Qədim türklər və müasir Avropa (İkinci söhbət )

Qədim türklər və müasir Avropa (İkinci söhbət )

 

Qədim türklər və müasir Avropa 

İkinci söhbət 

Hal- hazırda kumıkların sayı üç yüz min, qaraçaylıların sayı iki yüz mindən biraz aşağı, balkarlar bir neçə on min təşkil edir... İki yüz min ildən çox bundan əvvəl biz bir xalq idik ( Lermontov və Tolstoy bizi qafqaz tatarları adlandırırdı ), biz  qədim Xəzər ölkəsinin varisi olan və çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilən Qafqaz Şamxalında yaşayırdıq. O gündən biz hətta etnik müstəqillikdən belə məhrum edilmişik. – siyasətçilər bizi " xalqcıqlara " parçalayıb.Düzü qaraçay və balkarları indi də "tavlu kumık”, yəni dağlı kumık adlandırırlar. Yeganə fərq ondadır ki, onlar dağda yaşayır, biz isə düzəndə. Dilə görə, mədəniyyətə görə qaraçaylılar, balkarlar, kumıklar, krım tatarları, qaqauzlar, tərəkəmələr arasında heç bir fərq yoxdur... Hətta, kökləri də eynidir. Mənə elə gəlir ki, Ermənistan və Estoniyada yaşayan ruslar arasında fərq daha çoxdur. ( Müəllif bu fərqi çox gözəl tutmuşdur. İstər – istəməz bu gendən hiss olunur. Bir gün Moskvada kuçədə gedərkən qarşıdan gələn, milliyətcə rus olan qadında bir doğmalıq hiss etdim. Özüm də düşünmədən qəflətən qadını yolda saxlayıb soruşdum : Bakıdan deyilmisiniz? O gülümsəyib dedi: Hardan bildiniz? Dedim : Geyimizdən, yerişinizdən, baxışınızın aydınlığından...üzr istəyirəm.). Lakin, türklər " müxtəlif " xalqlardır, ruslar isə bir. Niyə!!!Şamxalın əhalisini əvvəllər qıpçaqlar, xəzərlər, qafqaz tatarları adlandıdırdılar. Sonra yerli kazaklar ( Stavropol və Ter ) slavyan oldular, bir həqiqət var ki, XIX əsrə qədər onlar da qafqaz tatarları idilər və bizim dildə danışırdılar, bəziləri isə bu günə qədər öz dilini qoruyub saxlamışlar. Kifayətdir ki, Lev Nikolayeviç Tolstoyun " Kazaklar” povestini oxuyasınız. Orda dəqiq olaraq kazakların kökü göstərilib, ana dillərinin nə olduğu adlandırılıb. 1863 –cü ildə bir çox qafqaz qıpçaqları öz əcdadlarından üz çevirdilər, rus dilində danışmağa başladılar və bütöv stanitsa ilə Rusiyanın müstəmləkə ordusunda qulluq etməyə getdilər. ( Mən indi Rusiyada Sovet hakimiyyəti qurulandan sonra kazaklara qarşı kütləvi represiyanın əsl səbəbini həqiqətən indi dərk etdim. Digər səbəblər də var.

Qədim türklər və müasir Avropa (İkinci söhbət )

  Lakin səbəblərin ən vacibindən elə biri də bu olmuşdur. Türk xalqlarına etibar etməyən Rus dövləti təbiətən azadlıqsevər, heç kəsə əyilməyən, ləyaqətinə hörmət edən kazaklara da inanmırdı. Burda qan yaddaşı qarşısında diz çökmək lazımdır. Hər dəfə lazım gələndə o özünü biruzə verir. Bir həqiqəti xüsusilə qeyd etmək lazımdır, hər şeyi dəyişmək olar, yerini, şəhərini, hətta millətini, yeganə dəyişməyən bir sey vardır. O da sənin qan yaddaşındır!!!).Şamxalın sakinlərini ağır tale gözləyirdı. Rus hakimiyyətinə qulluq etmək istəməyənləri Qafqazdan sürgün edirdilər, demək olar ki, dörd milyon adam öz vətənindən məhrum edildi. Onları kölə edib satmadılar,  ölkədən getməyə məcbur etdilər, Türkiyəyə, İordaniyaya, Suriyaya " elə belə " verdilər. Orda elə kəndlər var ki, türk dilinin Qafqaz şıvəsi hələ də unudulmayıb, səslənəndə qonşuları da təəcübləndirir. Xoşbəxtlik ondadır ki, xaricdə yaşayan kumıklar özlərinə yeni bir tarix yaratmırlar, acı taleyin ümidinə qoyulmuş Vətən həsrətini çəkir, onu heç vaxt yaddan çıxarmırlar.Bunu iki əsr bundan əvvəl Qafqazı tərk etmiş qaqauzlar haqqında demək olmaz. Onlar öz ölkələri olan Şamxalı və dünyada hər şeyi unutmuşlar: təəcüblüdür ki, onların indiki tarixi rəsmi rus tarixi ilə həmahəng səslənir. Elə bil ki, XIX- cu əsrə qədər onların tarixində heç nə olmayıb.Kumıklar,balkarlar, qaqauzlar ( kazaklar haqqında xüsusi danışmaq lazımdır ) azsaylı və zəifdirlər, yaradıcı şəxsiyyətləri çox da deyil. Tatar və Başqırd  tarixçilərinin mövqeyi daha acınacaqlıdır. Mənə elə gəlir ki, türklər haqqında onlar da həqiqəti söyləmirlərsə, onda onların akademiya və universitetlərinin bir qəpiklik qiyməti yoxdur. Nədi, yoxsa balıqların yalnız balıq mahnısı olur?İnandırırdılar ki, " monqol – tatar əsarəti " heç vaxt olmayıb. 

