Avropa, türklər və Böyük çöl

Avropa, türklər və Böyük çöl

 

Murad Acı
 
Avropa, türklər və Böyük çöl
 
Dördüncü söhbət
 
Ön Uralın qədim şəhərləri olan Sintaşt və Arkaimdə aparılan qazıntılarda o dövrün tarixini yaxşı oxumaq olar, orda onlarla metalişləmə izlərinə, ərinmə sobalarından mis əşyalara qədər rast gəlmək olar.
Lakin burda digər ehtimal da vardır. Ural yalnız onun start meydanı idi. Əsasını isə Altay vermişdir.İki min il yarım bundan əvvəl allah Tenqri burada türk xalqına " dəmir dövrünü " bəxş etdi. Fantastik hadisə! Birinci metallurq kimdir, o naməlumdur. Ola bilər ki, onu Dəmir adlandırırdılar. Ona heykəl qoymaq lazımdır. O və onun kəşfi dünyada ilk metalişləmə rəmzidir!
Orada muzey yaratmaq pis olmazdı. Dünyanın heç bir ölkəsində oxşar muzey ola bilməzdi. Yalnız Altayda, çünki, Altay birinci idi. Baxmayaraq ki, dəmiri insanlar əvvəllər də tanıyırdılar, filizi əritmirdilər, onu yandırırdılar, bunu bizim eradan iki min il yarım əvvəl xettlər düşünmüşdülər. Türklər isə əritməni kəşf etmişdilər! Təbii müşahidə qabiliyyəti onlara kömək etmişdir. O gündən metallurq peşəsi ən hörmətli peşə oldu. Onun sirrlərini bilən şəxs xüsusi hörmət sahibi olan adam hesab edilirdi. Dəmirxanovlar, Dəmirbulatovlar, Dəmirovlar – onlara və onların nəsillərinə ( tuxumlarına – nəsillərinə ) sehrbazlar kimi baxırdılar.
Metalişləmə sirləri atadan oğula keçir və qıpçaqların əsas sirri olaraq qalırdı. Belə bir inam yaranmışdı ki, metalişləmə sirrinə yiyələnmiş adam ilahidən verilmiş  hikmətə malikdir, ona böyük Tenqri xan xüsusi nəzər yetirmişdir. Ona başqa ( metalişləmə sirrinə malik olmayan ) tuxumdan ( nəsildən ) olmayan qıza evlənməli deyildi, qəflətən yuxuda özü də bilmədən danışıb sirri aça bilərdi... Bu uzun zaman sirr, sirr olaraq qaldı.
Metalın kifayət qədər olması türklərin təsərrüfatda elmi – texniki inqilab etməsinə gətirib çıxardı, metaləritmənin kəşfi öz miqyası və nəticəsinə görə təkərin icad edilməsinə bərabər idi... " Dəmir " özülü əsasında qüdrətli dövlət ayağa qalxmağa başladı.

