Qədim türlər və müasir Avropa (Üçüncü söhbət)

Qədim türlər və müasir Avropa (Üçüncü söhbət)

 

Qədim türlər və müasir Avropa

Üçüncü söhbət

Altay beşiyiMəlumdur ki, qədim insanların qalıqlarına Mərkəzi Afrika və Hind Çində rast gəlinmişdir, burda sivilaziyanın meydana gəlməsinin iki mərkəzini müşahidə edirik. İki insan irqinin, neqroid və monqoloidin yaranmasını da bununla izah etmək olar.Sivilzizasiyanın inkişafı tədricən insanların xalqlara bölünməsinə gətirib çıxardı. Əvvəla, bu insanları əhatə edən təbiət ilə bağlı idi. Məsələn,dağ yerində yaşayan adamların dəniz kənarında yaşayan adamlardan fərqli olaraq, minilliklərlə özünəməxsus  psixologiyasi, özünün dünyagörüşü formalaşmışdı. Amma, meşə adamının dünyagürüşü  tamamilə başqa idi. Minilliklə hər bir xalqın sifət quruluşu formalaşır, onun özünəməxsus fərdiliyi meydana gəlirdi,  xalqın portretini yaratmaq üçün niyə məhz onlarla xətt, yüzlərlə rənglərin çalarları lazımdır.Bu gün alimlər dünyada üç irqə bölünən dörd minə qədər xalq olduğunu hesab edirlər. Bəs avropoidlər nə vaxt meydana gəlmişdir? Məlum deyil. Lakin, bu və ya başqa halda, məhz türklər – qıpçaqlar avropoidlərə aiddir.Düzdü, bəzi türklərdə monqoloid əlamətləri vardır, lakin həmişə belə olmamışdır. Əcdadları elə olmamışlar. Bu məlumdur. Bizim kitabın üz qabığında Altaydan tapılmış xalçadan kiçik bir hissə təsvir olunmuşdur. Ona diqqətlə baxın, əsrlərin dərinliyindən qədim türk sizə baxır.Antropoloqlar tapılmış kəllə sümüklərinə çox dəqiq olaraq qədim qıpçağın görünüşünü bərpa etmişlər, sözlə isə çinlilər  yeni eradan xeyli əvvəl "dinlinləri”- Altayda yaşamış xalqı təsvir etmişlər. Çinliləri, onların xarici görünüşü təəcübləndirirdi, göygözlü, sarışın, " üzü meymun üzünə oxşayan”, əlyazmalarda belə qeyd edilmişdi. Bir sözlə, çinlilərin təmiz tərsi.Yaxşı müşahidəçı olan çinlılər qeyd etmişlər ki, qıpçaqlar fərqli bədən ölçülərinə və  baş quruluşuna malikdirlər. Onları  " yumrubaşlar " adlandırmışlar. Başın kənar hissələrinin sümüyünün bir az iri olması onlara fərqli görünüş verir, bu gün bu üz quruluşu olan adamlara xalq arasında çənəsi iri olan və yaxud da iriçənə adam deyirlər. Hər şey dəqiqdir. Kiməsə biz qısa ayaq görünürük, ona görə ki, dabanımız "hündürdür”... Nə edəsən? Ulu tanrının iradəsi ilə yaranmışıq. Hər bir xalqın əcdadlarının ona qoyub getdiyi öz fərdiliyi, öz fərqləri vardır.Bu gün xarici görünüşünə görə qıpçaqlar bir – birindən fərqlənir, qarasaçlı, qaragözlülər də əlavə olunublar. Onun da özünəməxsus tarixi səbəbləri var. Lakin,  xalq mühüm olanını, qəlbini, istiqanlılığını qoruyub saxlamış, onlar heç vaxt dəyişilməmiş, əvvəlki kimi qalmışdır.Narahat qəlb, bəzən həddən artıq utanclıq, bəzən qızğın və hətta dəlicəsinə olan, həmişə arzu ilə yaşayan və tez inciyən. ( Tanış xasiyyət və xüsusiyyətlər deyilmidir? Müəllif bizi özümüzə tanıdlr. Deyir ki, ey türk dayan güzgünün qarşısında, özünə diqqət et, fikirləş, dərin – dərin düşün, gör ki, səndə olan xüsusiyyətlər başqa xalqlarda varmıdır? Eləsi vardır ki, onun başqa xalqlarda analoqu yoxdur. Mən bu yaşa qədər rus dilində namus sözünun analoqunu tapa bilməmişəm. Demək o mənə məxsusdur. Bu, özü haqqında yüksək fikirdə olmaq, özündən razılıq deyil, bu olanı qeyd etməkdir, həqiqəti etiraf etməkdir. Deyirlər ki, özünü tənqid etmək, özünə gülməyi bacarmaq, bu