Azərbaycanla fəxr edək...

Azərbaycanla fəxr edək...

 

Azərbaycanın ilk təyyarəçisi kim olub?
Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu - Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı.
Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur. 
Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır. 
Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir… Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur…
Qayıbovun Şərəfinə 1973 cü ildə Qazaxda ucaldılmış abidə
A.V.F

Azərbaycanla fəxr edək...

 

Əhməd bəy Ağaoğlunun qızı..


Azərbaycanla fəxr edək...

 

Alman alimi Bürhard Brentes göstərir ki, "Dumu-zi" inamı Şimali İrandan - yəni Cənubi Azərbaycandan gəlmişdir. Bundan başqa Azərbaycanın cənubunda "Dolmatəpə" də aparılan qazıntılar Azərbaycan və Mesopotamiyanın qədim əlaqələrini göstərir. "Dolmatəpə" də tapılan və eramızdan əvvəl V minilliyin ortalarına aid edilən gil qablar, Şumerlərin gil qablarına çox yaxındır. Bürhard Brentes bu məsələyə toxunarkən yazır: "Bu prosesin ilkin müjdəçiləri bəzəkli dulusçuluğu bilən Dolmatəpə vilayətinin əhalisi olmuşdur... Onların saxsı əşyaları Kilikiya, Anadolu, hətta Balkana yayılmışdır."
T. Yohanın "Dolmatəpə" qazıntıları haqda verdiyi məlumatlarına əsaslanan Bürhard Brentes yazır: "Müxtəlif qablar (şumerlərin) naxış motivlərinə görə, indiyə qədər az tanınmış və Azərbaycandakı Dolmatəpə saxsılarının naxışlarına çox yaxındır".
Mənbə: Əbülfəz Elçibəy "Azərbaycandan başlayan tarix" kitabı
 
Son vaxtlara kimi biz belə hesab edirdik ki, Avropa mədəniyyəti hər nəyi varsa Yunanıstana borcludur. Ancaq, ən yeni araşdırmalar göstərdi ki, bir çox münasibətlərdə biz beş min il bundan qabaq Şumer xalqının dühası ilə yaradılan varlıqların varisiyik.

Mənbə: Polşa tarixçi-alimi Z. Kasidovski "Bibleyskie skazaniya". Moskva-1969

Azərbaycanla fəxr edək...

 

"Şumer mədəniyyətinin köklərini, daha doğrusu Şumerdən qabaqkı (protoşumer) mədəniyyəti və tarixi araşdıran elmlərin əldə etdiyi nəticələrə diqqətlə yanaşdıqda burada Azərbaycanın gərəkli yer tutduğu açıq-aydın görünür. Çox-çox təəssüflər olsun ki, arxeoloqlarımızın bəzi uğurlu tapıntılarını, tariximiz üçün kəşflərini, o cümlədən Qobustan, Azıx mağarası, Gəmiqaya və sairəni çıxmaq şərti ilə bizdə bu gərəkli sahə ilə heç bir mütəxəssis alim məşğul olmur və yaxın bir neçə ilə də bu cür mütəxəssislərin yetişəcəyi nə gözlənilir, nə də yetişdirilməsinə cəhd göstərilir!. Bu dözülməz halın aradan qaldırılması üçün ilk öncə yalnız və yalnız Şumer abidələrini oxuyub araşdıra biləcək bir deyil, bir neçə mütəxəssisin yetişdirilməsi ən vacib məsələdir..."

Mənbə: Elçibəy "Azərbaycandan başlayan tarix". Bakı-2003
 

Azərbaycanla fəxr edək...

 

Azərbaycan aktyoruluq məktəbinin banilərindən biri H.Ərəblinski (1881-1919)

Azərbaycanla fəxr edək...

 

Türkiyənin Batman şəhərində yerləşən Ağqoyunlu Uzun Həsənin oğlu Zeynəl bəyin türbəsi
paylaşdı Şah İsmayıl Səhifəsi


Azərbaycanla fəxr edək...

 

Azərbaycan xalqının azadlıq müharibəsi (Xürrəmilər hərəkatı) Xilafəti tənəzzül dalğalarına atmış, Türkləri Xilafətdə siyasət səhnəsinə çıxarmışdır. 

Xilafətin zəifliyini hiss edən bu Türk hərbi qüvvələri qələbələrdən ruhlanaraq özlərini sərbəst aparmağa, mərkəzi hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Xəlifələrlə Türk sərkərdələri arasında siyasi hakimiyyət uğrunda kəskin mübarizə başladı.

