Tarixi bilgilər-8

Tarixi bilgilər-8

 

Ömrünün çox hissəsini mühacirətdə keçirmiş ziyalımız Hüseyn Bayqara yaşlı və xəstə halda əziyyətlə ərsəyə gətirdiyi əsərlərində Vətənin istiqlaliyyəti uğrunda ömrünün sonuna kimi mübarizə aparan şair Əhməd Cavad haqqında dəyərli bilgilər hifz etmişdir. Əhməd Cavadın soydaşları ilə Yasamal dağında düşmənlərlə vuruşması barədə Hüseyn Bayqaradan məlumatlanmışıq. Şairin işıq üzü görməyən bəzi şeirləri də ilk dəfə Hüseyn Bayqara tərəfindən kitaba salınmışdır. O, şairlə Bakı həbsxanalarının birində eyni kamerada ÇK tərəfindən dustaq kimi saxlanarkən tanış olmuşdu. Onun verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda döyüş zamanı şəhid olanlara qoydurduğu (indiki Dağüstü parkda) abidənin təməlqoyma mərasimində Əhməd Cavad yana-yana "Qalx" şeirini oxumuşdur:

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər,
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.

Şair ömrünün sonuna qədər Azərbaycan azadlıq mübarizəsinə sadiq qalmışdır. 1920-ci ildə Azərbaycanın azadlığına son qoyan rus ordusu tanınmış ziyalılarımızı, görkəmli şəxsiyyətlərimizi güllələdiyi zaman Əhməd Cavad qırğından qorxmamış və bu misralarla üç rəngli milli bayrağa həsrət qaldığını kədərlə qələmə almışdır:

Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan
Ay dostlar, mən yoruldum
Bu gizli ağlamaqdan..


Tarixi bilgilər-8

 

Osmanlı ordusu Misirdən qayıdarkən Sina çölünü 8 günə qət etmişdi. 60 min insan və 50 min heyvan çox çətin yürüşlə çölü keçmiş, savaş təminat və idarə baxımından mahiranə idarə olunmuşdu. Hərbi baxımdan Misirin fəth olunmasında bu keyfiyyət göstəricilərindən əlavə, top və tüfənglərin də rolu olmuşdu. Yivli topun 1868-ci ildə Almaniyada icad edilib, istifadə edildiyi ehtimal olunsa da, əslində, ilk dəfə bu cür toplar Sultan Səlim tərəfindən Misir yürüşündə istifadə edilmişdi. Bu toplar hal-hazırda İstanbulda Hərbi Muzeydə saxlanır. Ard-arda 5 və 10 güllə atan yeni tökülmüş Osmanlı topları da ilk dəfə Ridaniyə döyüşündə istifadə edilib.

Tarixi bilgilər-8

 

Böyük Britaniyaya qarşı azadlıq savaşı aparmış Amerika koloniyalarına aid məruzələrə əsasən, 7 sentyabr 1776-cı ildə dünyada ilk dəfə sualtı hücum baş tutmuşdur. Əməliyyat Nyu-York Harborda Britaniya donanmasının flaqmanı sayılan "HSM Eagle" gəmisinə qarşı həyata keçirilib. Koloniyalı Ezra Li adlı könüllü çavuş "Turtle" ("Tısbağa") adlı gəmini idarə edərək, suyun altı ilə "HSM Eagle" gəmisinə yaxınlaşmış və bir neçə cəhddən sonra saatlı bombanı gəmiyə yerləşdirmək mümkün olmadığından, onu suya buraxmalı olmuşdu. Saatlı bomba İst-River çayında partlamışdı. Hudzon çayında Britaniya donanmasına növbəti hücum cəhdi zamanı ingilis əsgərləri "Turtle" gəmisini batırmışdılar. Bununla belə, Britaniya tarixşünaslığında sualtı hücum, patlayış və tələfatla bağlı heç bir qeyd yoxdur.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 noyabr 2013 19:59
    okudum.ok.guzel.fena degill.
    profilimdeki seklimi degisdiriyodum simdi haberi gordum.
    beyendim.okudum.
    ve rey veriyorum.simdi.
    kim yazmissa zaten belli
    adminstrator tesekur ediyorum.

  2. 29 yanvar 2014 23:21
    halaldi beyendim

  3. 19 fevral 2014 19:50
    twk..maraqlidi..

    --------------------

  4. 5 mart 2014 18:55
    tarix maraqlidir xebere gore tesekkur wink wink wink wink wink wink wink wink wink

  5. 6 mart 2014 19:49
    her sey maraqlidir xeberde sizde sagolun xeberleriniz maraqlidir love tongue winked wink feel bully request

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.