böyüklük əlamətidir. Kifayətdir, cənablar özümüzə biz nəinki, çox gülmüşük, bu zəifliyimizdən istifadə edib digərləri də bizi gülüş hədəfinə çevirib. Bu yaxında Moskva televiziyasında gəlmə miqrantların məsələsi müzakirə edilən zaman gəlinən nəticələrin biri , özü də ən düzü o idi ki, nə qədər ki, Mərkəzi Asıyadan, Qafqazdan gələn adamlara yuxarıdan aşağı baxmamışıq, normal münasibət bəsləməmişik, iş düzələn deyil. Sən demə iş gəlmələrdə deyil, əsas problem rusların özündədir. Nəhayət, həqiqət indi də olsa onlara çatır. Deyəsən mövzudan uzaqlaşdıq. Müəllif : Tərcüməçi )" Qıpçaq " sözü nə deməkdir? Dəqiq cavab yoxdur, mübahisələr kifayət qədərdir. Onu müxtəlif gür tərcümə edirlər : " özünü dar mühitdə hiss edən ", " bədbəxt " və ya digər. Düşünürəm ki, bütün mümkün və qeyri mümkün variantları qəbul etmək olar. Ona görə ki, od içərisində, küləkdə qarın nə olduğunu bir sözlə izahat etmək mümkün deyil.Vulkan? Fırtına? Fəlakət? Mümkündür...Qıpçağın ruhu – bu birinci növbədə azadlıqdır. Yalnız azadlıq və düzənlik ona xoşbəxtlik gətirir... Qoy " qıpçaq " sözünü kimə necə sərfəlidir elə də izah etsin, lakin... Kim ki, azadlıq və iradəni sevmirsə onda qıpçaq qanı yoxdur!Bəli, gərgin həyatda biz öz qanımızın təmizliyini qoruyub saxlamağı bacarmamışıq, ona görə ki, öz ənənələrimizin qədrini bilməmişik  Özgə qadınları acgözcəsinə sevmişik, öz qadınlarımızı isə sağa – sola paylamışıq. Assimilyasiya, qanların qarışması, xaıqı gücləndirməyib, əksinə onu zəiflədib.Xüsusilə, bəzi qıpçaqlarda monqol və çin irsi açıq görünür, monqol və çinlilər sanki, əsrlər boyu bizim içərimizdə ərimişdir. Bir çox türk sifətli iranlılara, iranlı görünüşü olan türklərə rast gəlmək olur. İranda bütöv əyalətlər, milyonlarla adam öz aralarında türk dilində danışırlar, sənədlərində iranlı yazılsa da onlar azərbaycanlıdırlar. Belə izah edilməz hallara Şimali Qafqazda da rast gəlmək olur. Məsələn, osetinlər və ya çeçenlər arasında klassik qıpçaq görünüşü olan çoxlu adamlar var. Onlar elə bil uzaq keçmişin qədim şəklindən çıxmışlar. Lakin çox az adam türk dilini xatırlayır... Vaxt olub ki, türklərin bütöv kəndləri " könüllü " olaraq özlərinin milli mənsubiyyətlərini dəyişdirmişlər. Toponimika isə onlarda dəyişməmiş, əvvəlki tək qalmışdır. İndi yalnız coğrafi adlar keçmişi xatırladır...Tenqriyə ( Tanrıya ) eşq olsun, Dəşti Qıpçaq çölündə türk  ruhu hələ tamamilə ölməmişdir!Bəzi tatarlarda, başqırdlarda, altaylılarda, xakaslarda mən onu hiss etdim, gördüm ki, onların yuxulu kiprikləri aralanır və sönmüş gözlərinə işıq gəlir.  Azərbaycandakı kimi türk ənənələrinin güclü olduğunu mən heç harda görmədim. Böyük iqtisadi və mədəni imkanlara malik unikal bir ölkə. Orada, Avropada çoxdan yaddan çıxmışlar qorunub saxlanılmışdır. Əcdadlarımızın mədəniyyəti!Avropa qıpçaqları isə laqeyd xalqdır, onları inkvizisiya belə etmişdir. Roma və Bizans kilsəsi əsrlərlə çölçü avropalıları özlərinə, öz tarixlərinə laqeyd ruhda tərbiyə etmişlər. Burdan da tənbəllik, laqeyd münasibət əmələ gəlmişdir. Sındırılmış xalq! Lakin, həlak olmamış.               