ABŞ prezidentləri haqqında

Tam səslə prezident seçilmiş yeganə şəxs Corc Vaşinqton olmuşdur. O, hətta 25 min dollar məvacibindən imtina etmişdir. O, yeganə prezident olub ki, heç bir siyasi partiyanı təmsil etməyib. Onun zamanında prezident sarayı Filadelfiya şəhərində yerləşib. 

Qrover Klivlend - yeganə prezident idi ki, əvvəllər cəllad olub. O, Nyu-York yaxınlığında Eri qraflığında şerif vəzifəsində çalışarkın iki nəfəri şəxsən dar ağacına çıxarmışdır.

Vaşinqtonda inaqurasiyası keçirilən ilk prezident Tomas Ceferson olmuşdur.

Martin Van Buren ABŞ dövləti ərazisində anadan olmuş ilk prezidentdir.

Ən çox prezident adı Ceyms olmuşdur-6 nəfərin - Medison. Monro, Polk, Bucanan,Harfild və Karter.

Ricard Nikson ilk prezident olmuşdur ki, bütün 50 ştatın hər birini gəzmişdir. O, həm də hakimiyyətdən istefaya məcbur göndərilən ilk prezident olmuşdur.

Prezident Karter ucan boşqabları şəxsən gördüyünü sübut etməyə çalışan ilk prezidentdir.

Ceyms Bucanan Vaşinqtonda müəyyən sayda qul alaraq Pensilvaniya ştatında onlara azadlıq verərmiş.

Herbert Huver bütün Ağ Evin sakinlerine xüsusi tapşırıq vermişdir: Onu görən kimi hər kəs dərhal gizlənməli idi. Bunu etməyənlər vəzifəsindən uzaqlaşdırılırdı.[/i]
[/i]
ABŞ prezidentləri haqqında

 

ABŞ prezident seçicilər kollegiyası vasitəsilə xalq tərəfindən 4 il müddətinə seçilir və ancaq iki dəfə seçilə bilər. Andiçmə mərasimi noyabr ayında keçirilən seçkilərdən sonrakı yanvar ayının 20-də baş tutur.

ABŞ prezidentləri 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. Məsələn, ilk prezident Corc Vaşinqton 2 dəfə seçildiyi halda, 1-ci və 2-ci deyil, yalnız 1-ci ABŞ prezidenti hesab olunur.

Barak Obama ABŞ-ın 44-cü prezidenti olmasına baxmayaraq o, bu vəzifəni tutan 43-cü şəxsdir. Belə ki, Qrover Klivlend bu vəzifəni fasiləylə 2 dəfə tutmuşdur. O, ABŞ-ın 22-ci və 24-cü prezidenti olub. Franklin Delano Ruzvelt 4 dəfə ABŞ prezidenti seçilmiş yeganə şəxsdir. O, bu vəzifəni 12 il tutaraq prezident vəzifəsində ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Henri Harrisona məxsusdur, o cəmi 32 gün hakimiyyətdə qalıb.

ABŞ prezidentinin səlahiyyət və vəzifələri

Konstitusiyanı müdafiə etmək və Konqresin qəbul etdiyi qanunları həyata keçirmək prezidentin əsas vəzifələridir. ABŞ prezident idarəsi dünyada ən güclü idarələrdən biridir. Konstitusiyada deyilir ki, prezident "qanunların vicdanla icra olunması qayğısına" qalmalıdır. Bu məsuliyyəti həyata keçirmək üçün o, bir neçə milyon adamdan ibarət geniş bir qurum olan federal hökumətin icra şaxəsinə başçılıq edir.

Konqresdə bəyənilmiş hər bir qanuna prezidentin veto qoymaq hüququ var və hər iki palatada üzvlərin üçdə ikisi veto hüququnun qəbul olunmaması üçün səs vermədikcə, qanun qəbul olunmur. Konqresin müzakirə etdiyi qanunvericilik aktlarının bir çoxu icra şaxəsinin təşəbbüsü əsasında hazırlanır. Konqresə etdiyi illik və xüsusi müraciətlərində prezident gərəkli olduğuna inandığı qanunların verilməsini də təklif edə bilər. Əgər Konqres prezidentin təklifləri ilə bağlı heç bir fəaliyyət göstərmədən, bu təkliflərin müzakirə və təsdiqini təxirə salarsa, prezidentin səlahiyyəti çatır ki, Konqresin fövqəladə sessiyasını çağırsın. Lakin bütün bunlardan əlavə, prezident siyasi bir partiyanın başçısı və Birləşmiş Ştatlar hökumətinin icra hakimiyyətində əsas vəzifəli şəxs olaraq tutduğu mövqeyinə görə, xalqın rəyinə təsir edə biləcəyi üçün Konqresdə qanunvericilik prosesinin gedişinə də təsir edə bilər. Öz fəaliyyətlərinin Konqreslə bağlı olduğunu sübut etmək üçün prezidentlər ötən illərdə Ağ Evdə Konqreslə Əlaqə İdarəsi təsis etmişlər. Prezident köməkçiləri, bütün gərəkli qanunvericilik fəaliyyətləri ilə uyğun hərəkət edərək, hər iki partiyanın senatorlarını və nümayəndələrini inandırmağa çalışırlar ki, onlar prezident kabinəsinin siyasətini müdafiə etsinlər.

