Maraqlı tarixi qısa məqamlar.....

Maraqlı tarixi qısa məqamlar.....

 

Bir dilənçi İsgəndərə təsadüf edərkən:
- Qulunuza kiçik bir şey verin!- demiş
- Kiçik şey vermək mənə yaraşmaz.- demiş İsgəndər
- Elə isə böyük bir şey verin!
- O da sənə yaraşmaz...........................


Maraqlı tarixi qısa məqamlar.....

 

Qədim yunan filosofu sinoplu Diogen (e.ə. 404- 323) günortaçağı əlinde çıraq küçə ilə gedərkən, onu görənlər təəccüblə:
- Günortaçağı çıraqla nə axtarırsan?- soruşmuşlar.
Diogen:
- Adam axtarıram!- demiş.

Maraqlı tarixi qısa məqamlar.....

 

Diogenden soruşmuşlar:
- Naharı hansı saatda etmək məsləhətdir?
- Əgər varlısansa, könlün istəyən saat; yoxsulsansa yemək tapan saat- demiş.

 

Maraqlı tarixi qısa məqamlar.....

 

Təslim olmamaq...
-Ağ bayrağınız varmı?
-Vardır xan...
-Onu cırıb atın, cırıb atın külək aparsın!
"Fətəli xan" filmindən


Maraqlı tarixi qısa məqamlar.....

 

Ədalətsizlik iki cür olur: birincisi onu törədənlər tərəfindən, ikincisi isə bu ədalətsizliyi aradan qaldırmaq imkanı olub, onu yerinə yetirməyənlər tərəfindən.
Qədim Roma filosofu Siseron

Maraqlı tarixi qısa məqamlar.....

 

Güclülərə baş əyməmək əlbəttə çox çətindir, hərçənd zəifləri aldatmaq asan və sərfəlidir. Güclülərin gözündə düşmənə çevrilmək şəxsi rifahı birdəfəlik unutmaq deməkdir, çünki əllərinə düşən istənilən imkanda həqiqət carçısını hər şeydən məhrum edib əzməyə, hətta öldürməyə çalışacaqlar.Şöhrəti güclülərin çətiri altında axtarmayanlar əksər hallarda onu həmişəlik itirməli olurlar.
Bertold Brext "Həqiqəti yazmağın beş çətinliyi" (1934)

Maraqlı tarixi qısa məqamlar.....

 

Ən xoşbəxt insanlar hər şeyə sahib olanlar deyil, sahib olduqları az bir şeydən çox şey yaradanlardır...

 


Maraqlı tarixi qısa məqamlar.....

 

Qafqaz İslam ordusu Bakıya daxil olarkən.
Şəkil gözəldir, amma şəkildə kiçik bir səhv var...
Diqqətli olan şəkildəki səhvi tapa bilər...
Buyurun...


Maraqlı tarixi qısa məqamlar.....

 

"Ruhlar şəhəri" Ağdam...


Maraqlı tarixi qısa məqamlar.....

 

Çəhəl sütün (Qırx sütun) sarayı. 
Səfəvi şahı II Şah Abbas tərəfindən 1647-ci ildə İsfahanda inşa etdirilimiş saray. Sarayın 20 sütunu olmasına baxmayaraq önündəki hovuzda əks olunduğuna görə belə adlandırılmışdır. Sarayda 1707-ci ildə yanğın olmuş,1870-ci ildə restavrasiya olunmuşdur.Hazırda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.


Maraqlı tarixi qısa məqamlar.....

 

II Dünya müharibəsi vaxtı Böyük Britaniyanın baş naziri Çörçill həmişə saat 9-dan yatmağa gedərmiş. Bir dəfə də ondan:
"Cənab Çörçill, ölkədə müharibə var, siz niyə yatırsınız?” – soruşublar. Çörçill də: "İngiltərənin sabah sağlam və dinc Çörçillə ehtiyacı var”, — deyə cavab verib



Maraqlı tarixi qısa məqamlar.....

 

Raşmor və ya Prezidentlər dağı. ABŞ Cənubi Dakota ştatı.
1927-1941-ci illərdə qranit qaya üzərində heykəltəraş Qadson Borqlumun rəhbərliyi ilə 400 nəfər bənna tərəfindən yonulmuşdur. Hündürlüyü 18 metr olan barelyefdə ABŞın 4 məşhur prezidentinin - Vaşinqton, Cefferson, Ruzvelt və Linkolnun surəti həkk olunmuşdur.


Maraqlı tarixi qısa məqamlar.....

 

751-ci il Talas savaşında 10 min çin əsgəri əsir alındı.Bu əsirlərin içində uyğur türkləri də var idi.Əsirlər Səmərqəndə daşınır.Əsirlərin arasında "kağız" ustaları olan uyğurlar da var idi.Müsəlman ərəblər uyğur və çinli əsirlərdən kağızın necə düzəldildiyini öyrəndilər.Çinlilər kağızı ipəkdən, uyğurlar isə pambıqdan və kətandan düzəldirdilər.Bəzi araşdırmaçılara görə kağız sözü çincədən deyil, uyğurcadan farscaya və ərəbcəyə keçmişdir.Sözün kökü uyğur türkcəsində "ağac qabığı" anlamına gələn "kağaş" sözündən gəlməkdədir.
İlk kağız fabriki də xəlifə Harun ər-Rəşidin vəzirinin oğlu Fazil tərəfindən 794-cü ildə Bağdadda yaradılır.
Zekeriya Kitapçı "Doğu Türkistan və Uygur türkləri arasında islamiyyet"

Mənbə: Tarix müəllimləri qrupu (Emil Rza)




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 dekabr 2014 00:50
    Rəngərəng və maraqlı. Çox sağolun Emil müəllim. Saytımıza maraq qatırsınız......

  2. 21 dekabr 2014 09:25
    Maraqlıdır,çox sağ olun

    --------------------

  3. 21 dekabr 2014 11:52
    Hətta çox maraqlıdır! Amma mən bilmək istərdim, o şəkildəki səhv nə idi?

  4. 22 dekabr 2014 00:11
    Salam, şəkildəki yanlışlıq bayraqdadır, çünki, Bakı azad olunanda üçrəngli bayraq qəbul edilməmişdir, üçrəngli bayraq
    9 noyabrda qəbul edildi:)

  5. 22 dekabr 2014 10:18
    Maraqlı məlumata gorə təşəkkür edirəm

  6. 22 dekabr 2014 14:23
    Təşəkkür edirəm, Mehin33!

  7. 23 dekabr 2014 18:19
    Cox maraqli idi.Tesekkurler.

  8. 31 dekabr 2014 19:19
    Onu da deyim ki, Diogen adam axtarıram deyəndə əsl adamların azlığını vuğrulamışdı. lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.