Tur Heyerdal və Qobustan...

Tur Heyerdal və Qobustan...

 

Tur Heyerdal və Qobustan...

1981-1994-cü illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənlər ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.

Tur Heyerdalın bu nəzəriyyə ilə bağlı bir fikri olduqca maraqlıdır. Özünün "Challenging euro-centrik theories of migration"- adlı məqaləsində aşağdakı sözlərlə o, bütün dünya alimlərinə müraciət etmişdir.

«Bir alim kimi Avropada biz tərəfindən öz həmvətənlərimizin dünyanın bir çox yerlərini kəşf edilməsi barədə dərc olunan əsrlərdən bizə gələn tarixi sənədləri yenidən təhlil edək. Burada olanların əksinə olaraq görürük ki, Avropalılar, Yeni Dünyalar kəşf edən tarixdən əvvəl Afrikadn olan dənizçilər Kanar adalarına yol açmışlar. Amerika, Hind okeanı və sakit okean Asiyadan elə Amerikadan olan qədim sakinlər tərəfindən öyrənilib. Avropa deyil Azərbaycan inkişaf etmiş svilizasiyasının qaynayıb daşan mərkəzi olmuşdur. Geniş ticari və uzaq əlaqələri olan ticari və mədəni impulsun naviqotoru olan Azərbaycan ərazisini tədqiq etmək vacibdir. Biz tarixi qumda və dənizdə axtarmalıyıq. Müasir Azərbaycanın qədim və xarici əlaqəlirn araşdırmaq üçün alimlər səy göstərməli və buranın tarixi mənbələrini təyin etməlidir».

Bu nəzəriyyəni inkişaf etdirən səyyah-alim Skandinav xalqları ilə yanaşı Meksika, Peru, Amerika, Asiya və Afrika xalqlarının həyatında azərbaycanlıların oynadıqları rolu sənədlərlə isbat etməyə çalışır.

Tur Heyerdal "Yeni fikir" qəzetində dərc olunan "Azərbaycan Qafqazlıların yayım mərkəzidir" - məqaləsində bu nəzəriyyəni daha da inkişaf etdirib:

«Qədim azərbaycanlıların gəmiləri Xəzər dənizində və rus çaylarında aşağı-yuxarı gedib-gəlirdi. Və onların qayalarda çəkdikləri gəmi rəsmlərilə vikinqlərin min il sonra Norveçdə çəkdikləri rəsmlər arasında oxşarlıq təsadüfi ola bilməz. Skandinaviyada, xüsusilə Norveçdə iki müxtəlif növ gəmi rəsmlərinə rast gəlmək olar. Bunlardan biri Qobustandakı rəsmlərə bənzəyir: üfiqi çəkilmiş xətt gəminin əsasını, şaquli xəttlər isə gəminin heyətini və yuxarı qaldırılmış avarları əks etdirir. Digər gəmi növü "dəri gəmi"sindən ibarətdir. Bu cür gəminin qısa və geniş burnu olur və içərisi ağacla (qamışla) - örtülürdü. Qaya rəsmləri bu cür gəminin çöldən görünüşünü əks etdirir»

1241-ci ildə İslandiyalı Snor Sturlasonun «Norveç vikinqləri krallarının saqası»-nı əsas göstərən Tur Heyerdal norveçlilərin ulu babalarının adının Odin olmasını bildirir və qeyd edir ki, Odin Skithbalanthncr (skidblandenr) adlı gəmilə bu ərazilərə gəlib. Odin qatlama gəmisi ilə saqada qeyd olunduğu kimi yerlilərin qəlbini fəth etmişdir. Saqaya görə Odin "Aser" adlı məmləkətdən gəldiyindən çox zaman onu "Asa-Odin", "Aser Odin", "Odinsan" adlandırırdılar və Snor dəqiq olaraq, Aser-in Qafqazdan, Qara dənizdən cənubda yerləşən ərazilərdən gəldiyin göstərir.

