Azərbaycanda kəngərlər və xəzərlər

Azərbaycanda kəngərlər və xəzərlər

 

     
 
    Erkən orta əsrlərdə Azərbaycanda kəngərlər və xəzərlər 

   Erkən orta əsrlərdə  Аzərbаycаnın siyаsi və ictimаi tаriхində mühüm rоl оynаmış  yеrli  Türk tаyfаlаrındаn biri də sаlnəmələrdə bacanaq,bеçənək və digər adlarla tаnınаn peçeneqlər idi. Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Miхi yаzılаrdа şumеrlər kəngər dеyə аdlаndırılır. Antik müəlliflər e.ə. II  əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kəngər adlı şəhərin olduğunu qeyd edirlər.  Suriyа гаynагlаrındа kəngərlərin erkən orta əsrlərdə Аğrıdаğ ətrаfındа, habelə Аlbаniyа ilə Ibеriyа sərhədlərində  yаşаmаlаrı  геyd оlunur.Onların yaşadıqları vilayət Kanqark adlanır. Azərbaycanın müxtəlif yerlərində indi də kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır.  Azərbaycanın məşhur ictimai – siyasi  və mədəniyyət xadimləri arasında kəngərli soyundan olan xeyli nümayəndələr vardır. Пеçеnегlərdə hakimiyyətin başında xan dururdu. Xan  vəfat etdikdə hakimiyyət onun oğluna deyil, qardaşının oğluna verilirdi. Peçeneqlər mühüm məsələləri bütün nəsillərin ağsaqqallarının iştirak etdikləri  gənəşdə (gənəşmək – qədim türk dilində məsləhətləşmək deməkdir) həll edirdilər.
    Erkən orta əsrlərdə Azərbaycan tarixində mühüm rol oynamış Türk xalqlarından biri də biri xəzərlərdir. Mənbələrdə xəzərlərin eramızdan əvvəl VIII əsrdən Qazax, Borçalı, Göyçə, Qarabağ və Zəngəzur da daxil  Ağrı dağına qədər olan geniş ərazilərdə yaşadıqları qeyd olunur. 
   VII əsrin əvvəllərində Göytürk xaqanlığının qərb qanadını barsillər,bulqarlar, qacarlar, peçeneqlər (kəngərlər), savirlər lə yanaşı xəzərlər təşkil edirdilər.Alban tarixçisi Musa Kalankatlının yazdığına gюrə, türk ordusunun əsas zərbə qüvvəsi xəzərlər idi. Bizans mənbələri 626 – cı ildə imperator Iraklinin Sasanilərə qarşı   xəzər adlanan türklərlə ittifaqa girdiyini qeyd edir.  Musa Kalankatlı yazırdı :  "Türk xaqanı hakimiyyəti altında olan dağlılara, aranlılara, şəhərlilərə, kюçərilərə, başlarını qırxdıranlara və  kəkillilərə, bütün xalqlara, tayfalara silahlanaraq Sasanilərə qarşı müharibəyə hazır olmağı tapşırdı”. Xaqan oğlu Bul şadı yürüşə başçı təyin etdi. Bul Şad yürüşdən  əvvəl Sasani şahına belə bir məktub göndərdi : "Ey Assuriya canişini  Şimal hökmdarı sənə buyurur ki : əgər Rum imperatorundan əl çəkməsən, zorla tutduğun şəhər,ölkə, xristianların tapındıqları ağaç xaçı və əsir tutduqlarını qaytarmasan törətdikləriyin  əvəzini ikiqat çıxacağam”. 627 – ci ildə Sasani ordularını geri oturdan türklər Tiflisi mühasirəyə aldılar. Qışın sərt keçməsi və ərzaq ehtiyatının azlığı Türk ordusunu bu mühasirədən əl çəkməyə və qışlamaq üçün geri dюnməyə vadar etdi. 628 - ci ilin yazında Türk xaqanlığının əsas zərbə qüvvəsini təşkil edən xəzərlər Tiflisi  tutdular. 
   Türklərin tələbilə 25 ildən çox Sasani sarayında girov saxlanılan alban katolikosu Viro azadlığa buraxıldı. Azadlığa çıxan Viro Buli Şadın yanına gəldi.   Bul Şad onu hörmətlə  qarşılayaraq çadırda öz yanında oturtdu. Katolikosun üzünə xeyli baxdıqdan sonra dedi :  Sənin görkəmin Tanrının sifətidir. Mən, atam Yabqu xanın canına and içirəm ki nə arzun olsa yerinə yetirəcəyəm.Sən isə öz ölkəyin əhalisinə doğma evlərinə qayıtmaları və  öz işləri ilə məşğul olmalarına göstəriş ver. Mən sizə qonşu ölkələrə basqınlar edib əldə edilən bütün qəniməti sizin hüdudlarınızda saxlayıb basqındakı ziyanınızı artıqlaması ilə ödəyəcəm, çünki atam Ağvanı, Çoğanı və Lpiniyanı (Albaniyanı) mənim əbədi mülkiyyətimə verib. Biz (albanlar və türklər) doğma qardaş və soydaşıq ”. Xristian albanların dinlərinə də hörmətlə yanaşan Bul Şad onların 40 günlük pəhriz saxlamalarını bildikdən sonra onları soyutma ətə deyil,sac üstündə bişirilmiş fətirə qonaq etdi. Xəzər şahzadəsi Albaniya katolikosunun əsirləri qaytarmaq xahişini də yerinə yetirir. "O, tudun adlanan əyanlarına çadırları bir-bir gəzərək əsir saxlanılan alban gənclərini tapdırıb azadlığa buraxdırdı”. Mənbə xəzərlərin artıq burada daha sıx məskunlaşaraq "yaylaq və qışlaqlarının da olmasını” qeyd edir.
    Sasanilərin Cənubi Qafqazda nüfuzunun  sarsılması Albaniyada sabirlər nəslindən olan Mehranilər sülaləsinin hakimiyyətə gəlməsinə səbəb oldu. 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 noyabr 2014 03:44
    xeber diqqetimi ele cekdi ki oz adimla daxil olmadan oxudum meqaleni.erken orta esr turk sulaleri hakkinda cox gozel melumatlardi.maraglidi.aralarinda bildiklerim de vardi,bilmediklerimde.Bu isdifadecini hec gormemwem saytda.Minnetdaram.Umid edirem ki, davamLi oLar.

