Alp Arslan

                                                    

Alp Arslan

Alp Arslan

     Sultan Alparslan 27.000 əskəri ilə Bizans torpaqlarına sarı irəliləyərkən,kəşfiyyata göndərilən əskərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi:

     “300.000 düşmən ordusu bizə çox yaxınlaşmışdır.”Alparslan da halını pozmadan demişdir: “Biz də onlara yaxınlaşmışıq.”

     Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə ilk dəfə alınan xəracdan azad etdi,hər il Ramazan ayında Bəlx,Mərv,Hərat və Nişapurun ehtiyacı olan əhalisinə 1000 dinar,öz sarayında 10.000 dinar payladı.Elə həmin il o vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub aldı.Vəziri hüzuruna çağırıb ona belə dedi: “Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə,xasiyyətini dəyiş.Yox,əgər yalan yazırlarsa cəsarətinə görə həmin şəxsi bağışla və ona divanda mühüm bir iş ver ki,belə adamlar yalan və böhtandan əl çəksinlər.”Alp Arslan dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı,xəyanətkarlığa isə kim olursa-olsun amansız idi.Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğuna bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri idi.Onun böyük,güclü və alınmaz Ani şəhərini tutması belə tarixi əhəmiyyətli qələbələrindən biridir.Ani şəhəri 3 tərəfdən Arazın sıldırımlı qayaları ilə əhatə olunmuşdu,bir tərəfindən isə alınmaz divarlı Arpa çayı axırdı.Şəhər bizanslara məxsus olsa da əhalinin əksəriyyəti ermənilər idi.Şəhərdə 700.000 ev,1000-dən artıq kilsə vardı.Bütün erməni tarixçiləri bu qədər əhalisi və müdafiəçiləri olan şəhərin alınmasının günahını 2 erməni sərkərdə qorxaqlığında və bizanslarda görürdülər.

     Alp Arslanın qələbələrindən narahat olan bizans imperatoru Roman Diogen 200.000 qoşunla Alp Arslana qarşı çıxdı.Alp Arslan təzəcə Hələb yürüşündən qayıdıb Xoy şəhərində qərar tutmuşdu.Qoşunu və vəziri uzaqda idi.1071-ci il avqustun 16-da qoşunlar üz-üzə dayandı.Bütün məxəzlər Sultanın yanında cəmi 15.000 döyüşçü olduğunu yazır.Sultan ox və kamanını atıb qılıncı götürdü və öz əliylə atının quyruğunu düyünlədi.Bütün döyüşçülər də onun kimi etdilər.Sultan ağ altar geydi və əgər ölərəmsə,bu mənim kəfənimdir-dedi.Sonra atını minib düz düşmənlərin ortasına çapdı.Qoşunu da onun dalınca.Elə sürətlə çapdılar ki,toz onları gözəgörünməz etdi.Sağa-sola qılınc çalıb düşməni doğramağa başladılar.Böyük Sultan qalib gəldi.Bizans imperatoru,qohum-əğrəbəsi ilə birgə əsir düşdü.Sultan Alp Arslanın adı şərəfli türk tarixində ən parlaq ulduzlardan biri,cəngavərlik və alicənablıq rəmzi kimi əbədilik yaşayır.

Alp Arslan

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.