Qıpçaqlar asanlıqla qonşu xalqarı  fəth etdilər. Onunla dünyaya sübut etdilər ki, onların qələbələrinin tarixi, dəmirin tunc üzərində qələbəsinin tarixidir. Xalqların böyük köçünün mənbəyi burda gizlənmişdi!
Babalarımız atları əhliləşdirən zaman qılınc, nizə, xəncər meydana gəldi. Dünyada heç bir xalq onlar kimi sadə və incə dəmir qıra düzəldə bilməmişdi. Sonra zireh geyim, şiş uclu dəbilqə...
Birinci üzəngini, yəhəri, qoşqunu qoşub düzəltmək o qədər də asan deyildi... Lakin onlar bunun öhdəsindən gəldilər. Yeni həyat tərzi, həm şəhərlərdə, həm də çöl stanitsalarında əlverişli olan  atçılıq ( süvari ) meydana gəldi. At türkün bir " hissəsinə " çevrildi, onun ayrılmaz yol yoldaşı oldu. Təsadüfi deyildir ki, qıpçağın ən böyük arzusu atı yəhərləmək idi. Əvvəlcə at, qəhrəmanlığa çağıran əsas iş.
At məkanı genişləndirir, uzaqlara, üfüqdən o tərəfə  aparır. Həm də onunla əlaqədar keyfiyyətcə yeni əkinçilik başlandı! O vaxtdan başlayaraq Altayda torpağı çuğun xışla becərməyə başladılar, məhsulu dəmir oraqla biçirdilər.
Elmi–texniki inqilab, onun tapıntıları qida ehtiyatını nəzərə çarpacaq qədər artırdı, bu da gətirib həqiqi demoqrafik partlayışa səbəb oldu. Dəmir xalqa güc verdi. Çöl mədəniyyətinin sirri  güclü iqtisadiyyatda idi. Məhz, bunu bəzi tarixçilər, çöldə " köçərilərdən " savayı heç kimi görmək istəməyən alimlər inkar edirlər.
Dünya yeni kəşflər etmədi, yalnız qıpçaqların ixtirasını necə var elə də qəbul etdilər!
Atlı həyat tərzi hətta xalqın " geyimini " dəyişdi, türklər süvari üçün daha əlverişlı olan paltarlar tikdilər. Altaylılarda o zaman şalvar, çəkmə, başlıq, kaftan və digər geyimlər görünməyə başladı. Hətta, çəkmə dabanına qədər. Öz geyimləri ilə qıpçaqlar başqa xalqlardan fərqlənirdi. Qədim şəkillərdə, sözlə təsvirlərdə, arxeoloji tapıntılarda onların xarici görünüşünü tanımaq olar.
Qıpçaq geyimlərinin keyfiyyəti və gözəlliyi haqqında xeyli danışmaq olar. Son dərəcə incə işdir.
Pazırıq kurqanlarında , məsələn, arxeoloqlar ipək, tikmə, baş örtüyü, pencək (çesunka) tapılmışdır. Onlardan gözəl və gündəlık geyimlər alınırdı. Avropada belələrini hazırlamağı bacarmırdılar... 
Rəqiblərimi bu faktı qeydə almağa çağırıram, belə çıxır ki, Böyük Çöldə sadəcə yaşayış məskənləri olmayıb, məhz sənətkarlar, zərgərlər, toxucular, dərzilər, xalçaçılar, dəmirçilər, dulusçular və digərləri yaşayan şəhərlər olmuşdur. Onları yaddan çıxarmağa çalışsalar da düzəltdikləri məmulatlar durur.
Arxeoloji tapıntılar türklərin digər "vizit kartlarından”da xəbər verir. Məhz dünyada ilk dəfə olaraq Altayda ağac tirindən hamam, qüllə və koma kimi tikintilər meydana gəldi. Onlar adamlara mağaraları tərk etməyə və istədikləri yerdə yaşamağa imkan verdi. Türk arxitekturası ağacdan budaq meydana gəlib böyüdüyü  kimi inkişaf etdi. Onların əsrlərlə qalmış cizgilərini çox yaxşı tanımaq olur... Təəsüf ki, onu da etiraf edə bilmirlər. Lakin o var!
Məsələn, hamamlar öz praktikliyi ilə fərqlənirdi, onu səkkizüzlü tikirdilər. Səkkizüzlülük türk arxitekturasının əsas geometrik elementidir. O ən qısa perimetrdə ən geniş sahə verir. Sadə dildə desək, ən qısa divar olan yerdə ən geniş ev alınır. Materiala və yanacağa qənaət, arxitekturada "səkkizüzlü” ənənə görün özündə nə daşıyırdı.
Bəs evdə soba? Bu da tərifə layiq olan türk yaradıcılıq nümunəsidir. Xüsusilə şaxtada... "Uzun müddət” istilik verən və yanacağa qənaət edən.
Soba üçün yeni tikinti materialı olan kərpiçi düşünüb yaratdılar. Sonralar Altayda kərpiçdən saraylar, müdafiə divarları tikməyi öyrəndilər. Lazım gələndə kərpiçdən tikilmiş obyekti sökür, tikintidən çıxmış kərpiçlər yenidən işə yarayırdı... Yenə qənaət.
İstəsələr, istəməsələr, özləri də bilmədən müxtəlif xalqlar türklərin bir çox ixtiraları haqqında məlumatları qoruyub saxlayırlar. Türklərdən götürülmüş əşyalar onlarda əvvəlki kimi türkcə adlanır. Rus və ukraynalılarda məsələn, bu denqi (pul), kopeyka (qəpik), kniqa (kitab), çuqun (çuğun), bulat (polad), peç (soba), oçaq (ocaq), kirpiç (kərpic), izba (koma)... Onlarla və onlarla söz, elə məsələn kolbasa. Və yaxud Avropada çox sevilən yoqurt, o da çöl sakinlərindən gəlmişdir, türk dilində hərfən "turş süd” deməkdir.