847-ci ildə xəlifə Vasiq öldükdən sonra, onun oğlu Məhəmmədi xəlifə seçmək istədilər. Lakin Türk sərkərdələrindən olan İtax və Vasif bunu rədd edib, xilafət taxtına Vasiqin qardaşı Mütəvəkkili çıxardılar. Beləliklə, xəlifələri Türklər təyin etməyə başladı. Abbasilərin mərkəzi hakimiyyətdəki nüfuzu da artıq yoxa çıxmağa başlamış, irsi hüquqları əllərindən alınmışdı. Yeni seçilən xəlifələr Türklərin istəyinin ifaçısına çevrilmişdi. 

Xəlifə Mütəvəkkil (847-861) Türkləri mərkəzi hakimiyyətdən uzaqlaşdırmağa, öz canını onlardan xilas etməyə çalışdı. Lakin, Türk ordu başçılarından Kiçik Buğa və Bağır Türki sazişə gəlib, bir dəstə Türklə onu 247-ci il şəvval ayının dördündə (861-ci il, dekabrın 11-də) öldürdülər.

Bundan sonra Türklər xəlifələrin həyatını, yaşayıb-yaşamayacağını da həll etməyə başladılar. Onlar artıq heç kəslə hesablaşmırdılar. Abbasilər sülaləsindən daha heç bir kəs xəlifəliyə ya irsi, ya da başqa yolla gələ bilmirdilər. Türklər kimi istəsə idilər onu da seçirdilər, istədikləri xəlifəni də öldürürdülər... Bu dövrdə Türklər xəlifələri top kimi oynadırdılar.

İbn Tabataba yazır ki, xəlifə onların (Türklərin) əsiri kimi idi. İstəsəydilər saxlayar, istəsəydilər çıxarar və istəsəydilər öldürərdilər.

860-cı ildən 870-ci ilə qədər bir sıra əyalət canişini və əmirləri xilafətin tənəzzülündən və mərkəzi hakimiyyət uğrunda gedən araçəkişmələrinin törətdiyi qatışıqlıqdan istidadə edərək xilafətə tabe olmaqdan boyun qaçırır, bəziləri isə ondan yeni torpaqlar qoparırdı. 

868-ci ildə Misirdə Tulunilər dövlətinin əsası qoyuldu. Beləliklə, xilafətdə ilk müstəqil Türk sülaləsi hakimiyyətə gəldi. 

IX əsrdə Abbasilər xilafəti kiçik bir əmirliyi xatırladacaq dərəcəyə gəlib çıxdı. Böyük bir imperiyanın bu cür tənəzzülünə və parçalanmasına əsas səbəb isə, Azərbaycan xalqının 816-837-ci illərdə Babəkin başçılığı altında Abbasilər xilafətinə qarşı apardığı Azadlıq müharibəsi olmuşdur. 

Babəkilər hərəkatı qüvvətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasını müəyyənləşdirən əsas siyasi qüvvələrdən biri olmaqla yanaşı həm də ən ümdəsidir.

Mənbələr:
1) İbn Tabataba "Tarix əd-duvəl əl-islamiyyə". Beyrut-1960
2) Brokkelman "Tarix əş-şuub əl-islamiyyə". Beyrut-1953
3) Əhməd Əmin "Zuhr əl-islam". Qahirə-1952
4) Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlərdə". Bakı-1965


Xristianların hegomonluğuna son qoyan, III səlib yürüşündə qalib gələn — Səlahəddin Əyyubi Azərbaycan türküdür! 

Azərbaycanla fəxr edək...

 


