Qədim türklər və müasir Avropa

Qədim türklər və müasir Avropa

 

Qədim türklər və müasir Avropa
 
Giriş
 
Günlərin bir günü əlimə Muraq Acının " Avropa, türklər və Böyük Çöl " kitabı düşdü. Oxuduqca adam kitabdan ayrıla bilmirdi. Müvəqqəti oxumaq üçün aldığım kitaba olan  marağımı dostum gördü və onu mənə bağışladığını bildirdi. Elə bil mənə dünyanı bağışladılar.  Məndə uzun illər meydana gəlmiş suallara kitabda ətraflı cavab var idi. Beləki, həmişə sadə rusdan tutmuş aliminə qədər məni və mənim kimilərə anlatmağa çalışırdılar ki, mədəni inkişaf cəhətdən rus mədəniyyəti aparıcıdır və hətta xalqımın mədəniyyətindən qat-qat yüksəkdir. Özümdə təbii belə bir sual yaranırdı : " rusların işlətdiyi dilin təxminən 40%-i türk sözləri təşkil etdiyi halda necə olur ki, onun mədəniyyəti yüksək olur?”. Əskəri xidmət zamanı gürcülər dilimə lağ etdiyi zaman mən onlara gürcü dilində işlədilən 10-15 türk sözünü dedikdən sonra onlar mənim fikrimin doğruluğunu qəbul etdilər. Rus,erməni və digər xalqların da nümayəndələrinə  mən məntiqlə fikrimin doğrulunu sübuta yetimişəm.
Digər bir hadisə : Yenə əsgəri xidmət zamanı Volqaqrad şəhərində hərbi hospıtalda müalicə olunurdum. Bizimlə bir şöbədə diviziya komsomol təşkilat katibi, Kazan Universitetinin tarix fakultəsinin məzunu qalırdı. Bir sün söhbət əsnasında o  mənə yuxarıdan aşağı baxaraq  dedi ki, siz də çox danışmayın, hamınız alverçisiniz. Söz məni tutdu. Tarixlə maraqlanırdım. Qayıtdım ki, özün Universitetin tarix fakultəsini bitirmisən, yəqin ki, tarixdən xəbərin var. De görüm Rusiyada dövlət nə vaxt yaranıb? Dedi ki, bizim eranın IX əsrində. Dedim cox gözəl. Amma, bizdə isə eramızdan əvvəl IX əsrdə. Təsdiq etdi. Dedim : dövlət sən bilən mədəniyyətin mövcudluğunun bir sübutudur. Təsdiq etdi. Məntiqi cəhətdən geri oturdulduğunu hiss edən rəqibim məndən üzrxahlüq etdi.
Daha bir hadisə : Kimya biologiya təmayüllü 5 saylı internat məktəbdə dərs deyirdım. 80 – cı illərin əvvəli idi. Günlərin birində uşaqlar mənə dedilər ki, Nina Nikifirovna Danko sinifdə bizə dedi ki, sizin millət vəhşidir. Söz məni şapalaq kimi tutdu. Hamı da bilir ki, millətimin əleyhinə söz deyən adamla axıra qədər döyüşməyə hazıram. Bir müddət sonra axşam işdən çıxanda piyada indiki "Qara Qarayev” metrosuna sarı gedirdik. Yolda bir sərxoş rus ağzının yarısı palçığın içərisində uzanıb yatmışdı. Mən sərxoşu  ona göstərib dedim : Nina Kifirovna ( Murdar xasiyyəti olduğu üçün mən həmişə onu belə adlandırırdım. Digər bir səbəbi bu idi ki, illərlə  Azərbaycan bölməsində rus dili müəllimi işləyən bu qadın azərbaycan dilini bilmirdi. Çünki dəfələrlə sinfə göndərdiyi uşağa rus sözünü azərbaycan dilinə tərcümə edrdim. Əmək haqqı alanda isə yarı ciddi yarı zarafat deyirdim ki, Nina Nikifirovna aldığının yarısı mənimdir. (Əhsən bizə ! ) Palçıqda uzanmış sərxoşu ona göstərərək dedim: görürsən mədəni millət istirahət edir. Qadının rəngi qapqara oldu. Yanımdakı müəllim məndən soruşdu : buna nə oldu? Dedim : heç nə. Yüngülvari dərsini verdim. Mən demirəm bu millətin hamısı belədi. Lakin onların ən sadəsində belə bu fakir mövcuddur. Onlar həmişə özləri haqda çox yüksək fikirdə olurlar. Lenin buna "Böyük rus şovinizmi” və yaxud da millətçilyi deyirdi.
Bəs necə olur ki, o xalqın nümayəndələrinin coxunda bu fikir formalaşmışdır. Avropa xalqları da həmçinin. Şalvarı, stol və stulu, çəngəl, bıçağı, hamamı və digər əşya, ideyaları onlara gətirən türklər sonra az qala keçmişi olmayan bir xalqa çevrilmişlər. Bu taleyin hökmüdürmü, yoxsa türklərin öz səhlənkarlığı və yaxud aparıcı dövlətlərin alimlərinin məqsədyönlü siyasəti? Və nəhayət bu fikrə gəldim ki, Murad Acının kitabından vaxtaşırı tərcümələr edib, öz əlavələrimlə yanaşı Sizə təqdim edim. Lakin "iştah yemək zamanı gəlir” Dediyim odur ki, özümü saxlaya bilmədim. İndi tərcümənin miqdarı kitabın yarısını keçib. Fikrim tərcüməni axıra çatdırmaqdır. Qoy mənə aydın olan həqiqətlərdən Sizin də xəbəriniz olsun. Düzü əvvəl kitabı hərfbəhərf tərcümə etməyi qarşıma məqsəd qoymamışdım. Lakin, belə hesab edirdim ki, seçim şəkildə olan tərcümə bir az yığcam, əsasən ən vacib yerləri əhatə edəcək və oxucuları maraqlandıran, sadə danışıq dilinə yaxın olacaqdır. Öz əlavələrim isə mötərizə içərisində veriləcəkdir. İndi isə türklər demişkən "qolay gəlsin”. Elə necə ki, "qolay gəldi”
 