Avropa, türklər və Böyük çöl

 

Qədim, necə deyərlər "rus” geyimləri də qıpçaqlardan qalmışdır, arxeoloqların Novqorod tapıntıları məsələn, sübut etdi ki, slavyanların geyimi tamamilə başqa cür olmuşdur. Yapınçı, kaftan, şuba, ..... və digərləri, onlar türklərin yaddan çıxmış tarixinin əks-sədasıdır... Heç nə itməmişdir!
Nəhayət, hamımız bir sadə həqiqəti dərk etməliyik, Xalqın mədəniyyəti heç bir tarixçi və ya siyasətçi tərəfindən yaradılmır, o mücərrəd deyil, hətta öz kiçik detallarında belə çox dəqiq və konkretdir... Ona görə də xalqın tarixi sərbəst fikir yürütmək deyil, o elmdir! Riyaziyyat və ya fizika kimi ciddi və dəqiqdir... Təəsüf ki, Rusiyada tarix həddindən artıq sərbəstdir, onu hər bir hökmdar öz istədiyi kimi yazmışdır...
Xalqların böyük köçü
...Altayda artıq yaşamaq mümkün olmadığı gün gəlıb çıxdı, burda həddindən artıq adam yaşayrdı, torpaq hamını ərzaqla təmin edə bilmirdi. Xalqı uzaqlara baxmağa məcbur edən çətin dəqiqə gəlib çıxdı. Altaydan dünyanın dörd tərəfinə yollar uzanırdı. Hansı ilə getmək lazımdır? Hansını seçsinlər?
 I əsrdə Altay əcdadlarımız üçün bütöv dünya idi. Bu həm Vətən, həm Cənubi Sibir, həm də Baykal (bay-kul) idi. Həqiqətən də türk mədəniyyətinin üstünlük təşkil etdiyi bütöv bir dünya! Altaya həm də Tenqri-tay (türk dilində "İlahi dağ”) və ya Edem ("Əcdadların torpağı”) deyirdilər. Türklər burdan dünyaya ilk addımlarını atdılar, bizim coğrafiya bu nöqtədən öz hesabını aparmağa başladı.
"Düz” getmək, şərqə yönəlmək, sağa getmək cənuba istiqamətlənmək, sola getmək bu şımala yönəlmək, arxaya getmək isə qərbə istiqamət götürmək idi. Sola gedən (şimala) yol qısa idi və onların bataqlıq və meşə qarşısını kəsirdi. Çox az adamın bu yola tamahı düşdü, onlar Lena ("İlin”, türk dilində "Şərqi”) çayı sahilinə çıxdılar və orda məskunlaşdılar. O türkləri indi "yakut” adı ilə tanıyırlar. Yenisey ("Ene-say”- "Ana-çay”) və Ob ("abe”- türk dilində "nənə”, yəni "Nənə-çay”) çayı sahilləri boyunca yollar da yaddan çıxmadı.
Altaydan şərqə çətin keçilən uzaq –şərq meşə və bataqlıqları yerləşirdı. Altay torpağından heç kəs oraya köçmək fikrində deyildi.
Cənub marşrutları da var idi, lakin onlar sıx mühitdə yaşayan xalqın taleyini həll etmirdi. Türk süvariləri Hindistana daxil oldular. Onlardan məşhur Günəş çarlığı sülaləsi başlandı. Türklər həm də indiki Mərkəzi Asiya, Əfqanıstan, Pakistan, Şimali Hindistanı birləşdirərək, Kuşan xanlığını yaratdılar.
Qeyd edək ki, I-III əsr və türk tarixinin bütün "hind dövrü” türklərin özləri tərəfindən tamamılə unudulmuşdu, lakin Hindistanın və İranın özündə yaddan çıxmamışdır. Orada əvvəlki kimi buddizmin şimal qolunun əsasını qoyan, Səma Allahı - Böyük Tenqriyə inam bəsləyən, qəlbən təmiz Kanişkanı (78-123) hələ də müqəddəsləşdirirlər.
Kanişka uzaq Hindistanda qıpçağın və bütün türk mədəniyyətinin rəmzi olaraq qalmışdır. Orada türkləri çoxdan tanıyır, onlar şimaldan qəflətən peyda olan və birdən də yoxa çıxan tapmaca -xalqdır. Lakin yoxa çıxsa da özləri haqda arxeoloji iz, heykəllər, divar üzərində şəkillər və digər incəsənət nümunələri, eyni zamanda məbəd və monastırlar qoyub getmişlər. Naqlar, ilanlara sitayiş edən adamlar haqqında ədəbi əfsanələr... Kim bilir, bəlkə əfsanəvi arilər də Altaydan imiş?
Çar Kanişka ( hər halda Erke xan və ya pulların üzərində zərb edildiyi Kanerka daha düz olar) dövründə Altay Kuşanla (Kəşmirlə?) nəfəs alırdı, şimaldan minlərlə adam Kanişkanın təmir edib səliqəyə saldığı müqəddəs yerləri ziyarət etmək üçün ziyarətgahlara gəlirdilər.
Məhz onda türklər buddistlər üçün yeni olan göy allahı Tenqri xana sitayiş ayinlərini buddizmə gətirdilər. Bu fakt Hindistanın və buddizmin tarixində qeydə alınmışdı. 
İndi də Şərqdə  uzaq şimalda yerləşən və müqəddəs adamların yaşadığı və müqəddəs ölkə olan Şambxala əfsanələrində adları çəkilən türkləri xatırlayır və fərqləndirirlər... Yenə də türklər haqqında!
( "Şambkalanı” (türk dilində "işıqlanan qala”), bəzən Şambala da deyirlər, Himalay dağları ilə əlaqələndirirlər. Bu cür variant sual doğurur, ona görə ki, əfsanələrdə Hindistanda yaxşı tanınan Himalay haqqında söz deyilmir, uzaq Şimalda yerləşən ölkədən bəhs edilir. Altay isə Hindistandan uzaq Şimalda yerləşir, o qədim dövrdən Himalayla yanaşı Şərqin mədəni mərkəzi olmuşdur. Ondan savayı Altayda dəmir əridir və ondan xaç düzəldirdilər, Tibetdə isə qara metalişləmənin qədim izlərinə rast gəlinməmidi.) Müqəddəs ölkə olan Şambkala Altay dağlarında, yeddi qarlı zirvələr və ilahi dəmir xaçın qorunduğu yerdə yerləşir... Lakin, ancaq türklər onu xatırlamırlar.