Əbülfəz Elçibəy: Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda: 
Tələbə: Hansı ölkədənsiniz? 
Elçibəy: Azərbaycandan. 
Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz! 
Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım. 
Elçibəy: Haradan bilirsiniz? 
Tələbə: Səhər mən sizə mənbəni gətirərəm. 
Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Selahaddinin cəngavər geyimində rəsmi var idi. 
-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avrupan’ın «qəzəbinə gəlmiş» və hətta Aligyeri Dantenin «İlahi komediya» əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilərin sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar: 
-Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu? 
Sultan: 
-Xeyr! Biz Azerbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq. Birbaşa-doğruya, o zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspirantura’da oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikan’ın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində. İbn Hellikan yazır: 
«Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!». 
Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçe’de geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hal-hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. 
Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «menim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı). 
İbn Hellikan (Hallikan) eyni əsərində tarixdə bərabərinə az rast gəlinən komandirlərdən olan, «xəlifələri yıxıb xəlifələri taxta çıxaran», Əməvilər xilafətinə son verən Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərmişdi. 
İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir Əmrin oğlu idi. Atası öldüyündə anası başqa bir Əmr ilə evlənmiş, eyni Əmr oğulluğu Əbu Müslimə özü təlim-tərbiyə vermiş, yanında büyütmüştü. Sonra o əmri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı. eyni Əmir Xorasanda öldüyündə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani adı ilə tanındı. 
Qiymətli oxucu-vətəndaş, Azərbaycan gəncləri, gəlin ərəb xilafətinin tarixində ötəri də olsa bir hətta göz gəzdirin: 
Məhəmməd Peyğəmbərin ölümündən sonra dövləti idarə edənlərə xəlifə, yəni peyğəmbərin davamcısı deyirdilar. Buradan da dövlətə «xilafət» adı qoymuşdular. ilk dörd xəlifə: Ebubekr, Ömer, Osman və Əli müsəlman icması — bura tərəfindən seçildikleri üçün onlara «xulefau ər-Raşidin» — «seçilmiş, beğenilmiş, xəlifələr» deyirdilər. 661-ci ildə Əməvilər (Bəni Umeyye) şuraya icazə vermədən xilafəti qan və qılıncla ələ keçirdilər. Onların hakimiyyəti 750-ci ilə qədər davam etdi. bu haqsız, qəddar rejimə qarşı başını kaldıranlar amansızca mahvedildi, üsyanlar, çıxışlar qan dəryasında boğuldu, kütləvi edamların yaşandı. bu zalım sülalədən xilas olmaq sanki qeyri-mümkün idi. belə bir vəziyyətdə Azərbaycan Türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərini başına toplayıb «hakimiyyət peyğəmbər evinə» deyərək Xorasanda üsyan bayrağını qaldırdı. 
Bir ilin içində Türküstandan, Merakeş’e (Məğrib) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi, onlardan yalnız bir adam canını qurtarıb Endülüs (İspaniyaya) sığınacaq bildi və orada Əməvilərin hakimiyyətini davam etdirdi. Peygemberin əmisi Abbasın oğulları (nəsli) hakimiyyətə gəldi. 750. ildə Abbasilər Xilafəti quruldu. Xilafətin paytaxtı Şamdan (Suriyadan) 
Bağdada (İraqa) daşındı. Bu səbəblə xilafətə «Bağdad xilafəti» də deyilir. Abbasi hakim sülaləsinin ikinci nümayəndəsi hiyləgər, mansur, şan və şöhrəti bütün xilafəti bürümüş Əbu Müslimin həccə getməyə təşviq etdi. Əbu Müslim öz ordusundan ayrıldı, yanında bir neçə dostu və köməkçiləri ilə Həcc ziyarətinə gedərkən Bağdad sarayına dəvət edilərək şərəfinə ziyafətlər verildi. Mənsur Əbu Müslimin və yoldaşlarını haincesine sarayda katlettirdi. 
Tarix bu xəyanəti bağışlaya bilməzdi; IX əsr birinci yarısında Azərbaycan Türkü Babək bütün Azərbaycanı ayağa qaldırdı, Abbasilərin ordularını darmadağın edib onların hakimiyyətini tənəzzül etdirdi. O zamanın tarixçiləri yazırdılarr ki, Babək Əbu Müslimin intiqamını alırdı. Tarixdə sadə xalq içərisindən çıxmış üç böyük, belə sərkərdə ən yüksək qəhrəmanlıq zirvəsinə çıxmışdır: Spartak, Babək, Xuan Çao (IX əsr, Çində). qətiyyətlə deyə bilərik ki, Babək bunların içərisində daha böyük, daha cəsur, daha istedadlı komandir idi. 
Abbasi imperatorluğuna qarşı Azərbaycan xalqının azadlıq mübarizəsini təşkil və ona başçılıq edən, Azərbaycanın və «bütün iran xalqlarının milli iftixarı» (said nəfs) Babək imperatorluğa diz çöktürdü. 
Bəli, tarix xəyanəti bağışlamır. Abbasilər İmperatorluğu itirsə də, sülalə hakimiyyəti yalnız İraq ərazisini əhatə etsə də nominal, oyuncaq bir hakimiyyətləri sürürdü. 1258-ci ildə Azərbaycanın dahi alimi Nəsrəddin Tusi məsləhəti əsasında (o, Hülagu’nun baş vəziri idi) Hülagü Bağdadı əhatə Abbasi xəlifəsini hovuzda boğdurdu və bununla da Bağdad xilafətinə son verildi. 1177-ci ildə Azərbaycan Türkü Səlahəddin Misirdə Fatımilerin xilafətinə son verərək atası Əyyubu (Eyyüb Selahaddinin atası Yusifin və əmisi Şirkuhun ataları idi) adı ilə öz sülaləsindən hakimiyyətə gətirdi. 
Bütün bunlar qəhrəman bir millətin şərəfli tarixindən xəbər verən bəzi sətirlər. Türk olmayan bir məşhuru sözüdür: «Türklər dövlət yıxıb-dövlət qurmaqda dünyanın ən mahir və qabil millətinin». 

Mənbə: Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164








Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.