1987-ci ildə Y.M.Stenrsens Forlaqın Osloda ingilis dilinə tərcümə etdiyi saqada adları çəkilən "Aser" və "Odin" barədə bir qədər ətraflı tədqiqat aparaq. Azərbaycanın görkəmli tədqiqatçısı Mahmud İsmayılov qeyd edir.

«Aslar qədim çox qədim, dilləri bizim dilimizin kökkündə dayanan soy, xalq olmuşdur. Asları tədqiqatçılar türkdilli sayların ən ulu əcdadlarından biri sanırlar. Ehtimal var ki, yurdumuzda məskunlaşan asların adı ilə bu yer aslar diyarı aslar məskəni asların yurdu as ərlərin as kimilərin yurdu, Asər yurdu adlandırmışlar. Asların adına qədim Orxon-Yenisey yazılı abidələrində də rast gəlinir. Dünya tarixi ilə məşğul olan təqdiratçıların bir qismi Asiya qitəsini - qitənin ən böyüyünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə bağlayırlar. Tədqiqatçıların söylədiklərinə görə asların bir qolu eramızdan sox-sox əvvəl Azərbaycanda məskunlaşıblar».

Odin - azərbaycanca səslənir və od və "yaşayış məskəni", ya da "ruh, can" mənaların verən in sözündən ibarət olub. "Od canlı", "od ruhlu", ya da "od məskəni" obrazlı desək "od saçan", kimi açıqlanır. İslamdan öncə azərbaycanlıların oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah olunmasına inanmaq olur.

Snor Sturlasonun saqasındkı fikirləri Tur Heyerdal inkişaf etdirərək bildirir.

«Norveç tarixçiləri Asar Odin, onun gəmisi və səfəri barədə saqanı orta əsrlərin əfsanəsi hesab edirlər. Hərçənd onlar norveçlilərin Qafqazlı olduqların qəbul edirlər. Yəqin ki, Odinin gəmisi aserlərin (asları) torpaqlarının Qafqazın şərqində, Xəzər dənizi sahilində yerləşdiyin göstərir. Bizim eradan əvvəl V əsrdə Yunan tarixçisi Heredot qatlanan gəmilərdən yazır və onlar Asar Odin saqasında təsvir olunduğu kimi aserlərin yaşadığı ərazidə istifadə edildiyini göstərir.»

Heredot, Diogen, Plutarx, Strabon da ön Asiya və Azərbaycan da yaşayan tayfalardan ətraflı söhbət açaraq, Heyerdalın qeyd etdiyi gəmilər barəsində də fikirlər söyləyiblər.

Snorun saqasında qeyd olunan Aser Odinin nəslini araşdıraq. Bu istiqamətdə Nazim Rizvanın tədqiqatları olduqca maraq doğurur. «Azərbaycan diasporası tarixindən» - kitabının müəllifi olan Nazim Rizvan Snor və Tur Heyerdalın Aser Odin və onun ailəsi barədə açıqladığı fikirlərlə dəstək verir:

«Odinin oğlu, güclü pəhlivan, şimşək allahı Tor, torpaq ilahəsi Torun anası Yord (Yurd) başqa oğlu Moqni, bahar allahı Valdır. Tir həqiqət ilahəsi Vor, iki qardan, Foylar, Qoylar, eləcədə mani qoca dayə elmi, siqurd, oyun, Ağnar, Qunnar və başqaları da bu qəbilədəndir. Dastanlarda atillanın adına Atil şəklində rast gəlirik.»

Tək Norveç deyil, İrlandiya, Danimarka, İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynayan yurdumuzun qədim sakinləri olan aslar barədə çoxlu tarixi faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər – «Biz Aser torpağının davamçıları və nəsliyik.»

İrlandiya və Şotlandiya arasında kiçik "Azer" adasının olması bu faktı təsdiqləyən faktdır. 