İki min il əvvəl Hindistana gedən yolları hələ ot basmayıb. Hələ Biyski traktı fəaliyyət göstərir. Lakin, indi yol gödəlib, daha o yolla ziyarətçilər  getmir. Digər bir Tibetə gedən qədim yol da xilas olub, bu Nerçinsk traktıdır...
Yalnız Altaydan qərbə gedən yollar uzun müddət daimi hərəkəti olan yola çevrilmədi. Dağ sakinlərinin psixologiyası özünü göstərirdi, adamlar naməlum çöldən ehtiyat edir, adət etdikləri dağlarda yollar axtarırdılar.
Çölə yalnız əlacsız qalanda gedirdilər. İki min il yarım bundan əvvəl Altayda dinlərarası münaqişə baş verdi, vahid din bütpərəstliyi əvəz etdi. Tenqriyanlığın yayılması başlandı. Lakin,  bir çoxları  Göy Allahını qəbul etmədi, razı olmayanlar çıxıb getdilər. Çölə yola düşdülər, onları "skiflər” ( görünür "skitlər” sözü ilə, yəni "gəzənlər” ifadəsi ilə əlaqədar). Skiflərin rəsmi tarixi isə başqa sey deyir.”
(Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri iran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların onun fikrinin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin, skif abidələrinin öyrənilməsi göstərir ki, "naməlum yazılar” deyilən yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey deyil, türklərin runi yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu ( Və Herodot tərəfindən təsvir edilən çöl xalqlarının adət və ənənələri) deməyə imkan verir ki. skiflər türklərdir, başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyildirlər.)
Lakin... qara dənizətrafı düzənliklərdə və Altay dağlarında tapılan "skif” arxeoloji abidələri tamamilə eynidir. Bəs onda skifləri türklərdən nə fərqləndirir. Heç nə.
Bununla yanaşı N.M. Karamzinin dediyi :”Xalqlar göydən düşmür və yerə də girib yoxa çıxmır...” sözlərini yaddan çıxaran rus elmi təsdiq edir ki, skiflər "yiyəsizdirlər”. Əgər skiflər indiyə qədər qalıblarsa? Nədir, əgər bu gün onlar "çuvaş” adını daşıyırlarsa?! Bu türk xalqı həddindən artıq qeyri-adidir. Qıpçaq dünyasının mərkəzində yaşayır, lakin onunla deyil. Həmişə bir az kənarda olub.
Bu gün xristian adlanan çuvaşların mənəvi mədəniyyəti hələ bu yaxınlarda tamamilə başqa idi, onda xristianlıqdan əsər-əlamət yox idi. Xalq onu unutmayıb. Təəcüblü ki, o uzaq keçmişdə türklərin Altayda olan adət, ənənəsini xatırladır, onların inamının analoqu yoxdur. Çuvaşların dili özünəməxsus melodik və çox qədimdir, hər türk üçün o anlaşıqlı deyil... Çuvaşlar türk tarixinin canlı səhifəsidir, lakin təəsüf ki, dünya elmi tərəfindən hələ də oxunmayıb.
"Skiflərin” bir hissəsi görünür ki, Ukraynada da qalıb. Öz dillərini onlar unutmuşlar, lakin onların məişətinin azacıq da olsa görünən hissəsi xalqın uzaq keçmişindən xəbər verir. Məsələn, çuvaşlarda olan ornamentlərə tam oxşayan, xalq tikmələrinin özünəməxsus ornamentləri. Onlar özündə çox qiymətli məlumat daşıyır, irəlidə bu barədə söhbət gedəcək. Və yaxud dəfn adətləri... Bir sözlə, "skif” səhifələri türk sirləri ilə doludur.
Lakin, sonrakı altay səhifələri çox aydın oxunur, II-V əsrlərdə Xalqların böyük köçü onu dəqiq yazmışdır. Xalq üçün əhali ilə dopdolu Altayın Taleyi gələcəyə çöldən keçən bir yol açırdı. Başqaları sadəcə olaraq yox idi. Yalnız çöl, çoxsaylı xalqı qəbul edə bilən, demək olar ki, məskunlaşmamış ərazi olaraq qalırdı.
Lakin, əvvəl dağlıların düzəndə yaşamağı öyrənməsi üçün onillklərlə inanılmaz səy və səhmət çəkməsi lazım gəldi. Onlar üçün dağlarda adət etdikləri kimi deyil, hər şeyin başqa gür olduğu yeni təbii şərait! Bu, bütün türk tarixini dərk etmək üçün açar, fövqəladə coğrafi müqəddimədir.
Meşənin yoxluğu məsələn, yeni inşaat materialı axtarmağa məcbur edirdi. İqlim başqa cür yaşayış evləri, məişətin yeni formalarını axtarmağı tələb edirdi. Su, yanacaq, otlaqlar, ehtiyatların saxlanması və bir çox şeylər haqqında indi yenidən düşünmək lazım gəlirdi. Yalnız güclü, fərasətli və zəhmətsevər xalq çölü qəbul edə bilərdi. Əvvəllər burda insanlar tək-tək hallarda məskunlaşırdı, çünki, düzənlikdə həyat həddindən artıq çətin idi, onun özünəməxsus  sərt təbiəti var idi.