Qədim türklər və müasir Avropa

 

 
 
 
Birinci söhbət
 
Yovşan – xüsusi bitkidir. Yalnız tək-tək insanlar onu qiymətləndirə bilir. Mənim üçün onda elə bil Vətənimin bütün ətri öz əksini tapıb. O elə bil köhnə, indi isə yaddan çıxmış, tərk edilmış, vaxtilə Böyük Çöl və ya Qıpçaq Çölü ( Dəşti qıpçaq ) adlanan Vətəndən xəbər verir. Bizim əcdadlarımız vaxtilə uzaq yola çıxanda bir dəstə yovşanı  kiçik bir kisəyə qoyub boynundan asırdı ki, ona xoşbəxtlik gətirsin. Çölçü üçün yovşanın ətrindən doğma heç nə yox idi. Ondan sanki, Vətənin iyi gəlirdi. Bu iy onu geri çağırırdı.  Cavanlığımda mən də yovşandan bir kiçik budaq kəsib dəftərimin arasına qoydum. Üstündən təxminən iyirmi il keçdi. Köhnə kitab və dəftərləri araşdıran zaman həmin dəftərə rast gəldim. Dəftəri açdım, məni yovşan ətri vurdu. Təsəvvür edilməz iy idi. Elə bil yovşanı dünən dəftərin arasına qoymusan. Bu neçə ildə yovşanın ətri azacıq da olsa azalmamışdı. Məni elə bil bu ətur ovsunlamışdı. Ondan sanki, rayonun, kəndimizin, köhnə, indi  isə çoxdan sökülmüş evimizin, uşaq vaxtı qarış – qarış gəzdiyim Şirvan düzənliklərinin, yemliyin, biyananın, yemşanın, yulğunun ətri gəlirdi. Söz tapmaqda çətinlik çəkirəm. Məni qəribə bir hiss bürümüşdü. Ona görə müəlliflə tam razıyam. Bəlkə də yazıçı bu hissi, münasibəti az təsvir edir. Nə isə...
Təəsüf ki, indi  demək olar ki, insanı cəlb edən o ecazkar ətir unudulmuşdu. Bizə o ətri unutdurmuşdular. Biz çox şeyi unutmuşuq - əcdadlarımızı, əsil – nəsilimizi, özümüzü.... Böyük Çöldə uzaq qohumuna şad xəbər çatdırmaq üçün , vətənə qayıdacağı haqqında məlumat vermək üçün, məktub deyil, bir dəstə yovşan göndərərdi....
IV əsrdə bizim xalq cəsarətlə Avropanın tarixi səhifəsini çevirdi – o xalqların coxunu Roma əsirliyindən xilas etdi, onlara azadlıq verdi... Bizim xalq, yalnız bizim xalq bütpərəst Avropaya indiki dini simvolları gətirdi, onlar Səmavi allah haqqında eşıtdilər, indiki dualarını öyrəndilər. Məhz türklər Avropalılara yeni dəmir istehsalını, onu əritməyi, ondan alət, silah və s. istehsal etməyi öyrətdilər. Məhz Altaydan gəlmiş adamlara baxaraq avropalılar yubkadan əl çəkib şalvar geyməyə başladılar....
 

