Azərbaycanlılar

Azərbaycanlılar

 

Azərbaycanlılar

Ön söz

Keçən dəfə rus tarixçisi və jurnalisti  V.L. Veliçkonun " Rus işi və tayfalararası münasibət məsələləri " kitabından " Ermənilər” başlığı altında bir tərcüməni saytda yerləşdirdim. Onda da və indi də belə hesab edirəm ki, müasir dövrü dərk etmək üçün tarixə müraciət etmək lazımdır. Populyar şəkildə edilmiş tərcümədə bu millət haqqında alimin fikirlərini oxuculara çatdırdım. Ona nə qədər nail olduğumu yalnız oxucular deyə bilərlər. Bu dəfə isə alimin biz azərbaycanlılar haqqında olan fikirləri məni çox maraqlandırdı və qərara gəldim ki,  kiçik bir məqalədə bu fikirləri də müəllim və şagirdlərə təqdim edim. Tərcümə yenə elmi deyil. O qısa, şagirdlərin başa düşdüyü sadə və aydın dildə yazılmışdır. Buyurun oxuyun və fikirlərinizi bildirin. Müəllif Nizami Heydərov.

             

Qafqaz müsəlmanlarını xarakterik cəhətdən iki hissəyə ayırmaq olar. Biri Dağıstanda, Şimali Qafqaz ərazisində yaşayan dağlılar, ikincisi Azərbaycan tatarlarıdır ( azərbaycanlılar- H.N.). Şimali Qafqazda yaşayan müsəlmanlar azsaylı və biri – birindən fərqlidirlər. Azərbaycan tatarları isə say etibarı ilə çoxluq təşkil edirlər və özünə diqqət tələb edən bir çox özəl xüsusiyyətlərə malikdirlər.

Cənubi Qafqazın Şərq hissəsi qədimdən İranın ərazisi hesab edilib. Sonrakı dövrlərdə kiçik xanlıqlar  tərəfindən idarə olunub. Hər bir xanlıq müstəqilliyə can atan, şərq üslubunda təşkil edilmiş kiçik tiranlıq idi. Müsəlman əhali şərq qaydasında bu hakimlərə tabe olmaqlarına baxmayaraq təhkimli deyildilər. Azərbaycanlılar torpağı əkib becərir, heyvandarlıq, bağçılıq, ovçuluqla məşğul olur, hərdən müharibələr aparır, quldurluğa da qurşanırdılar. Əgər qonşu xanlığın şəhər və kəndlərini soyub talamaq istəyirdilərsə, onlar bunu müharibə adlandırırdılar. İndi bunlar rus məhkəmə cinayət məcəlləsində  quldurluq kimi qiymətləndirilir. Ermənilər ticarət və sələmçiliklə məşğul olur, yerli bəy və xanlar qarşısında yaltaqlanır və əldə etdiklərini onlarla bölüşməyə çalışırdılar.

Azərbaycanlıları tatar adlandırırlar, bu heç də düzgün ifadə deyildir. Əgər azərbaycanlıların qanında tatar qanı vardırsa, bu da monqol-tatar yürüşü nəticəsində olmuşdur. Əhali arasında elələrinə rast gəlmək olur ki, xarici görünüşü ərəbə oxşayır. Amma əhalinin əksəriyyəti qanında qədim oğuz, səlcuq, türk qanı axan türklər, turanlılardır. Azərbaycan İrana elə sülalələr bəxş edib ki, onların dövründə elm, incəsənət, əkinçilik, döyüş sənəti inkişaf etmişdir. Hələ də bu yerlərdə Alp Arslanın adı yaddan çıxmayıb.

Əgər kosmopolit Peterburq salonlarında kiminsə tayfa mənsubiyyəti haqqında danışmaq tendensiyası yoxdursa, ümumiyyətlə təbiətə daha yaxın ölkələrdə hansı qandan olduğuna çox fikir verirlər. Onlar belə hesab edirlər ki, insan mücərrəd riyazi strukturdan ibarət deyil, insan psixo-fiziki varlıqdır. Onun mənəvi dünyası, hərəkətlərinə istiqamət verən başının və bədəninin quruluşu, nəinki bu günüdür, həm də keçmişidir, onların nəsillərinin qan yaddaşıdır.