Avropa, türklər və Böyük çöl

 

Düzü, çölü görməyən bəzi tarixçılər çox yüngülcə olaraq müxtəlif xalqları minlərlə kilometr məsafədə yerləşən düzənə "köçürürlər”. Onlar hətta fikirləşmirlər ki, nabələd adam çöldə bir addım da ata bilməz, məhv olar.
Atsız indinin özündə belə orda yüz kilometr də getmək olmaz. Birincisi, ayaqqabın davam gətirməz. İkincisi, istiqaməti müəyyənlişdirməyi bacarmayan və çöl həyatı vərdişləri olmayan
 adam burda sağ qala biməz, bura insan üçün Yerin ən çətin təbii zonasıdır. Səhrada belə asandır, heç olmasa şaxtası, qarı olmur.
Çölə isə bizim alimlər bütöv xalqları (heyvanları, yükləri ilə birlikdə) "köçürmüşlər”. Onlara, bu kabinet sakinlərinə dözülməz şiddətli qış dözülməz boranları ilə, bu çöldür, isti yay yandırıcı susuzluğu ilə, bu yenə də çöldür, tam təklik, istiqamətlərin olmaması, bu bizim çöldür. Belə qorxulu halda o türklər qarşısında dayanırdı.
Qıqçaqlar ona doğma olana qədər onilliklər keçdi və onlar dedilər :”Bizim çöl”. Və çöllə qərbə sarı getməyə başladılar.
Xalqların böyük köçü, möhtəşəm bir hadisədir. Lakin bu nədir? O necə görünürdü? Düzgün hesab etmək olmazdı ki, guya gedənlər özbaşına izdiham idi. Çöldə insanların hərəkəti heyvanlar üçün otlaq axtarmaqdır deyə hesab edən ”köçəri sivilizasiya” nəzəriyyəsi çox ibtidai və sadədir. O həyatın reallığını nəzərə almır. Həyat isə çox mürəkkəbdir.
Ola bilər ki, xalqları köç etməyə quru yol nəqliyyatının ixtira edilməsi təkan verdi. Yüngül gəzinti arabası, ağır arabalar, təkər üstündə koma... Ola bilər ki, hər şey başqa gür olub, heç ixtiralardan başlamayıb.Həqiqətdə nə olduğunu biz heç vaxt bilməyəcəyik, əvvəl nə gedib, sonra nə? Başqa bir şey tam aydındır, II əsrdə qərbə sarı nə izdiham, nə ınsan toplusu, nə nə də köçərilər ordusu hərəkət edib.
Arxeoloqların tapıntılarının sayəsində məlum olmuşdur ki, çöldə yeni yaşayış məskənlərinin şəhərlərin və stanitsaların əsası qoyulur, yollar çəkilir, çaylar üzərindən körpülər salınırdı... Ərazinin mənimsənilməsi prosesi gedirdi, bu ləng gedən, əziyyətli işdir. Məckunlaşmaq, çoxlarının təsdiq etdiyi kimi"hun yürüşü” deyildir. Hətta süvarı yürüşü də deyildir. Türklər ildə 
qırx kilometr çöllə irəliləyirdilər. Məsafə bir at keçididir, il isə ilə oxşamırdı. Və bu təbiidir. Altaydan Atlantik okeanına qədər gəlib çatmaq üçün türklərə iki min yarım vaxt lazım olmuşdu.
Bu əzablı yol üçün onlara iki min il yarım vaxt lazım olmuşdu. Adamlar yeni yerə gəlir, onu məskunlaşdırır, sonra onların böyük evladları irəli gedirdilər ki, hər şeyi yenidən başlasınlar. Kiçik uşaqlar isə o dövrün adət və ənənəsinə görə valideyinləri ilə qalırdı. (yeri gəlmişkən bu qədim adət xalq içərisində indiyə qədər qalır).