Qədim türklər və müasir Avropa (İkinci söhbət )

 O XIX əsrdə slavyanofilçilik dövründə meydana gəlmişdir. Bu təxəyyülün müəllifi gimnaziya müəllimidir, onun haqqında N.M. Karamzinin yazılarında bir neçə sətir qeyd də vardır. Bu fərziyyə çoxlarının qəlbindəki ideyaya uyğun gəlirdi. Məgər türklər tarixlərini Çingiz xan dövründənmi  başlamışlar? Məgər bizim dövlətçiliyimiz Qızıl Ordudan başlamışdırmı? Hansısa yalançı, gəlmə ərəb taciri olan, türklər haqqında nifrətlə qeydlər yazmış İbn Fadlanı  akademik bisavadlar türklərin mənəvi fikir peyğəmərinə çevirmişlər?...Yəni o qədər ağılsızığ ki, hər şeyi unutmuşuq. Yəni biz bu qədər mənəviyyatsızlamışıq? Yaddaşımız o qədər gödəkdirmi?Görünür belədir – bəzi " yaradıcılar”, məsələn Qazaxıstandan olan biri köçəri mədəniyyətinin zəif olduğu " konsepsiyasını " sübut edir... Belə düşüncəsizliyi çətin ağla gətirmək olar. Böyük Çöl türklərində heç bir " köçəri mədəniyyət " olmayıb və olması da mümkün deyil, bu bir – birini təkzib edən sözlərdir. Monqollar köçəri olublar, amma qıpçaqlar heç vaxt köçəri olmayıblar..... hətta qazaxların yazılarında belə olmaq istəmirlər!Əcdadlarımız oturaq həyat keçirmiş, əkinçilik və maldarlıqla məşğul olmuşdular, gözəl sənətkar idilər, müdafə məntəqələri tikir, suvarma kanalları çəkir, yol və körpülər salırdılar.....Ən qədim çuqun xış məhz türklər yaşayan Altayda tapılmışdır, ondan eramızın əvvəlində istifadə etmişlər. Bir çox " qədim rus şəhərlərinin " və yaşayış məntəqələrinin əsasını IV – V əsrlərdə xalqlar köçü başa çatanda türklər tərəfindən qoyulmuşdur." Köçəri mədəniyyəti " termini elmdə olan siyasətçilər tərəfindən yaradılmışdır. Çölü zəbt etdikdən sonra türk xalqını öz mədəniyyətindən məhrum etmək, onu kütləyə çevirmək lazım idi. Təsadüfi deyildir ki, Böyük Sovet Ensiklopediyasını üçüncü nəşrində " Türklər” haqqında məqalə ümumiyyətlə yox idi, halbuki ensiklopediyanı tərtib edənlər başqa xalqları, hətta Afrika xalqlarını belə unutmamışdılar.....Bu yaxınlaradək çox şeylər gözə görünmürdü, lakin indi isə müstəqil Azərbaycanda və  Özbəkistanda bunu bilməmək təhqiredicilik amilidir. Onlar, Rusiyanın bir hissəsi, Ukrayna, Qırğızıstan və Qazaxıstan köçərilərin heç vaxt yaşamadığı Dəşti qıpçaq adlandırılan böyük çöl ölkəsinin tarixi varisləridir.Ərəblər Böyük Çölü " Şəhərlər ölkəsi” adlandırırdılar, İbn Battut və digərləri belə yazırdılar. Varyaqlar isə " varyaqlardan yunanlaradək " yolun hər iki tərəfini ( Dnepr su hövzəsi ) " Şəhərlər çarlığı " adlandırmışlar. Laki onların dilində " Qardarik "... " Köçərilər " və " Şəhərlər ölkəsi " açıq əkslik təşkil edir.Milli mətbəximizi yada salaq, onu undan hazırlanmış xörəklərini xatırlayaq və müqayisə edək : beşbarmaq – un – taxıl - əkinçilik ..... köçərilər. Nə alınır? Uyğunsuzluq. Ona görə ki, öz taxılımız – çöldə yetişdirilmiş taxılımız var idi.

