Zaman gedir......

Zaman gedir......

 



Uğura doğru gedən yol müəyyen zaman kəsiyindən keçir.Zaman isə heç vaxt lövbər salmayan gəmiyə bənzər.Onu saxlamaq ,geriyə döndərmək mümkün deyil.Lakin ağılla idarə etmək olar.
Səhər oynarkən axşamacan qarşımızda uzun bir zaman kəsiyinin olduğunu zənn edirik və bir çox işlər planlaşdırırıq.Ancaq gün başa çatanda bu işlərin çox az bir hissəsini həyata keçirdiyimizin fərqinə varırıq.Vaxtın belə sürətlə ötüb keçməsinə heyrət edir.mənasız keçirdiyimiz saatlara teessüf edirik.

Zaman gedir......

 


Zaman qum saadindakı kimi axıb gedir.Onun idarə olunmasında ən böyük məharət indini əldən verməməkdir.Odur ki,BU GÜNÜNÜN İŞİNİ SABAHA QOYMA atalar sözünü AXŞAMIN XEYRİNDƏN SABAHIN ŞƏRİ YAXŞIDIR kəlamından üstün tutun.
Yəqin ki.böyüklərinizdən tez-tez İNDİKİ AĞLIM OLSAYDI..... kəlmələrini eşitmisiz.Belə vəziyyətə düşməmək üçün zamandan maksimum dərəcədə istifadə edin.
Dünyada uğur qazanan əksər insanların nailiyyətlarinin arxasında zamandan səmərəli istifadə dayanır.Qədim Roma filosofu Seneka da bunu deyirdi-Xoşbəxtlik uğura,uğur isə zamandan səmərəli istifadəyə bağlıdır.

Zaman gedir......

 


Zamanı idarə etməyi bacaran insan məqsədə doğru yolunu planlaşdıran və bunun üçün lazım olan zamanı ayırmağı bacaran insandır.Planlaşdırdığınız işi ona ayırdığınız zamana uyğun olamalıdır.Hər işin çətinliyini,həm də öz əqli və fiziki imkanlarınızı nəzərə almalısınız.Flankəs bu işi flan vaxtda görür,mən də o qədər vaxt ayırım ,-deyə düşünmək olmaz.
İş və zaman nisbətini müeyyən edərkən işin keyfiyyətini əsas götürməlisiz.Dərs oxuyarkən bu prinsipi əldə əsas tutmaq lazımdır.İki oxşar fənni ardıcıl oxumaq düzgün deyil.Çətin dərsləri əvvələ,sevdiyiniz dərsi isə sona saxlasaz vaxtdan daha səmərəli istifadə etmiş olarsınız.Fasiləsiz uzun müddət oxumaqda məqsədəuyğun deyil.

Zaman gedir......

 


İlk baxışda olanlı həyat tərzi çox cansıxıcı görünə bilər.Ancaq nizamlı bir həyat tərzinə uyğunlaşmağa çalışsanız,qısa müddət ərzində bunun faydasını görəcəksiniz.Planla hərəkət etsəz işləriniz üst-üstə düşüb qalmaz.
Zamandan düzgün istifadə qətiyyətin ifrat dərəcədə çalışmaq, özünü sosial həyatdan ayırmaq, televizordan imtina etmək deyil. Məqsədə çatmaq uğur qazanmaq üçün vacib amil həddən artıq çox çalışmaq yox,zamanın yüyənini əlinə alıb səmərəli çalışmaqdır.

Qurbanova Leyla.........



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 dekabr 2014 18:01
    Leyla təşəkkürlər.Gözəl yazılıb.Uğurlar sənə

    --------------------

  2. 20 dekabr 2014 19:05
    cox guzell meslehetdir wink

  3. 20 dekabr 2014 19:30
    UgurLar.MaragLidi.Hevesin tukenmez oLsun..)

    --------------------

  4. 20 dekabr 2014 19:57
    Təşəkkürlər, Leyla. Superdi.

  5. 21 dekabr 2014 12:47
    Hər birinizə təşəkkürlər

    --------------------

  6. 21 dekabr 2014 15:19
    ela twk leyla

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.