Nə deyirlərsə desinlər, xalqların böyük köçü düşünülmüş hərəkət idi. O qəflətən heçdən yarana bilməzdi. O yeddi əsr hazırlanmışdı! Türklərin metalişləməni kəşf etdiyi andan. Birdən birə böyük çölə yollar salınmadı, suvarma kanalları çəkilmədi. Bir an içərisində yaşayiş məskənləri arasında rabitə(yamlar) yaranmadı. Zəhmətə və düzgün qərarın axtarılmasına onilliklər sərf edildi... O vaxta kimi ki, Çöldə Şambkalanın  prototipi olan, çiçəklənən Yeddisu və digər vahələr meydana gəldi. (Akademik A,X. Marqulana onları tədqiq etməyə imkan vermədilər)
Onlar sehrli çubuğun hərəkəti nəticəsində meydana gəlmədi. Onları insanlar tikdilər, özü də bu adamlar nə tikdiklərini və necə tikdiklərini bilirdilər.
Əlbəttə ki, bütün bunlar "köçəri vəhşilər” nəzəriyyəsinə uyğun gəlmirdi... Lakin Böyük Çöldə o türk sivilizasiyasının qalıqları hələ də qalmaqdadır. Onda əlavə, türk mədəniyyətindən bəhs edən çin, fars, ərəb səlnamələri də vardır.
Iki min il əvvəl Altaydan qərbdə özünəməxsus mədəniyyəti olan möcüzəli bir ölkə yaranmağa başladı. Tez bir zamanda o dünyanın mənəvi mərkəzinə çevrildi. Bu fakt dünya tarixində artıq müəyyən edilmişdi.
Bura təhsil almağa gəlirdilər!.. Görünür, Tenqri-Taya gələnlərdən biri də Yeşua adlı yəhudi olmuşdur. Onun Allahın göndərdiyi süvarilərin gəlməsinin qaçılmaz olduğu haqqında xatirələri, xristianların qədim kitabı olan "Apokalipsisdə” qeyd olunub. Sonralar "Yeşua” adı "İusus Xristosa” çevrildi... Altaydan başqa heç bir yerdə o atlı qoşun və Göy Allahına qulluq edən rühanilər görə bilməzdi.
Nə mənəvi cəhətdən, nə maddi cəhətdən, nə hərbi sahədə qıpçaqlar heç kəsdən zəif deyildilər. Bu fikri nəinki, Şərqin qədim səlnamələri, həm də digər xalqların əfsanə və nağılları təsdiq edir. Məsələn, "Aktaş” dastanı türklərdən birinci olaraq Volqa sahilinə gələn və "İdeldən Qafqaza qədər torpaqları özünə tabe edən” əfsanəvi Aktaş xandan bəhs edir. Qonşular onunla ittifaq bağlamağa çalışırdı... Keçmişi qiymətli daşlarla işıqlandıran digər əsərlər də var.
Lakin, türklərdən kimsə, bu gün o dövrün böyük xadimlərinin adını çəkə bilərmi? Onların yürüşləri və nailiyyətləri haqqında hardan oxumaq olar?
Məşhur İngiltərə ensiklopediyasında türklərin ölkələri haqqında məlumat var. Lakin Avropanı türk (qıpçaq) mövzusu Avromərkəzçiliyin ideyasının tələbindən irəli gələnlər mövqeyindən maraqlandırır. Onlara, öz  ideyalarına görə bütün dünya  Avropaya əlavə kimi görünür.
Biz bilmirik ki, Balamir xan nə etmişdir? Çar Xaraton necə yüksəlmişdir? Arif şəxs olan Donat özünü nə ilə əbədiləşdirmışdir? "Köçəri” monoqrafiyalarda onlar haqqında bir sətir də yoxdur.
Görünür, müəlliflər həqiqət haqqında hətta fikirləşməyi dəhşətli hesab edirlər ki, məhz qıpçaq xanları Balamir, Xaraton, Donat çölçüləri Avropaya gətirmiş, Bizans və Roma dövlətləri türklər qarşısında baş əyirdilər. Türklərin içərisində böyüklərdən böyük olan, bizim xalqın fəxri olan Atilla haqqında hələ tarixi həqiqət söylənilməmişdir. 
Böyük xalqlar köçünü Atilla başa çatdırdı, Avropa onun ayaqları altında idi, xərac ödəyirdi... Lakin indi o hadisələr haqqında tamam başqa cür danışırlar. Türklər öz tarixlərini bimir və onlara lazım bildiklərini verir, bununla da kifayətlənirlər.

