Bədii ədəbiyyat

Bədii ədəbiyyat

 



Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyat materiallarından istifadə mühüm əhəmiyyət kəsb edir. Bunun üçün mövzular və bədii ədəbiyyat nümunələri dəqiq seçilməli, seçilən bədii ədəbiyyat nümünələri şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmalıdır. Odur ki, Azərbaycan Respublikasının ümümtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisində siniflər üzrə mövzuların və istifadə ediləcək bədii ədəbiyyat nümunələrinin təxmini siyahısını aşağıdakı cədvəldəki kimi təklif edirik.

Sinif
Mövzular
Ədəbyyat
Qeyd

VI
Girdiman dövləti

S.Nəfəsi. Babək; Ə.Məm mədxanlı, Babək
VII
Azərbaycan xilafətin tərkibində

H.Mehdi. Cavanşir
VII
Azərbaycan VII-IX əsrlərdə

«Kitabi Dədə Qoqud» dastanı
VII
XII-XV əsrlərdə Azərbaycan döv ləti

M.S.Ordubadi. Qılınc və qələm
VII
X-XII əsrlərdə Azərbaycan mədəniyyəti

Q.Təbrizi. Məhsəti Gən cəvi. Fələki Şirvani. Ə.Xa qani. N.Gəncəvi
VIII
Azərbaycanda monqol işğalı

V.Yan. Çingiz xan. Yenə onun, Batı xan. Yenə onun, Sonuncu dənizə doğru
VIII
Azərbaycan Hulakülər imperi yası tərkibində

İ.Hüseynov. Məşhər

VIII
XIII-XIV əsrlərdə Azərbaycan mədəniyyəti

Nəsirəddin Tusi, İzzəddin Həsənoğlu və s.
VIII
Teymur və Toxtamışın Azərbay cana hücumu

S.Borodin. Səmərqəndin ulduzları. H.Cavid. Topal Teymur. Yenə onun, Peyğəmbər
VIII
XIV-XV əsrlərdə Azərbaycan mədəniyyəti

Q.İmamverdiyev. Nəsimi
VIII
Mərkəzləşmiş Azərbaycan Səfəvi dövlətinin yaranması

Şah ismayıl Xətai. Seçil miş əsərləri; F.Kərimzadə. Çaldıran döyüşü. Yenə onun, Xudafərin kör püsü. Ə. Nicat. Qızılbaşlar. Ə.Cəfərzadə. Bakı-1501
IX
Rus - İran müharibələri 1804 -1812; 1826-1828

B.Vahabzadə. Gülüstan poeması; Ə.Haqverdiyev. Ağa Məhəmməd şah Qa car; N.Nərimanov. Nadir şah; Y.V.Çəmənzəminli. Qan içində;
X
Azərbaycanda rus müstəmləkə çiliyinə qarşı mübarizə

S.Rüstəm. «Qaçaq Nəbi» dastanı; C.Bərgüşad. Boz atın belində; Eloğlu S. Zəngəzur hadisələri;
XI
Azərbaycan II Dünya mühari bəsi illərində

M.Rahim. Leninqrad göy lərində; S.Rüstəm. Ana və poçtalyon, Əbülhə sən. General; S.Vurğun, R.Rza, Ə.Cəmil və b. əsərləri

Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadə zamanı bədii materialın seçilməsində aşağıdakı prinsiplərin gözlənilməsini məqsədə uyğun hesab edirik.
1)Tarixi roman, poema, şeirlər;
2)Tarixi mənbələrə istinad edilərək işlənən tarixi ədəbiyyatlar;
3)Şair və yazıçı tərəfindən konkret tarixi hadisə və faktlara əsaslanıb hazırlanmış əsərlər;
4) Folklor və şifahi xalq yaradıcılığı materialları;
5) Tarixi və memarlıq abidələri, tarixi şəxsiyyətlərin şəkil və portretləri və s.
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istifadənin aşağı dakı metodları müəllimə yardımçı ola bilər:
1. Tarixi materialların şifahi şərh edilməsi. Buraya müvafiq mövzuların tədrisində bədii əsərlərdən müəyyən parçaların müəllimin şərhinə daxil edilməsi, tarixi hadisələrin izahında, məktəb mühazirəsində bədii parça lardan istifadə edilməsi, nəql etmədə, müsahibə və şagirdlərin müstəqil işlərində bədii ədəbiyyatdan istifadə;
2.Azərbaycan tarixinin əyani təlim metodları ilə bədii ədəbiyyatdan istifadə edilməsi. Bədii əsərdəki şəkillərdən, illüstrasiyalardan, portretlərdən və s. istifadə olunması;
3.Tarix təlimində mətnlə iş. Bədii əsərlərin mətnləri üzərində çoxsaylı iş fomalarından istifadə edilməsi;
Tarixin tədrisində bədii ədəbiyyat materiallarından istifadənin aşağı dakı formaları tədris prosesində tətbiq oluna bilər:
1.Yeni bilik verən dərsdə bədii ədəbiyyat materiallarından müəyyən parçaların müəllimin şərhinə daxil edilməsi;
2. Mövzuya, fəslə giriş dərslərində bədii ədəbyyatdan istifadə edilməsi;
3.Yeni tarix materialı haqqında məlumat verən dərslərdə təlim materialının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
4.Təhlil, təkrar və ümumiləşdirmə dərslərində təlim materiallarının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
4
5.Tarix materialları ilə işləmək bacarıq və vərdşlərini formalaşdıran dərslərdə bədii ədəbiyyat materialları üzərində müxtəlif xarakterli müstəqil işlərin təşkili və s.
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan istfadə ilə əlaqə dar apardığımız tədqiqat nəticəsində aşağıdakı metodik yolların daha səmərəli olduğunu müəyyən etdik:
1. Dərs prosesində-müxtəlif dərs tiplərindən istifadə;
2. Sinifdənxaric tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
3. Məktəbdənkənar tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, Azərbaycan tarixinin tədri sində bədii ədəbiyatdan istifadə müəllimin bilik və bacarığından, şagirdlərin fənnə olan marağından, ümumilikdə sinifdə və məktəbdə formalaşan mənəv-psixoloji mühitdən çox asılıdır.
Ədəbiyyat

Azərbaycan dilində
1. Cəbrayılov İ. Azərbaycan tarixinin tədİrisi metodikası. Bakı: Mütərcim, 2006, 234 s.
2.Əmirov M.M., Tam orta məktəbdə tarixin fəal-interaktiv təlimi metodikası (dərs vəsaiti). Bakı: ADPU-nun nəşri, 2011, 700 s.
3.Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramları. Bakı: «Nigar- Ə» KM, 2000, 283 s.
4.Qasımova L., «Azərbaycan tarixi» fənninin tədrisi prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə ediməsi. Bakı: BDU, 2002, 120 s.
5.Tarixi materiallar şagirdlərin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi (metodik tövsiyyə). Bakı: ADPU-nun nəşriyyatı, 2006, 32 s.
rus dilində
6.Karpov Q. Xudojestvennaə literatura v prepodovanie novoy istorii. // Prepodovanie istorii v şkole, 1979, № 5
7.Studenkin M.T, Metodika prepodavaniə istorii v şkole, M.: Prosvehenie, 2000, 240 s.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 mart 2015 12:45
    MƏQALƏ ÜÇÜN TŞK winked

    --------------------

  2. 24 mart 2015 21:35
    Ədəbiyyat siyahısı üçün çox sağ olun.Lakin 8-ci sinif Səfəvi bölməsində F.Kərimzadə olmalıdır.Eyni zamanda nəzərə alsaq ki,bu ilki 7 ci siniflərdə də həmin mövzular tədris olunur.Mən artıq həm 8, həm də 7-ci siniflərimə F.Kərimzadənin "Xudafərin körpüsü " əsərini oxumağı tapşırmışam.Şagirdlərin istəyini nəzərə alaraq(əsər çox xoşlarına gəlib) may ayında əsərin müzakirəsi keçiriləcək və əsərdən parçalar səhnələşdiriləcək.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.