Multikultiralizm Siyasəti

Multikultiralizm Siyasəti

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əliyev Rəşid Pəhlivan oğlu
[email protected]
Azərbaycanda Uğurla Yürüdülən Multikultiralizm Siyasəti
Açar sözlər: Multikultiralizm, siyasət, tolerantlıq, çox mədəniyyətlilik, birgəyaşayış
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı Şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.
Respublikamızda dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilmlş və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunmuşdur.
Bunların nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdikdən sonra insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin öz keçmişinə bir daha diqqət yetirdi, dünyada hökm sürən müxtəlif prosesləri dəyərləndirdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər Heydər Əliyev uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub.
Bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil. Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin birbiri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara-qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı.
Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl siyasi memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Bunu sadəcə biz demirik, bunu müxtəlif millətlərə mənsub olan minlərlə-milyonlarla insanlar deyir.
“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilmişdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi.
Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, birbirini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. “Multikulturalizm ili” bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi. Eyni zamanda, “Multikulturalizm ili” Azərbaycan Prezidentinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün geniĢliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi
Ölkə Prezidentinin 2014-cü ildə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd etmək lazımdır ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin vacibliyinə inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir
“Multikulturalizm ili” ərzində Azərbaycanın bir sıra şəhər və bölgələrindəki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ictimai və dövlət təşkilatları, televiziya komitələri, yaradıcı təşkilatlar, qəzetlər, saytlar – hər biri “Multikulturalizm ili”nə öz töhfəsini verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqımızın bu möhtəşəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə insanlarımız bu istiqamətdəki siyasi dəstəyi yüksək qiymətləndirdilər. Ən müxtəlif ölkələrdən – Amerikadan, İngiltərədən, Fransadan, Almaniyadan, İspaniyadan, İtaliyadan, Portuqaliyadan, Rusiyadan, Türkiyədən, İsraildən, Misirdən, Gürcüstandan, İndoneziyadan, Çexiyadan, Polşadan və başqa ölkələrdən multikulturalizm xətti ilə ölkəmizə gələn qonaqlar Azərbaycan multikultural siyasətindən ağızdolusu heyranlıqla bəhs etdilər, öz ölkələrində də belə siyasi kursun vacibliyini önə çəkdilər, multikulturalizmin Azərbaycan modelinin öz ölkələrində coşqun təbliğatçılarına çevrildilər.
Bu gün bütün dünya görür ki, Azərbaycan necə dəyişir. Bu gün təkcə Bakı, onun mənzərəsi deyil, ölkəmizin bütün şəhərləri, kəndləri, küçələri, meydanları, tikililəri, yolları dəyişir. Amma dəyişən təkcə bunlar deyil, bununla yanaşı, Azərbaycan insanı dəyişir, mənən, daxilən, ruhən dəyişir. Bu insan ictimai mənafeyi hər şeydən uca tutmağa başlayır. Bu insan bayrağına, dövlətinə, himninə, Prezidentinə məhəbbətini, böyük və zəngin keçmişinə sədaqətini artıq böyük bir şərəf və ləyaqətlə özündə yaşadır. Bu insan həm öz xalqını, həm də dünya xalqlarını sonsuz bir məhəbbətlə sevir. Həm milli, həm də bəşəri dəyərlərin keşiyində durur. Bunu görməmək, görməzliyə vurmaq artıq mümkün deyil. 2016-cı ilin Azərbaycanda baş vermiş multikultural təntənəsi bunu bir daha sübut etdi.
Xülasə
Tarixi İpək yolu üzərində yerləşən Azərbaycan diyarı əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşduğu, insanların əmin-amanlıq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı ərazi olmuşdur. Azərbaycanda, tarixən, bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni, yəni normal münasibət göstərilmişdir. Azərbaycan dövləti düzgün milli siyasət yeridib, milli azlıqların hüququnun təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir.

İstifadə edilmiş ədəbiyyatlar:
1) Azərbaycanda Multikultiralizm - Biblioqrafiya – Kamal Abdulla - Bakı 2016
2) Multikultiralizmə giriş – Haciyev Akif, Cəfərova Esmira, Məmmədov İlham – Mütərcim 2018
3) Mətbuatda Multikultiralizm: Azərbaycan və Dünya təcrübəsi – Niftiyev Niyaz – Bakı 2017
4) Azərbaycanda Birgəyaşayış və Multikultiralizm – Niftiyev Niyaz – Bakı 2015
5) www.multiculturalism.preslib.az


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.