Azərbaycanlılarda qan sözsüz ki, təmiz və ağayanadır, təbiətən onlar qayğıkeş, geniş qəlbli, mərddirlər, əxlaqi və əqli inkişafa meyllidirlər. Dövlətçilik ideyası, xüsusilə, qanuna və adət-ənənəyə hörmət edən güclü hakimiyyətə meyllilik onlara xasdır. Adətən azərbaycanlı patriarxal - ədalətli  və güclü, qeyri-məhdud hakimiyyətin tərəfdarıdır. Bu rus xalqında olan irqi xarakterə, çara nəinki ağlı və ürəyi ilə, həm də mənən sadiq olan rusların psixi xarakterinə uyğun gəlir. Bu sahədə azərbaycanlıların ruslara daha çox oxşarlığı var, nəinki erməni və yəhudilərə.

Bu xalqın mədəni baçlanğıclarından biri olan İslam yuxarıdakı ideyaya əsas verib onu inkişaf etdirə bilər. Axı bu din belə bir fikir aşılayır ki, Allah birdir, yer üzərində onun peyğəmbəri təkdir. Beləliklə, təkhakimiyyətlilik bu və ya digər formada şəxsə körpəliyindən aşılanır. İdeya o qədər güclüdür ki, o dini inam əsasından dünyəvi həyata keçir və aparıcı mövqe qazanır. Təkhakimiyyətlilik ideyası elə güclü təsir göstərmiş ki, bəzən azərbaycanlılar ağ çarın bayrağı altında öz həmdindaşları olan türklərə qarşı da vuruşmuşlar.   

Qərb xalqları, xüsusilə onun daha enerjili hissəsi,  german xalqlarından olan anqlo-sakslar siyasətə daha çox meyllidirlər, gündəlik daha çox vaxt  və zəhmət tələb edən xalq hüququnun təminatı uğrunda mübarizə aparırlar. Şərq xalqları isə, xüsusilə azərbaycanlılar siyasi cəhətdən hökmlü şəxsə inanmağı üstün tutur, bayrağı altında xalqa "atalıq” qayğısı göstərdiyi, sakitlik, güc və şöhrətə nail olduğu üçün ona minnətdarlıq edirlər

Sübuta ehtiyacı yoxdur ki, dövlətə münasibətdə şərq təfəkkürlü belə xalq Rusiya kimi qeyri-məhdud monarxiyaya malik bir ölkə üçün qiymətli inşaat materialıdır.

İslamın dərki  bizdə başdan ayağa fanatizm ilə əlaqələndirilir. Müsəlmanlar haqqında danışan kimi ya "qəzavat”,  cahad və ya müqəddəs müharibələri yada salırlar. İnsanları panislamizm, türk vəhşilikləri ilə qorxudurlar. Daha demirlər ki, amerikanlar zənci və hindular üzərində, ingilislər burlar üzərində ( ruslar azərbaycanlılar üzərində - H.N. ), az vəhşiliklər törətməmişdilər. Bizdə islamı bilmirlər ( elə indi də- H.N. ). Qurandan müsəlmanları mübarizəyə səsləyən bir –iki surədən başqa heç nədən xəbərləri yoxdur. İslama və islam dininə biz indi də mədəniyyətsiz yanaşırıq. Müsəlmanlar əhalinin sayına görə ruslardan sonra ikinci yerdə olmaqlarına baxmayaraq, hələ də Quranın bizdə düz əməlli tərcüməsi yoxdur. Amma, Afrikada işləməyə gedən hər hansı bir fransız məmuru Quranı əzbər bilməlidir. Düzünü desək, onu kimin üçün tərcümə edəsən. Bizim məmurların başı əyalətlərdə "başqa” işlərə qarışıb ( bəs indikilərin? – H.N. ).

