Təbriz

Təbriz

 

TƏBRİZ
Gözəl və qədim şəhərimiz Təbriz yüzilliklərlə böyük Azərbaycan dövlətlərinin paytaxtı olmuşdur.Şəhər orta əsrlərdə nəinki Azərbaycanın,həmçinin bütün Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur.
Təbriz şəhəri müxtəlif ölkələri birləşdirən karvan yollarının qovuşduğu yerdə idi.Dərbənddən İran körfəzi sahillərinə və şərqdən Avropaya gedən dünya karvan yolları Təbrizdə qovuşurdu.Buna görə də Təbriz o dövrdə Asiya ilə Avropa arasında çox mühüm ticarət şəhəri kimi bütün dünya ölkələrində yaxşı tanınırdı.
Təbrizin küçələri, döngələri yaraşıqlı və gözəl idi.Bu küçə və döngələrdə zövqlə ucaldılmış çoxlu evlər,imarətlər,dükanlar vardı.Şəhərdə nəhəng üstüörtülü bazarlar tikilmişdi.Bu cür bazarların içərisində isə çoxlu dükan olurduşDükanlarda ipək və pambıq parçalar,boyaq və mirvari satılırdı.

Təbriz

 



[/b]
Təbrizin məhşur ticarət şəhəri olması ilk baxışdan gözə çarpırdı.Küçələr adamla dolu olurdu.Avropa tacirləri Təbrizə xəz,kətan,mahud,qalay gətirirdilər.Təbrizdən Avropaya Azərbaycanda və digər Şərq ölkələrində hazırlanmış ipək,ədviyyat(istiot,mixək,darçın,zəncfil və s.),zərgərlik şeyləri,daş-qaş(firuzə,yaqut və s.),həmçinin başqa şeylər aparılırdı.
Təbrizdə sənətkarlıq da yüksək inkişaf etmişdi.Təbriz ustaları nadir xalçalar,atlaz,xətai,tafta və növbənöv başqa xalçalar toxuyurdular.Sənətkarlar hazır paltarlar,örtüklər,pərdələr və bir çox başqa məhsullar hazırlayırdılar.Bütün bu məhsullar dünya bazarlarında yaxşı alınırdı.

Təbriz

 


Təbriz ölkənin siyasi və mədəni həyatında mühüm rol oynayırdı.Təbriz əhalisi çox cəsarətli idi.Onlar hətta, hökmdarların verdiyi ədalətsiz fərmanlara da etiraz edirdilər.13-cü əsrin axırlarında Təbriz əhalisi şahın kağız pul buraxmaq haqqında fərmanına etiraz etmişdi.Nəticədə şah həmin fərmanı ləğv etməli olmuşdu.
Əhvalat belə olmuşdu:O zaman Azərbaycanda qızıl,gümüş, və mis pullar işlənirdi.Alış-verişdə əsas rolu qızıl və gümüş pullar oynayırdı.Yalnız xırda ticarətdə mis puldan istifadə edirdilər.Sarayın xərcləri artmışdı.Dövlət adamlarının bədxərcliyi nəticəsində xəzinə boşalmışdı.Buna görə qızıl və gümüş pullarla alver dayandırıldı.Şah dəmir pulların kağız pullarla əvəz edilməsi barədə fərman verdi.
Hökmdar bu fərmana əməl etməyənlərə ağır cəza verəcəyini deyirdi.Buna baxmayaraq,Təbriz əhalisi şahın bu fərmanına müqavimət göstərdi.Təbrizdə kağız pulla alver bir həftədən artıq çəkmədi.Təbriz sənətkarları,tacirləri və yoxsulları bu tədbirə qarşı çıxdılar.Onlar elliklə dükanları bağladılar və alver etmədilər.
[b]Cümə günü əhali məscidlərə toplaşıb öz etirazını bildirdi.Əhalinin təyziqindən sonra şah kağız pullar haqqında fərmanı ləğv etməyə məcbur oldu və Təbrizdə ticarət yenidən canlandı.
Təbriz Böyük İpək yolunun üstündə yerləşirdi.Azərbaycanın başqa şəhərlərinə,xarici ölkələrə gedən karvan yolları Təbrizdən keçirdi.

PAYTAXTI TƏBRİZ OLMUŞ AZƏRBAYCAN-TÜRK DÖVLƏTLƏRİ
Təbriz



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 noyabr 2014 20:58
    Xoşunuza gəldi? wink

  2. 21 dekabr 2014 00:47
    Çox yaxşı, əsas odur ki fayda verməyə çalışırsan. Təşəkkür edirik...

  3. 21 dekabr 2014 09:59
    Sitat: Player
    Xoşunuza gəldi? wink

    Çox sağ ol ,maraqlıdır

    --------------------

  4. 21 dekabr 2014 11:49
    Təşəkkür edirəm! winked

  5. 21 dekabr 2014 17:12
    Çox gözəl mətndir ! Bəyəndim! love

  6. 21 dekabr 2014 20:01
    He elbetde.Yawina gore cox caliwqansan.! Alqiwlar sene Canim.)

    --------------------

  7. 22 dekabr 2014 15:17
    Yaxsidir.
    Ancaq bu ders 5-ci sinif kitabinda var. laughing

    --------------------

  8. 22 dekabr 2014 20:41
    Defne düz deyir...

  9. 24 dekabr 2014 14:42
    Sitat: Melisa Can
    He elbetde.Yawina gore cox caliwqansan.! Alqiwlar sene Canim.)

    Sağol, Melisa! love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.