Qədim türklər və müasir Avropa

 

Yakutiyadan tutmuş Qərbi Avropaya qədər onlarla xalq türk dilində danışır. Hətta Afrikada, Tunisdə, Mərakeşdə kəndlər var ki, orda türk dilini eşidirsən. O xalqların içərisində ən tanınmışı Türkiyədə yaşayan 50 ( 85 milyondan yuxarı ) milyonluq türkdür. Türkiyə bu gün dünyada  özünə layiq yer tutur və dünya bu ölkə haqqında hər şeyi bilir Amma, tofalar haqqında ( bir neçə yüz nəfər) bunu demək olmaz. Bir neçə kənddə sığacaq bu xalq haqqında çox az adam eşidib. Ucqar Sibir tayqasında məskunlaçmış bu xalq hətta qonşuları haqqında da heç nə eşitməmişlər. Lakin demək olar ki, ən qədim türk dilini onlar qoruyub saxlamışlar, ən təmiz türk qanı da məhz onlarda, tofalardadır. Onlar əsrlər boyu  digər xalqlardan təcrid olunmuş şəkildə yaşamış, cox az halda onlarla əlaqə saxlamışlar. Ancaq, buna ehtiyac yarananda.
Türk dünyası genişdir, ölçüyə gəlməzdir..... Orda elə xalqlar var ki, uzun müddətdir ki, öz dillərini və tarixlərini unutmuşlar, lakin əcdadlarının xarici görünüşünü və adət - ənənəsini çox gözəl qoruyub saxlamışlar : ukraynalılar, bolqarlar, serblər, xorvatlar, rusların çox hissəsi, fransızlar, almanlar, ingilislər

Qədim türklər və müasir Avropa

 