Avropa, türklər və Böyük çöl

 

Məğlubedilməz Atillanı Roma ordusu deyil, Avropanın birləşmiş ordusu deyil, öz böyüklüyü məğlub etdi. Bu ağır yük idi. O Atillanı əzdi, dünyanı  o xalqının əlindən aldı! Sərkərdə öləndən sonra yüz səksən dörd (!) oğlu qaldı, qızları saymırdılar. Atanın taxtına namizədlər, damarlarında Atillanın özünün qanını daşıyanlar sakit otura bilərdilərmi? Əlbəttə yox. Şiddətli ara müharibələri başlandı... Türklər özləri ilə vuruşurdular. Boyunlarına qul xaltası taxana qədər... Xalq parçalandı. 
(Yazını sayta yollayanda elə bildim ki, hələ yazı saytda getməyib. Sən demə artıq üç yazıda artıq saytdda yazı verilib. Ona görə qərara gəldim ki, dördüncü yazını da saytdda yerləşdirim və sonra dayandırım. Oxuculara imkan verək ki, yazını müzakirə etsinlər, yazı barədə öz fikirlərini desinlər, əgər yazı oxucu marağını dogurubsa, istənilən nəticəyə gətirib çıxarıbsa onda yazını davam etdirək. Əvvəlcədən qeyd edim ki, yazıdakı fikirlər sırf müəllifin öz fikirləridir. Biz bu fikirlərə yalnız münasibət bildirə bilərik.
Mən Sizı müzakirəyə dəvət edirəm Hörmətlə Nizami müəllim Heydərov ).
 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.