Skandinav adasının ən qədim adı Tula-dır. Qədim türk sözü olan Tulanın izahın müxtəlif cür yozmaq olar. Bunu Skandinaviyanın xəritədə olan görünüşü ilə də və yaxud başqa bir anlayışla oxşadan fikirlər qeyd olunur. Hər halda bu nəzəriyyəni Skandinav alimlərinin kəşf etdiyi kimyəvi elementlər cədvəlində 69-cü yeri tuton tulium (tm) elementində də görmək olar. Bütün bunlar təsadüf deyil. Bir faktı da dastanlarda qeyd edilən fikirlə «Aser Odin Qunqnır nizəsin tutub Sleypnir atında dünyanı səyahətə çıxaraq insanlara nəzarət edir» əsaslandırmaq olar. Adı çəkilən Qunqnır nizəsi hun tayfalarının malik olduqları nizə ilə oxşarlığı da təsadüf deyil. İsveçdə Avesta şəhərinin olması da hər halda təsadüf ola bilməz. Kon - Tiki insanı «Qədim Skandinav tarixi» məqaləsində qeyd edir.

«Biz Danimarka, İsveç və Norveçin kral ailələri xətti ilə tarixi öyrənirik, Biz bunu bu cürə götürməklə hesab edirdik ki, bu mifologiyadır, xəyali təsəvvürləridir. Lakin zamanlı biz bunların həqiqət olduğun tədqiqatlar zamanı görə bilərik. Mən uşaqlıqdan xatırlayıram ki, bizim mifalogiya Odin adlı allahdan başlanğıc götürür. Odindən isə 31 nəsil sonrası lazımdır ki, ilk tarixi kral barədə mənbəyə çataq. Odin barədə məlumatda qeyd olunur ki, o şimali Avropaya Aser adlanan torpaqlardan gəlib və bunlar isə mifalogiya deyil. Bu faktiki tarix və coğrafiyadır.»

Tur Heyerdal məhşur tarixçi Heredotun qədim azərbaycanlıların istifadə etdikləri qatlanan gəmilərdən yazdığını və onun da aserlərin vətəninin olmasını qeyd etdiyini bildirib. Aserlərin ərazilərinin olduqca böyük idi və burada təbiət çox gözəl idi. Odinin nəvə-nəticələrinin sitayiş etdiyi dini yerlilər və tarixçilər Odino adlandırıblar. Bu faktı görkəmli türkoloq Murad Acının «Qıpcaq çölünün yovşanı» kitabında da qeyd edilir. Murad Acı rusları İsveç mənşəli varyaqlar adlandırır. Acıya görə yunanlar, romanlılar, qıpcaqlar, farslar və bütün dünya IX-XII əsrlərdə rus sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada varyaqlar - adı ilə məhşur olan xalqı tanıyırdılar. O vaxtın tarixi sənədlərində belə yazıldığını araşdıran Acı Skandinavların dəniz cəngavərləri kimi dünya da tanıdığın göstərərək onların çaylardan magistral yol kimi istifadə edərək digər ərazilərdə məskunlaşdıqların qeyd edir.

Rus kimi tanınan varyaqların Odino deyilən dini inam sahibi olması barədə vurğulayan Murad Acı onların slavyanlarla heç bir bağlılığı olmadığını yazır. Buradan isə məntiqi nəticəyə gəlmək çətin deyil. Skandinavların ulu babalarının azərbaycanlıların olması faktını təsdiq edən sənədlər və məlumatlar odinin varlığı, odino dini varyaqların skandinav mənşəli olması faktının təsdiqlənməsi indi özlərini rus adlandıran xalqın əsl kökünü ortaya çıxarır.

Rusların və skandinavların antropoloji oxşarlığı da tarix boyu rus imperatorlarının skandinavlar ilə qohumluluq əlaqələri qurmaq istiqamətində apardıqları siyasət, elmi faktları təsdiqləməklə azərbaycanlıların skandinavlarla yanaşı, rus adlanan varyaqların ulu babaları olması barədə ehtimal yaradır. İngilis tarixçisi Devil Uilson Skandinaviyanın sakinləri olan vikinqlər barəsində tədqiqatlarında qeyd edir...



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.