494 – cü ildə I Roma Məclisindən sonra Qərb kilsəsi türklərə qarşı gizli müharibəyə başladı. Papa Böyük Qriqori dövründə VII əsrdə ideoloji proqram formalaşdı və sonrakı üç əsrdə həyata keçirilməyə başlandı.Orta əsrlərdə inkvizisiya dövründə, artıq türk mədəniyyətinin kütləvi məhvindən sonra, kitablar yandırıldıqdan, məbədlər dağıdıldıqdan, kütləvi qətllərdən sonra proqramda keyfiyyət dəyişikliyi edildi. Rusiyada bu Romanovlar sülaləsi dövrü ilə əlaqədardır.Onlar ( avropalılar ) Altayın bəzi səs və ruhunu tanınmış azərbaycan muğamlarının saxladığı ağı və mahnılarını eşidəydilər. Bax bu Qıpçaqların Böyük Qardaşlığıdır, onu yalnız musiqi ifadə edə bilər. Sözsüz musiqi, bu türk üçün quru və canlı deyil.Qırğız qıpçağı xaricən sakit görünürlər, amma başqa cür. Altaylılar da... Xakaslar da... Bizim babalarımız dağları ilahiləşdirirdilər. Dağlarda , qədimdən  əbədi sakitlikdə dünyanın yaranışının sirrini axtarırdılar, ona görə də Altay türklərin qədim Vətənidir. Ona görə də dünyanı tərk edən qıpçaqların ruhu ancaq dağlara can atır.İndikindən fərqli olaraq babalarımız " Altay " sözü altında başqa ərazini nəzərdə tuturdular. İşin mahiyyətinə görə bu şərqdə Baykal və Baykalın arxa tərəfini, Qərbdə Pamirə qədər ərazini nəzərdə tutur. Kitabda bu Qədim Altay adlanıb.Məhz, buna görə türklər ölənlərin üzərində torpaqdan təpə ( kurqan ) düzəldir,məbədlər tikirlər, qəhrəmanlar üçün sonuncu mənzili ən yüksək dağlarda axtarırdılar.Adamlar qədimdən öz ənənələrinə əməl edirdilər, təəsüf ki, indi çox şey yaddan çıxıb.Böyük Çölün düzənliklərini yaşamayan xakaslar, altaylılar, buryatlar qədim türk dünyasının sirr və qalıqlarının daimi qoruyucuları oldular. Əlbəttə, onların tarixi yaddaşı zəiflədi, çox şey yaddan çıxdı, lakin onlar hər gün əcdadlarının ayaqlarının istisini qoruyan torpaq üzərində gəzir, həmin dağları və ilahi gözəlliyi olan səmanı müşahidə edirlər.Əlbəttə, Altayda hər dağ silsiləsi nəzərə çarpmırdı. Biz heç vaxt bilməyəcəyik ki, dağ necə müqəddəs bir məkana çevrilirdi, hər kəsə bunu dərk etmək müyəssər deyil. Lakin hər bir türk babalarının sitayiş etdiyi yüksəklikləri tanımağa məcburdu, bu Kaylasdır, Tenqri - Xandır, Üç Sümərdir, Borusdur...Bəli bizim Vətənimiz - Çöldür, lakin beşiyimiz – Altaydır.İki min il yarım bundan əvvəl burda türklər Daima Göy Rəngdə olan səmanı görmüşlər və onu Tenqri adlandırmışlar... Biz də həyatımızda heç olmasa bir dəfə Altayda olmalı, onun sərin bulaqlarından su içməli, burdakı göyə baxmalı, dünyanın ən təmiz səmasına. Ki, özümüz dəyişək.Altayda, Ulalinka çayının kənarında, 60 – cı illərdə akademik A.P. Okladnikov Rusiya ərazisində qədim insan məskəni tapdı. Onun iki yüz min il tarixi vardır! Məhz bu dövrdə elə bir mədəniyyət formalaşmağa başladı ki, digər xalqların,fin – uqor, koreya, türk və başqa xalqların mədəniyyəti onun əsasında yarandı.Düzdü, ulalin məskənini üstündə bəzi arxeoloqlar " mübahisə " edirlər, onlar təsdiq edirlər ki, daha əvvəlki dövrdə yaşayan " pratotürklərin " izinə rast gəlmişlər. Qoy belə olsun. Lakin, Okladnikov və onun həmkarlarının xidməti kəşfin özündə deyil,  o, birinci olaraq türk mədəniyyətinin formalaşmasını qədim dövrdən başlayaraq izləmişdir. Alimin tədqiqatının qiyməti bunda imiş, tədqiqatçı, anı və əbədiyyəti bir yerdə birləşdirmışdir!Okladnikov öz kəşfini çox çətinliklə sübuta yetirdi. Senzorlar köpək balığı kimi elmin hər bir kiçik kanalını belə güdürdülər! Türk mədəniyyəti haqqında işarə etməyə icazə vermirdilər.Heç bir rəmz də mümkün deyildi. Oxşar işarə və rəmzlər yarandı. Bu cür, " altay ", "sibir " mədəniyyətləri adlı fikir meydana gəldi. Belə yalançı baxışların sayı artdı və geniş yayıldı. " Mixaylovski ", " dyakovski " və digər mədəniyyətlər yarandı. Axı, hamı gözəl bilir, xalqsız mədəniyyət olmur.Gözəl alim, professor S.