Müharibə aparılması və saziş bağlanması da daxil olmaqla, sülhə nail olmaq sahəsində prezidentin nüfuzu əsasdır. Bundan əlavə, ancaq onun özünə aid olan yeganə mövqedən çıxış edərək, fikirləri elə birləşdirə və siyasəti elə müdafiə edə bilər ki, prezidentin bu fəaliyyəti siyasi rəqiblərinin apardıqları əks-təbliğatdan xalqın şüuruna daha tez və daha yaxşı yol tapa bilsin. Prezident hər hansı bir məsələ qaldırdıqda, bu, mütləq xalq müzakirəsinin obyektinə çevrilir. Prezident səlahiyyəti və nüfuzu məhdudlaşdırıla bilər, buna baxmayaraq bu səlahiyyət və nüfuz Amerikada vəzifə başında olan və ya olmayan hər bir başqasının səlahiyyət və nüfuzundan daha böyükdür.

Kimlər prezident ola bilər, namizəd necə müəyyən olunur, səslər necə hesablanır?

ABŞ Konstitusiyasına əsasən, yaşı 35-dən az olan və 14 il müddətində ABŞ-da yaşamayan, həmçinin "anadan olduğu andan ABŞ vətəndaşı olmayan şəxslər” bu ölkədə prezident seçilə bilməz. Yəni, sonradan qazanılan ABŞ vətəndaşlığı bu ölkədə prezident seçilmək arzusunda olanlara bu hüququ vermir. Prezidentliyə namizəd olan Demokratlar və Respublikaçılar partiyalarının üzvləri isə namizədliyə həmin partiyalar daxilində təşkil edilən "ilkin seçimlər” – "praymer” vasitəsi ilə qoşula bilərlər. Ötən seçkilərdə Demokratlar partiyası 25 ştatda açıq, 12 ştatda isə qapalı ilkin seçkilər keçirmişdi. Respublikaçılar isə 22 ştatda açıq, 11 ştatda isə qapalı ilkin seçkiləri başa vurmuşdu. Prezident seçkilərində ən məşhur və vacib ilkin seçkilər Nyu-Hempşer ştatında baş tutan seçkilər sayılır. 1977-ci ildə qəbul edilən qanuna əsasən, bu ştata birinci ilkin seçki keçirmək hüququ verilmişdir. Belə hesab edilir ki, bu ştatda baş tutan ilkin seçkilərdə qələbə qazanan namizədlər sonradan əminliklə Amerika prezident seçkilərinin favoriti sayılır. Ştatlar üzrə ilkin seçkilər başa çatdıqdan sonra partiyalarda qurultaylar və konfranslar başlayır. Bu zaman həmin partiyalar ştatlarda baş tutan ilkin seçkilərdə çox böyük fərqlə irəlidə olan və qazanmaq şansı yüksək olan namizədlərini prezident kürsüsü uğrunda mübarizədə dəstəkləməyə qərar verirlər. Ştatların müvafiq qanunvericiliyi müstəqil namizədlərə də prezident kürsüsü uğrunda mübarizə aparmağa imkan verir. Lakin bu halda müstəqil namizədlər üçün bir çox problemlər mövcuddur, elə buna görə də seçkilərdə siyasi partiyaların dəstəklədiyi namizədlər daha şanslı olurlar. Amerikada seçkilər həmişə noyabr ayının ilk çərşənbə axşamı keçirilir. Bu tarix 2012-ci il noyabrın 6-na təsadüf edir. Əsas vacib məsələ odur ki, qalib ölkə üzrə seçicilərin səsləri hesabına əsasən seçilmir. Söhbət yalnız ölkədəki hər bir seçicinin səsini toplamaqdan və ən çox kimin səs qazanmasından getmir. Çünki, ABŞ-da Seçicilər Kollegiyası adlanan sistem mövcuddur. Hər ştatdan bu kollegiyada bir neçə nümayəndə təmsil olunur. Bunlara "seçənlər" deyirlər. Hər ştatdan seçənlərin sayı onun nümayəndələrini senatorların sayına əlavə etməklə müəyyən edilir. Məsələn, Kaliforniyanın 53 nümayəndəsi və 2 senatoru var. Beləliklə, Kaliforniyanın 55 seçki kollegiya səsi var. Vaşinqtonun yerləşdiyi Kolumbiya bölgəsinin nə nümayəndəsi, nə də senatorları var. Amma ona 3 seçki səsi verilib. Ümumilikdə Seçicilər Kollegiyasının 538 səsi var. Bu isə o deməkdir ki, namizəd qalib gəlmək üçün Seçicilər Kollegiyasının səs çoxluğuna nail olmalıdır. Bu isə təxminən 270 səs edir. Namizədin Seçicilər Kollegiyasında səs çoxluğuna və prezidentliyə milli səslərin sayından asılı olmadan seçilməsi mümkündür. Məsələn, prezident Buş 2000-ci ildə məhz belə seçilmişdi. Seçicilər Kollegiyası dekabrda görüşərək səs verir. Adətən bu formal xarakter daşıyan mərasimdir. Səslərin hesablanması günü heç bir problem üzə çıxmasa, seçkilərin nəticəsi seçki məntəqələri bağlanandan bir neçə saat sonra açıqlanır.
ABŞ prezidentləri haqqında

 


Prezidentlərlə bağlı qəribə fakt və hadisələr

- Tomas Ceferson öz qəbirüstü daşının dizaynını özü hazırlayıb. Daşın üstündə yazılan mətndə onun prezident olması göstərilməyib.

- Endrü Cekson duel həvəskarı idi. O, duellərin birində sinəsindən güllə yarası alıb, həkimlər isə gülləni çıxarda bilməyiblər. Beləliklə o, ömrünün sonuna kimi metal parçası ilə yaşamalı olub.

- Uilyam Harrisonun andiçmə mərasimi çox soyuq bir vaxtda keçirilib. Prezident dərhal soyuqlayıb. Tezliklə pnevmaniyaya keçən bu xəstəlik onun ömrünə son qoydu. Bununla da o, ABŞ-ın ən qısa müddətli prezidenti oldu.

- Con Teylor ən çox uşaq atası olan prezident kimi tarixə düşüb. Onun ilk nigahından 8 , ikinci nigahından isə 7 uşağı olub. 15-ci uşağı olanda prezident 70 yaşı haqlamışdı.

- Ceyms Byukenen yeganə ABŞ prezidentidir ki, heç vaxt evlənməyib.

- Avraam Linkoln başına həmişə qara silindr papaq qoyardı. Papağın içində isə məktublar, qanun lahiyələri, maliyyə sənədlərini saxlayardı.

- Endrü Conson heç vaxt məktəbə getməyib. Onu yazıb-oxumağa 17 yaşında gələcək arvadı Eliza Makkardel öyrədib.

- Uliss Qrant ömrü boyu hər gün 20 siqaret çəkib.O, boğazındakı xərçəngdən ölüb.

- Ceyms Harfild hər iki əli ilə eyni vaxtda sərbəst yaza bilirdi.

- Ən ağır çəkili prezident Uilyam Taft olub. Onun 136 kiloqram çəkisi var idi.

-ABŞ prezidentlərindən altısı peşəkar hərbçilər olub. Bunlar Vaşinqton, Cekson, Teylor, Qrant, Uilyam Harrison ve Eyzenhauer idilər.

- ABŞ-in ikinci və üçüncü prezidentleri olan Con Adams ve Tomas Ceferson eyni gündə, 1826-cı il iyunun 4-ündə vəfat edib.

 -İlk dəfə telefondan istifadə etmiş prezident Ceyms Harfild olub.

-ABŞ-ın on yeddinci prezidenti olan Endrü Conson yeganə prezident idi ki, özünə paltar tikirdi.

- ABŞ-ın birici prezidenti Vaşinqton deyil, Con Henson olub. Belə ki, o, Konqres tərəfindən 1781-ci ildə prezident seçilmiş və bir il prezident olmuşdur.

- 4 ABŞ prezidenti qətlə yetirilib: Linkoln, Harfild, Mak-Kinli ve Con Kennedi.


 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 oktyabr 2012 20:53
    Maraqlidir,cox sagolun.

  2. 11 oktyabr 2012 19:38
    tesekkurler

  3. 14 oktyabr 2012 11:14
    1963 ilin noyabri con kennidin oldurulmesi esrin cinayeti kimi tarixe dusub etrafli melumat ucun twk

  4. 15 noyabr 2012 08:38
    mence absh monarxiya olmali idi

  5. 8 avqust 2013 17:33
    cox maraqlidir.......hec birini bilmirdim...

  6. 1 noyabr 2014 02:11
    Maraqlidi.oxuyandaki Obama ABW-in 44cu prezidenti olub gulmeyim geldi nedense.Corc Vawinqton.maraqlidi.
    Tewekkur edirem..

    --------------------

  7. 1 noyabr 2014 22:31
    Cox maraqlidir. Tesekkurler.

  8. 1 yanvar 2015 13:15
    Məni Uilyam Harisson daha çox maraqlandırdı. O, cəmi 32 gün, 12 saat, 30dəq. hakimiyyətdə olub.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.