İnsanın  düzgün hesab etdiyi dinə inam digər dinlərin həqiqətlərinin inkarı üzərində qurulub. Deməli, əgər mən pravoslavamsa başqa dinlərdən fərqli olaraq provaslavlığı həqiqi din hesab edirəm. Buna baxmayaraq başqa dinlərin həqiqətlərini də inkar etmək olmaz. Həm islamda, həm də provaslavlıqda elə həqiqətlər var ki, biri digərini tamamlayır.  Daha aydın danışaq. Belə deyə bilərik ki, özündə bir sıra xristian əxlaq normalarını gəzdirən, islamı qəbul edən hər hansı bir layiqli şəxs mənəvi cəhətdən yüksəkdə dayanır. Əgər dinin mənəvi tərəfini ondan ayırsaq, onun ancaq cansız forması qalacaqdır. Bu o formadır ki, bütpərəstlərə qarşı mübarizədə Məhəmməd ( Peyğəmbər Əleyhissəlam – H.N.)həqiqi maarifçı kimi çıxış edir və öz tayfalarının mənəvi tərəqqisinin qurucusuna çevrilir. Əgər müsəlmanlığı qəbul etmiş acarı və pravoslav quriyalını götürsək, onda birincilik acara verilməlidir, çünki o daha düz, genişqəlbli və ümumiyyətlə, mənəvi cəhətdən daha yüksəkdə dayanır. Əgər azərbaycanlını, inami olan müsəlmanı, hətta o quldur olsa belə, Qafqaz hakimləri tərəfindən "hörmətli” hesab edilən, cibində fəlsəfə doktoru diplomu olan "xristian” erməni ilə müqayisə etsək, birinci günahı olsa da allaha həqiqətən inanır, ikinci  xristianlığı mövqe əldə etmək üçün vasitə hesab edən, əyninə ingilis kostyumu geyən "heyvan”dır.

İslamın xalqlar qarşısında mədəni xidməti onun qanun və qaydalarının aydınlığıdır. İslamın üstünlüyü ondadır ki, o daim təfəkkür ilə inamı barışdırmağa çalışır.

Əgər islamın tarixinə və mahiyyətinə nəzər salsaq, etiraf etmək lazımdır ki, bu din insana qayğı göstərmək, imkansıza,əlsizə, ayaqsıza kömək ideyasını aşılayır və hər gündə bir neçə qılınan, vahid allahı insana xatırladan namaz zamanı bu fikir dəfələrlə təkrar olunur.

Azərbaycanlıların mədəni inkişafı bu və ya digər formada onları Volqaboyu tatarları, Orta Asiya əhalisindən çox Qərbi Avropa dünyagörüşünə uyğun olan rus quruluşuna daha meylli edir ( Təəsüf ki, nə onda, nə də indi Rusiya hakim dairələri bunu dərk etməyib və bəlkə də dərk etməyəcək – H.N.).

Ona görə də rus – tatar məktəbləri əhalinin müxtəlif təbəqələri tərəfindən çox yaxşı qəbul edilir və ruslarla yaxınlaşmaq üçün rus dili dərindən öyrənilir.

Bunu erməni dini idarəsinin köhnə məktəb uğrunda rus hakim dairələri ilə mübarizəsi haqqında demək olmaz. Çünki, o məktəblərdə rus dili tatarlar içərisində indiyədək müşahidə edilməyən bir qaydada, formal olaraq öyrədilirdi. Eyni zamanda həmin məktəblərdə erməni uşaqlarına ruslara qarşı nifrət ruhu da aşılanırdı.

Tatarlar ( azərbaycanlılar – H.N.) təfəkkür, ağıl tərəfindən idarə edilən gücü qiymətləndirməyi bacarır və onu başa düşürlər. Qafqaza ilk köçmüş təriqətçilər və bidətçilər sayəsində ruslar yerli tatar əhali arasında hörmət qazanmış və Zaqafqaziyanın digər millətləri ilə müqayisədə tatarlarla daha tez dil tapmışlar.