Qədim türklər və müasir Avropa (İkinci söhbət )

 Çovdar və arpanı ənənəvi olaraq qıpçaqlar sahələrdə əkir, onları çox yüksək qiymətləndirirdilər, çünki, sərt Altay iqliminə ən çox uyğunlaşmış bitkilər onlar idi. Vələmir və qarabaşaq məhsulunu qədim Rusiyada " tatarka " adlandırırdılar.Vaxtdır, bir çox  uydururulmuş " həqiqətlərə " yenidən baxılmalıdır.Eyni zamanda geci ya tezi bizim xalqı öz qədim adı ilə adlandırmaq lazım gələcək. Biz qıpçaqlarıq və belə də olub qalmalıyıq... Türkləri qədim səlnamələrdə necə adlandırılmasından : avarlar, barsillər, bolqarlar, burqundlar, hunlar, peçeneqlər və onlarla başqalarından asılı olmayaraq! Bu xaos siyasətçilərə çox vacıbdir, çünki, yalnız o " sübut edir " ki, Böyük Çöldə parçalanmış halda bir çox müxtəlif tayfa və xalqlar yaşamışlar. Hələ yeni eradan əvvəl  Çin hökmdarlarının idarəetməni onlardan öyrəndiyi vahid türk dövlətçiliyini belə gizlədirlərdi.Əsrlərin yalanı qarşısında çox şeylər yaddan çıxmışdır....Öz kitablarımda mən bilərəkdən Dəşti – Qıpçaq  əhalisini qıpçaqlar və yaxud çöl adamları adlandırıram. Başqalarını da mənim kimi hərəkət etməyə çağırıram. Ona görə bizim vətənimizi çıpçaqlar Çölü adlandırırdılar, deməli xalqın da ( qəbul edilmiş qaydalara görə ) yeganə, özü tərəfindən qəbul edilən ad – çıpçaqdır.Məlumdur, " çıpçaq " türk xalqının qollarından biridir, özü də o qədər də tanınmış deyil. Qoy! O bizim çölə ad vermişdir, gəlin onu biz yüksəldək və onunla da Böyük Çölün mədəniyyətini əxz etmiş xalqların da bütünlüklə tarixini yüksəldək.( Burda biz müəlliflə razı olmaya da bilərik. Ona etiraz da edə bilərik. Bununla müəllifin işlədiyi və bizlərə çatdırdığı bu dəyərli əsərin qiyməti heç də aşağı düşmür. Əvvəla, müəllif özü etiraf edir ki, " qıpçaq " türk xalqının qollarından biridir, ikincisi kitabın lap əvvəlindən türklərdən danışır, onlardan misal gətirir, onların mənəviyyatından, mədəniyyətindən söhbət edir. Ola bilər ki, kitabın bütün gedişində bu belə olacaqdır. Ona görə tez qərar çıxarmaq, üz çevirmək, çıxıb getmək lazım deyil. Diqqətlə oxumaq, səbrlə axıra qədər dinləmək lazımdır. Ümumiyyətlə, gəlin səmimi etiraf edək, kitabdan öyrəniləsi çox şey vardır. ).Bu gün biz çıpçaqlar əlliyə qədər "xalqcıqlara” bölünmüşük. Bizi diri – diri parçalayıblar. Ona görə bəziləri ana dilini unudub, digərləri onu azacıq dəyişib qoruyub saxlamışlar. Lakin, məlumdur ki,  xalqı fərqləndirən dil deyil,  onun ruhudur. Dil insana ona görə verilib ki, qəlbində meydana gələn fikir və hisslərini səsləndirsin. Dil sözlər üzərində hakim deyil, sözlər ürəkdən gəlir.Məsələn, gəlin görək  slavyan adlansa da danına görə türk misgərləri nəsli Tuççilərdən olan Fyodor Tütçev nə deyir. Bunu yalnız qıpçağın ruhu deyə bilər :Acı taleyin hökmü ilə ayrılsaq  da bizYenə də bir xalqıq, bir ana övladları.Əzəldən dost doğma qardaşlarıq biz,Budur səbəb, bizə olan nifrətiniz." Rus " türkünün sözlərində ocağ istisi, yovşan iyi ...süvarilər dəstəsi və ilxı, naxır, sürülər... babamın babasının babası beşiyi üzərində oxunan mahnı və laylalar... Düzü əsər, " Slavyanlar” adlanır, o Rusiyanın siyasətçiləri naminə öz türk köklərindən imtina edib özlərinə slavyan başlanğıcı axtardığı dövrə təsadüf edir. Bu Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların