Sıma Tsyanın hunlar haqqında söylədikləri

Sıma Tsyanın hunlar haqqında söylədikləri
Sıma Tsyanın hunlar haqqında söylədikləri

Təsərrüfat həyatı haqqında.Ev heyvanlarından daha çox at,iri və xırda buynuzlu qaramal saxlayırlar,qismən dəvə,eşşək,qatır da bəsləyirlər.Su və otlaqların bolluğu ilə əlaqədar bir yerdən digər yerə köç edirlər...Əkinçiliklə məşğul olmurlar,lakin hər birinin ayrıca torpaq sahəsi var.Öz qaramallarının ardınca gedərkən çöl ovçuluğu ilə məşğul olurlar və onlarla qidalanırlar.Ehtiyac duyulduqda hər biri hərbi işlərlə məşğul olur..Ev heyvanlarının əti ilə qidalanırlar.Südünü içir,dərisindən paltar kimi istifadə edirlər,yun və xəz paltarlar geyinirlər...

Döyüşkənliyi və döyüş taktikası haqqında.Hunlar hərbçi,atlı oymaqlardan təşkil edilmiş və ox atmağın ustası olan bir xalq idi.Uşaqlar qoyunlara minib quşlara və siçovullara ox atardılar.Döyüşçülərin güc və bacarıqları yayçəkmə ustalıqları ilə ölçülərdi.İsadan əvvəlki IV yüzillikdən hunlar yadelli xalqlar içərisində ən döyüşkən və ən yaxşı silahlananlar idi.Bu bir həqiqət idi.Hunlar Sarı çayın hər istiqamətinə yaxşıca çıxmış şimal-qərb istiqamətindən Çinə gələn böyük giriş yollarını da tutmuşdular.Buna görə xarici aləmdən daxilə bu yollarla heç bir xəbər çatmırdı...Kişilər hərbi təlim keçərdilər.Əsgərlərin bacarıqları ox atmaqda qazandıqları uğurlarla ölçülürdü.Hunlar uzaqdan aparılan döyüşlərdə ox və yay işlədirdilər.Yaxından olan döyüşlərdə isə qılınc və qısa nizələrdən istifadə edirdilər.Onlar geri çəkilməkdən utanmırdılar.Bu taktika onların hərbi təlimi ilə yaxından bağlı idi.İskitlərdə olduğu kimi...onlar bu süni geri çəkilmələrdə qarşılarındakını aldadır və düşmənlərin gücünü tükəndirməyə çalışırdılar..
Bahaəddin Ögəl.Böyük Hun imperiyası.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 may 2015 08:59
    Sitat: Melisa Can
    nəhayət Lamiyə geri döndü)TəşəkkürLər

    çox sağ ol)

    --------------------

  2. 15 may 2015 09:18
    Lamiye,Meqalen cox maraqlidir.Tesekkurler lol

  3. 15 may 2015 12:27
    eladi ve maraqlidi winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.