Azərbaycanlıların yaxşı tarixi yaddaşı vardır. Onlar pislik və yaxşılıqları heç vaxt unutmurlar. Təəsüf ki, dövlət dəftərxanası, ölü bürokratiya, yerli əhaliyə yad məhkəmələr son 50 ildə rusların yerli əhali arasında nüfuzuna böyük zərbə vurmuşdur ( Son 20 ildə rus hakim dairələrinin imperiya məqsədləri olan – qalan hörmətin də üstündən xətt çəkmişdir. Bir işə başlayanda nəyi itirib, nəyi qazanacağını  gərək biləsən. Yanvar hadisələri başlayanda adi tarix müəllimi olan mən dedim : Yəni Rusiya 200 ildə qazandığı münasibəti bir gündə itirməyə gedəcəkmi? Eyni zamanda bir rus nöqteyi-nəzərindən bu hadisələrə baxanda fikirləşirsən ki, Qafqazı ələ keçirmək üçün Rusiya nə qədər qüvvə və əsgər itirib. Yəni onların qanı bahasına əldə etdiyi bu əraziləri bir anda itirməyə hazırdır? Sağ olsunlar Rusiyanın başsız rəhbərləri. Elə etdilər ki, həm birincini, həm də ikincini ani bir anda itirdilər. Yanvar hadisələri günündə mən həm kədərlənir, həm də sevinirəm. Sevinirəm və ona görə  Rusiyanın o vaxtkı rəhbərlərinə sağ olun deyirəm ki, bir günün içərisində azərbaycan xalqına elə bir vətəndaşlıq dərsi verdilər ki, ona nail olmaq üçün ən azı bir 100 il lazım idi. Azərbaycan xalqının gözündən pərdə götürüldü. Axı siz nə etdiniz? İki cüt bir erməninin sevgisini qazanmaq üçün, ən aşağısı sayı 50 milyonu keçən və onunla birlikdə 300 milyonluq bir türk dünyasının münasibətini itirəsən. Buna mən heç bir ad verə bilmirəm. Amma onu da bildirmək istəyirəm ki, siz heç vaxt dövlətlə xalqı eyniləşdirməyin. Yuxarıda dediklərimin rus xalqına aidiyyatı yoxdur. Xalq dövlətin apardığı siyasətə və hərəkətə görə məsuliyyət daşımır. Etiraz edib deyə bilərlər ki, bəs demokratiya-filan. Gəlin hələlik real danışaq.- H.N.). Beləki, hal-hazırda biz burada ağıllı babalarımızın qazandığı hörmət hesabına yaşayırıq.

Azərbaycalıların bizim hakimiyyətimiz altında yaşamaqda bəxtləri gətirməyib. İndi də görülməkdə olan bir sıra işlər sanki, əhalinin sakit həyatını pozmaq, onlara qəsddən çətinliklər yaratmaq üçün edilir ( Burda tərcüməni dayandırıb müəllifə sağ ol demək istəyirəm. Sağ ol Vasili Lvoviç. Həm tarixçi, həm də jurnalist olan V.L.Veliçkonun 100 il bunda əvvəl dediyi sözlər onu sübut edir ki, müasir dövrü öyrənmək istəyirsənsə tarixə nəzər sal. Əgər alimin 100 il bundan əvvəl dediyi fikirlər köhnəlməyibsə və bu gün də müasir səslənirsə, deməli daimi həqiqətlər də vardır. Və Sizə də məsləhətim budur, hərdən tarixə nəzər salın – H.N.)




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 may 2012 12:31
    Nizami muallim cox deyerli bir meqale yerleshdirdiniz Velickonu belkede cox eshidibler muallimlerimiz lakin eyani onu oxuyan az olub ozude azerbaycanca. Bu eziyyetinize gore urekden tebrik edirem. Teshekkur bir daha . Adam oxuduqca ilk novbede ozunu yaxinlarini hiss edir oz xususiyyetlerini bir daha aqlinda nezerden kecirir. Deyerli sozler deyib amma bir soz de men deyim duzdu tarixe bu sozlerle Velicko dushub amma vallah bashqasi hetta ermenisi bele olsaydi ve kishi kimi yazsaydi (doqrudur ermenilerde bu kishilik anlayishi yoxdur) Vallah her bir cumle en azi bu cur olardi Azerbaycanlilar Azerbaycanlilardir !

  2. 3 iyul 2012 16:13
    NIZAMI MUELLIM,olduqca deyerli,eveziolmayan ve zengin melumatli yaziniza gore xususi tesekkur edirem size.yazan elleriniz var olsun daima.hormetle ---Tural muellim

  3. 4 iyul 2012 00:39
    Nizami muellim evvelce izah edin azerbaycanlilar termini dogrudur yoxsa muselman tatarlar.Azerbaycanli sozu hec bir millet bildirmir-bu bir olkenin vetendashlari menasindadir.Umumiyyetle bu ad hardan ve nece peyda olub o izah olunmalidir. Bizim tarixciler herden nala-mixa vurmaqla Atropatena adini Azerbaycana cevirmeye cehd gosterirler.Sonra da bu ada hec dexli olmayan ereb dilinde Odlar Yurdu menasi veren Azerbaycan sozunu elave etmekle ortaya atirlar.Elece de turanlilar dedikde sehven turklerin yasadigi erazi kimi goturulur. Fakt budur qedim atesperestlik dini dualist din idi.Zerdusht peygemberden sonra bu din Iranda resmi olaraq tekallahli dine cevrildi. Onlar ozlerinden sherqde yashayan ve hele de kohne dualist ateshperestliye sitayish edenleri Tu-ron (menasi iki yol sahibleri demekdir) adlandirirdilar.

