdır ki? Biz insanları milliləşdirəcəyik.

-Səmanı yaşıl, otları isə mavi rəngdə təsvir edən rəssam sterilizasiya olunmalıdır.

Hitler haqqında deyilmiş aforizmlər

-Əgər Hitler cəhənnəmə hücum etsə mən şeytana mədhiyyə söyləyəcəm.
Uinston Çörçill

-Mən Hitlerin öldüyünə inana bilməzdim, hətta onun özündən eşitsəydim belə.
Xelmar Şaxt; Maliyyəçi, Hitlerin silahdaşlarından biri

-Hitler beyninə qəhrəmanlıqla uduzmaq üçün müharibə törətmək ideyasını soxmuş bənzəri olmayan mazoxistdir.
Salvador Dali

-Ah alman xalqı, sən öz rəhbərinin qələbəsindən daha çox qorxmalısan, nəinki məğlubiyyətindən.
Tomas Mann

Mənbə: Kulis.Az



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 sentyabr 2013 17:40
    cox yaxsidi twk.
     
     

  2. 3 may 2014 19:04
    Hitlerə məxsus bəzi aforizmləri əlavə etmək istərdim: -Həyat gücsüzlüyü bağışlamaz. -Mən dünyaya insanları güclü etmək üçün gəlmədim, onların gücsüzlüklərini istifadə etmək üçün gəldim. -Ancaq bir dəvə iynənin dəliyindən keçdiyində böyük bir insan seçkilə iş başına gələ bilər. -İşğal altındakı torpaqlarımız ana vətənə qızdırmalı etirazlarla deyil, qılıncın endirdiyi zəfər zərbələriylə qatıla bilər. -Dünyanın altını-üstünə gətirən böyük hadisələrin hamısı yazı ilə deyil,sözlə meydana gətirilmişdir. -Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur. -Bacarıq və qabiliyyət təhsilin bir məhsulu deyil. Bu qabiliyyət adamda doğuşdan vardır. Yəni bu Tanrının bir lütfüdür. -Döyüşdə vaxt itirən tərəf günahkardır, haqlı olsa belə.

  3. 31 dekabr 2014 21:56
    Mən Hitlerin bu sözü ilə razılaşmıram: Həyat gücsüzlüyü bağışlamaz. angry O, insanları bağışlamalıydı, amma əksinə etdi. İnsanları qırdı recourse . Onsuz da Hitlerdən zəhləm gedir am
    Hitlerdən heç bir qızıl cümlə qalmayıb.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.