    --------------------

  2. 20 noyabr 2014 21:27
    Çox maraqlıdır! wink

  3. 21 noyabr 2014 03:31
    dogrudan bizlere ,turk vetendasligi sevdasiyla boyuyen,azeri turku olan milletimizi bele xeberlerle melumatlandirmaginiz olduqca faydali ve evezedilmez xidmetdir.sizlere oz tesekkurlerimi bildirirem.Albanlarla,xezerlerin dostlugu,bezen aralarinda dusmencilik olsa bele bu munaqise meselesinden daha ustun olmusdur.ele bu sozumun subutu da meqaledeki alban katalikosu ile xezer sahzadesi arasindaki dinc ,dostluq munasibetidir.hec bir quvve,xarici tesir bir kokden,bir soydan gelme turk milletlerine,qaninda turk sevgisi,hormeti,vetenperverliyi,vicdani,saygisi ve s... axan xalqlara,etnoslara separatciliq,vehsilik,qorxaqliq,vicdansizliq ve s... tipli ozlerinde movcud olan pis elametleri temiz,saf turklere asilaya bilmez.TURKLER YENILMEZ XALQDIR,YASASIN TURK MILLETI,TURK SEVDASI,TURK OCAGI......!!!!!!!!!! smile smile smile

  4. 21 noyabr 2014 18:41
    maraqlıdır tşk

  5. 22 noyabr 2014 19:01
    Cox sag olun.teshekkurler

    --------------------

  6. 13 dekabr 2014 14:44
    Sitat: Melisa Can
    YAZILAN

    Çox yaxşıdır.Əllərinizə sağlıq.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.