  4. 4 iyul 2012 19:06
    Azerbaycan sozunun menasi yer adidir.Bu milletin adi deyil.Adin etimologiyasini arashdirmaq fikrim yoxdur.Bu uzun ceker.Faktiki odur ki,bu yer adidir ve biz onu goturub milletin adina yapishdirmishiq.1939-cu ile kimi milletin pasportuna turk sozu yazilirdi.Ermeni bize "turkes",fars bize "torke"deyir,biz ise azerbaycanli.Niye?Ne ucun? Cunki,1938-ci ilde Moskvada Azerbaycan 10 gunluyu kecirilende Stalinin turk sozunden zehlesi getdiyi ve Azerbaycani turklerle baglayan bu sozu de unutdurmaq ucun numayende heyetine dedi:Azerbaycanlilar orda necedir? Hami bir-birinin uzune baxdi ve bunu rehberin gosterishi kimi qebul etdi. Bir deli bir quyuya dash atdi.O gunden biz pasportlara azerbaycanli adini yazmaga bashladiq.Indi hormetli Erhan min agilli o dashi cixara bilmir.Prut cayinin o tayinda da rumin yashayir bu tayinda da,biri ozunu rumin adlandirir,biri ise moldovan.Bu da hemin oyundur.Bir defelik derk etmek lazimdir,biz Anadoluda yashayan,Orta Asiyada yashayan turk yox,Azerbaycanda yashayan turkuk.Vetenimiz Azerbaycan,milletimiz ise azeri turkudur.Nizami, Fuzuli ozune turk deyib ve bizde turkuk.

  5. 4 iyul 2012 22:37
    Men Nizami mellimnen tam raziyam!Biz azeri turkuyuk!
    Beli bizim turkluyumuzu elimizden almag megsedile sovet imperiyasi qanimizi tokyb bizim ziyallari mehf edib ve eni ad verib!Olkemizin adiyla bizleri bize taniddirib!Bu o vaxtin rus imperiyasinin bolshivik ve komunist bashla olmagla Azeri Turklerinin etnik temizlenmesi yani soy girimi toredibler!Ve onlar ermenlerden her zaman istifade edibler!Biz hec zaman unudmamaliyix ki onlar hemen meksedi bu gun de dayishrlar!Biz zeyif olsax bizi mexf edecekler!

  6. 5 iyul 2012 00:54
    Sizi basha dushurem.Fikirlerinizle de raziyam. Amma azeri turku adli millet de yoxdur. Azerilerin mensheyi hele de deqiqlesmeyib ve onlari turklerle baglamaq duzgun deyil. Tarixde indiki Azerbaycan Respublikasinin erazisi Aran adlanib. Azerbaycan adi indiki Cenubi Azerbaycana mexsusdur. Eger bele olmasaydi Xiyabani ilk defe musteqil olan vetenine niye Azadistan adi verdi. Yeqin ki bilirsiz hemin vaxt Simali Azerbaycanda Xalq Cumhuriyyeti yaradilmisdi mehz ona gore. Cunki Azerbaycan adini simalin menimsemesine pis yanasdilar.Men Irana da getmisem. Ordaki turkler simala hec vaxt Azerbaycan demirler.Cox vaxt shurevi hokumeti deyirler.Indi deyeceksiz ki bu sovet rejimine verilmis addir. Amma fakt budur-Simala Azerbaycan deyilmir.

  7. 5 iyul 2012 20:07
    Deyilmiye ve ayri cur deyile biler,insanlar xalg arasi adlar da vere biler elbette.
    Amma arashdirmani davam edin,bu cox gozeldi!Sizin arashdirmalar neticesinde en vacibi biliyiniz artir ve bize de maraxli tarixi faktlar ve yahud yeni nezerler bilmek nesib olur.
    Cox sagolun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.