... Elələri də vardır ki, heç nəyi unutmamışlar, hətta tariximizin uzaq səhifələrini belə gözəl xatırlayırlar və onları öz əfsanələrində, mahnılarında, nağıllarında yaşadırlar. Düzü, başqa xalqlarla qonşuluqları onların xarici görünüşündə öz əksini tapmışdır : qazaxlar, qırğızlar, tuvalılar... Onların surətləri, sifət quruluşu əcdadlarının sifət quruluşuna az oxşayır, lakin daxili aləmləri qədim dövrün qiymətli inciləri ilə doludur.
Bu "rəngarəngliyi” necə qiymətləndirək. Xeyirdirmi, yoxsa ziyan? Bəladırmı, yoxsa xoşbəxtlik?
Dünyada heç bir dil türk dilində olan şivə qədər dialektə malik deyil. Xalqın qanı bir, ancaq danışıq dili müxtəlif. Niyə?
Cavab vermək o qəqər də sadə deyil. Baxmayaraq ki, hadisələrin hərəsinin özünəməxsus izahı var.
Təəsüf ki, həmişə xalqların və ölkələrin tarixini siyasi nöqteyi nəzərindən, siyasətə uyğun yazmışlar. Bir çox hallarda  siyasətçilərin təzyiqi ilə tarixi əsərlərdə Həqiqət təxəyyülün məhsulu qarşısında geri çəkilmişdı. Ola bilər ki, məhz bu səbəbdən həqiqi türk tarixi indiyə qədər yazılmamışdı, yazılanlar isə yalnız ayrı – ayrı fraqmentlərdir. Ətrafda yalan dənizi... Lakin, xalqsız Tarix  olmur, tarixsiz də Xalq.
Tarixə siyasətin mahiyyətini əks etdirən Göbbelsin məşhur deyimi məlumdur: xalqın əlindən tarixini al – bir nəsildən sonra o kütləyə çevriləcək, daha bir nəsil keçdikdən sonra onu sürü kimi idarə etmək olar.... Çox tanış vəziyyətdir, eləmi? Görünür biz çoxdan qula çevrilmişik Özümüzün bundan xəbəri olmayıb ki, necə!
Bizim alimlər SovİKP-nin tarixini öyrənir, lakin öz xalqının tarixlərini bilmirdilər. Rusiyada onu tədqiq etmək, ümumiyyətlə qadağan edilmişdi.
Etiraz edib deyə bilərlər – az yazılmayıb. Düzdü. Lakin bütün yazılanlara inanmaq olarmı? Türk türkü tanımır, əcdadlarını yadından çıxarıb... Kiçik qəlpə özünü müstəqil,  bütöv xalq kimi  qələmə verir. Nə desən fikirləşib uydururlar.  Kumuk məsələn dissertasiya yazır ki, kumuklar böyük çölün nəsillərindən meydana gəlməmiş, onlar Kumux kəndindən olan, türkləşmiş laklar və darginlərdir. Belə "elmə” ar olsun.
Türkləri bir qayda olaraq türklər özü aşağılayırlar! Biz heç kəsi günahlandıra bilmərik. Əsəbiləşirəm, ona görə yox ki, mən kumukam, mənim əcdadlarım qıpçaqlar olmuşlar, ona görə ki, onların tarixi – bu mənim Tariximdir və başqası bizə lazım deyil....
Qonşu qaraçaylılarda başqa vəziyyətdir – onlar türkləri alanlara ( yəni irandilli osetinlərə ) aid edirlər, öz tarixlərini və bütün türklərin tarixini alanlardan başlayırlar. Onlar nəinki, türk dünyasının mənbəyinin Qaraçayda başlandığını sübut edir, güya qədim əcdadlarımız da orda yaşamışlar... Bu səfeh fikri oxuyanda nə olsun ki, adamın gülməyi gəlir, amma onlar minlərlə tiraj ilə nəşr edilmiş, bu "əsərlərin” təsiri altında uşaqları tərbiyə edirlər.
Əlbəttə alimlərin heç də hamısı kor deyillər, lakin belə " elm " artıq, xalq ararsında yayılmışdır. Bu  "əsərlərin "sifarişçiləri yerlı hakimiyyətdə oturan məmurlardır. Onlara həqiqət yox, vəzifədə uzun müddət oturmaq imkanı əldə etməkdir. Öz məqsədləri naminə hər şeyə gedərlər. Dağıstan kumukları məhz bu yolla Qafqaz xalqları içərisində "yerli kökə” malik yalnız onların olduğunu " sübüt " edirlər.
Qaraçaylıların türk kökündən imtina etməsini bir insan kimi başa düşmək olar: onlar 40 – cı illərin soyqırımını – represiyanı unutmamışlar. Ona görə də özlərini yeni genosiddən xilas etmək üçün başqa üsul tapmışlar : osetinlərə yaxınlaşmaq – osetinlərə ki, Rusiyada heç vaxt toxunmamışlar. Beləliklə, kiçik hiyləgərlik böyük yalana çevrildi.
Qorxu, qorxaqlıq, " kiçik hiyləgərlik” yerli türklərin qanına daxil oldu və burdan da elmdə, həyatda öz acı nəicəsini tapdı – həmişə kiməsə əyilmək, özünü alçaltmaq, kiməsə uyğunlaşmaq...
Beləliklə, türklər Qürurlarını, Ləyaqətlərini, Dəyərlərini yadlarından çıxardılar. Axı, məhz  bu keyfiyyətlərə görə xalqa hörmət edirlər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.