İ. Rudenko da belə bir güc sınağından keçdi. Mənim fikrimə görə o bildiklərinin və tapdıqlarının heç yarısını da söyləmədi. Ona da icazə vermədilər. Lakin bu alimin istedadına minnətdar olaraq bu gün Altay haqqında demədiklərinin bəzi səhifələrini bərpa etmək mümkündür.İnanıram ki, Rudenko və Okladnikovu nə vaxtsa, arxeologiyanın klassikləri adlandıracaqlar. Məhz, türk arxeologiyasının! Baxmayaraq ki, tapdıqlarının müəyyən hissəsini irandilli skiflərə aid edib, bu heç nəyi dəyişmir. Tədqiqatçının taktikasını başa düşmək olar. Pantürkizmlə mübarizə dövründə Altayda tədqiqatı davam etdirmək üçün alimin başqa yolu yox idi. Yalnız, Okladnikov, Rudenkonun əsərlərindən tələbələr alim etikasının nə olduğunu öyrənəcəklər. Burda irsi türklərdə çatışmayan  elm, vətəndaş mövqeyi, cəsarət vardır.Rusiyada ədalətli tədqiqatçılar az olmayıb, lakin həqiqi elmdən uzaq olan akademik " generallar " həmişə onlara nəzarət edirdilər. Onlar bu " generalların " zəhlətökən baxışlarından bir təhər can qurtarıb işləyirdilər. Lakin  türkoloqların vəziyyəti yüz qat ağır idi, onlara xüsusi olaraq  "   beynəlmiləlçilər "nəzarət edirdilər, istənilən vaxt  alimi pantürkizmdə günahlandırmağa hazır idilər. Bu isə həbsxana, sürgün, ən yaxşı halda işdən uzaqlaşdırmaq demək idi... "Pantürkizmin” nə demək olduğunu isə heç kəs deyə bilməzdi. Pis "pantürkizmin", yaxşı "panislamizmdən" fərqi nədə idi? Onu da izah etmək mümkün deyil. İkisi də mənasız!.. Axmaq siyasət nəticəsində nə qədər maraqlı işlər elmdən kənara atılmışdır!Məsələn, qazax akademiki A.X. Marqulanın əsərləri hələ yazılmayıb. Onlar adamı heyran edə bilərdi. Alim onlarla qədim türk şəhərlərinin yerini müəyyənləşdirdi. Meydanları, kanalları, məbədləri ilə birlikdə... O bu mövzunu qapatmalı oldu, ona görə ki, Moskva və Alma – Ata Böyük Çöldə türk şəhərləri olduğunu, çöl xalqının, "vəhşi köçərilərin ", " əclaf tatar " ordusunun əldə etdiyi nəticəni görmək istəmirdi.Altay və Böyük Çöl çox zəif tədqiq edilmişdir. Alimlər təsadüfi tapıntıları, üst qatda olanları götürmüşlər. Düzdü tapılan cüzi tapıntılar da inandırıcıdır.Geniş qəlbli, əli açıq Altay öz incilərini tələsmədən tədricən açırdı. İlk baxışdan sadə görünənmis əşya burda metal əridilməsindən xəbərləri olması haqqında məlumat verirdı. Tunc dövrü altaylıları məşhurlaşdırmadı, çünki digərlərində olanlar, artıq altaylılarda var idi. Lakin, tunc dövrü başqa bir hadisə ilə maraqlıdır, Altaydan bir sıra tayfalar köçdülər və sonralar Avropanın şimalında məskunlaşdılar. Onların türklərlə kökü birdir. ( Azərbaycanda keçirilən beynəlxalq təlimlərin birində Norveçdən gəlmiş nümayəndə mənə "əmioğlu " deyərək müraciət etdi. Məndə ona belə müraciət edəndə o mənə dedi , bizdə artiq tarixçilər bu fikrə gəliblər ki, babalarımız qədimdən Şərqdən   Avropaya köçüb gəlmişlər. Ona görə sizə belə müraciət edirəm. Babalarımız bir yerdən dünyaya dağılmışlar. – tərcüməçi ) 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 iyun 2013 10:43
    Maraqliishdir

  2. 29 iyun 2013 10:51
    Maraqlı idi. Çox xoşuma gəldi. Xüsusilə sonuncu cümlə.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.