QORİ SEMİNARİYASI

QORİ SEMİNARİYASI

 

QORİ SEMİNARİYASINDA AZƏRBAYCAN 
ŞÖBƏSİ NECƏ AÇILDI
1876-cı ildə Gürcüstanın Qori şəhərində Qafqaz xalqlarının uşaqlarının təhsil alması üçün seminariya açılmışdı. Burada xristian uşaqlar "padşah xərci”nə oxuyurdular. Lakin müsəlmanlardan da istəyən olsa idi, öz xərcinə uşaqlarını seminariyada oxuda bilərdi. Dövrünün görkəmli ziyalıları - Tiflisdə fəaliyyət göstərən Şərq dilləri üzrə baş mütərcim Mirzə Fətəli Axundzadə və Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə Qori seminariyasının nəzdində Azərbaycan bölməsi açmaq xahişi ilə Qafqazcanişini Mixail Romanovun qəbuluna gedirlər. Nə qədər yalvar-yaxar etsələr də, dil töksələr də, canişin yola gəlmir. Deyir ki, şöbə açsalar da, oxuyan olmayacaq. M.F.Axundzadə həmin dövrdə Rusiyada və dünyada böyük zəka sahibi kimi şöhrət tapmış azərbaycanlı alim və ziyalıların adlarını çəkməyə başlayır. Mirzə Cəfər Topçubaşovu, Həsən bəy Zərdabini, Abbasqulu ağa Bakıxanovu, Mirzə Kazım bəyi xatırladır. Şəmistan Nəzirli "Qoridən gələn qatar” kitabında yazır: "Mirzə Fətəli Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy azərbaycanlıdır, bizim həmyerlimizdir”, - deyəndə canişinin sifətində heyrətə bənzər təəccüb yarandı. Bundan ruhlanan Mirzə Fətəli həmyerlisi haqqında daha ətraflı danışmağa başladı. "Mirzə Kazım bəy təkcə RUSİYA ELMLƏR AKADEMİYASININ müxbir üzvü deyil, o həm də Londonda BÖYÜK BRİTANİYA və İRLANDİYA KRAL CƏMİYYƏTİNİN üzvüdür. Kopenhagendə ŞİMALİ ANTİKVARİLƏR KRAL CƏMİYYƏTİNİN üzvü seçilmişdir. Üç dəfə Demidov mükafatını almışdır”. Bu söhbətlər sonda seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılması ilə nəticələndi.
 

 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.