Maraqlı tarix....

Türkiyə Azərbaycan rəsmiləri bir arada Nuru paşa və Əliağa Şixlinsi yan-yana əyləşib Tandıqlarınız şəxslərin adlarını şərhlərdə qeyd edə bilərsiniz. 1918-ci il
Maraqlı tarix....


Abdulla Şaiq, ortadakının adını bilmirik və Hüseyn Cavid
Maraqlı tarix....


Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın güllələnmədən öncəki son fotosu .
Maraqlı tarix....


Azərbaycanın o dövürkü ziyalıları bir arada Foto 1-ci Türkoloji qurultaydandır.
Maraqlı tarix....


Qenua konfransında üç Qafqaz respublikasının nümayəndəsi :Azərbaycan (N.Nərimanov),Ermənistan və Gürcüstan
1922-ci il
Maraqlı tarix....


Diktator İosif Stalinin Bakıda həbs olunmasını göstərən rəsmi sənəd. (Bakı, 1910)
Kim o vaxtlar deyə bilərdi ki ,sıradan bir quldur, qanuni-oğru sonralar dövlət başına geləcək və bu dövləti quldurluq üsullari ilē yönətəcək.
Maraqlı tarix....


"Çay evi" — Ağdamın simvolu olan çay evi.
Ağdam çay evinin təntənəli açılış mərasimi 26 iyul 1986-cı ildə olub. Ağdam çay evi akademik Xudu Məmmədovun ideyası əsasında XX əsrin 80-ci illərinin II yarısında inşa olunmuş və Ağdam camaatının istifadəsinə verilmişdir.
Maraqlı tarix....


Portraits Abbas şah safavi - Türkic İmpaire (1571-1629)
Maraqlı tarix....


Sultan Cahanşah Baharlının tərəfindən Təbrizdə tikdirilmiş Göy Məscid.
Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xaraba şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.
Maraqlı tarix....


Azərbaycanın mühacir şairi Kərim Yaycılının Rəsulzadənin vəfatına həsr etdiyi şeiri
Batan Günəş

Nə heykəl, nə də iz var:daşda, torpaqda, qumda,
Bir günəşdi bir günəş! Batıb gedən ufuqumda!
Sarmışkən atəşiylə imanu qəlbimizi
Bir soyuq Mart axşamı tərk edib getdi bizi!..
Təsəllisi güc olur ona vurulanların,
O ümid günəşiydi geridə qalanların.
Bir nəslə həyat verən işıqdı, irfandı o!
Bir nəslin varlığıydı, şahlanan imandı o!
Yaşatmazdı qəlblərdə ümidsizlik və mətal!
Onun məfkurəsiydi: Haqq, Müsavat, İstiqlal!

Devlər kimi yürürkən bu üskünün peşində,
Bir üzüntü sezmişdik bu il Mart günəşində.
Titrətdi qəlbimizi soluq üzündəki qəm,
O nurlu üz sarardı, onun batdığı axşam!...
Siləməz artıq kədər, könlümüzdən bu yası
Nəmləndi gözümüzdə sönən günəşin əksi.
Düşdü göz yaşlarımız öpərkən əllərinə,
Ulduzlar çələng oldu mühəyyəl heykəlinə!..

Sar köksünə Ankara, yurdumun zinətini,
Günü gəlincə istər səndən əmanətini.
Şükranını sunarkən bir gün hörmətlə sana,
O sümüklər gedəcək! Gedəcək o Vətənə!
Saxla qoynunda onu, vermə yabana, ələ!
Bir hədiyyən olacaq yurdumdaki heykələ!

"Azərbaycan" jurnalı. Ankara. 1955-ci il

Azərbaycan Legionerlərinin zabiti Baş Leytenant (ober leytenant ) Xəlilov Vəkil Aslan oğlu.
İkinci Dünya müharibəsində 1942-ci ildə almanlara əsir düşdükdən sonra M.Ə.Rəsulzadə, F.Düdənginskinin qurduğu legionda tabor komandirinin müavini olmuşdur. Hitlerin ölümündən sonra legionlarla birlikdə İtaliyaya keçir. Düdənginskinin ölümündən sonra başsız qalan taborlar 1947-ci ildə amerikanlar tərəfindən əsir götürülür və SSRİ-yə təhfil verilir. Bunlara ölüm hökmü verilsə də sonradan 25 illik sürgünlə əvəz edilir. 1950-ci ildə türk-müsəlman məhbuslar Sibirə qızıl mədənlərində çalışmaq üçün göndərilir. Hər gün dırnaqlarının içində çıxardıqları 25 kq qızıl müqabilində koreyalı gəmi kapitanı bunları Yaponiyaya qaçırtmağa razılıq verir. Lakin 1955-ci ildə qaçışlarına bir gün qalmış bunları azad edirlər. 1967-ci ildə komunizmə qarşı çıxmaqda, milliyətçilikdə günahlandırılaraq 2 illik həbs edirlər.
Hazırda 96 yaşı var və doğulduğu Borçalı mahalının Başkeçid rayonunda yaşayır.
Maraqlı tarix....



Maraqlı tarix....
Maraqlı tarix....
Maraqlı tarix....



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.