Qurban bayramı

Qurban bayramı

Dini qurban kəsmə bayramı – Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir və bütün müsəlman aləmində hər il qeyd olunur. Bu il bu bayram bizdə fevralın 1-də qeyd olunmağına baxmayaraq, müsəlman tarixi hesabına əsasən gələn bayram bu ilki bayramdan 10 gün əvvəl qeyd olunur.


Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi islamdan da əvvəl mövcüd olub, lakin o vaxtlar günahı təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd peyrəmbərin Məkkədən Mədinəyə köçən il) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyatçılıq, başqalarına kömək etməsi kimi rəmzlər yarandı.
Dini qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, İbrahim peyğəmbər yuxusunda görür ki, Allah-təala ona əmr edir ki, oğlu İsmayılı qurban versin (onların Allaha inamını yoxlamaq üçün). Ibrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Quranda yazılmışdır.
Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.

Qurban bayramı

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 dekabr 2011 22:10
    her kesin qurban bayramini tebrik edirem

  2. 4 dekabr 2011 22:11
    saqolun geciksenizde

  3. 5 may 2013 17:37
    muselmanlarin eslinde 2bayrami var Ramazan ve Qurban bauyrami ALLAH RAZI OLSUN bu haqda melumat verdiyinize gore ALLAH butun muselmanlara komek plsun inwalla.......AMIN

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.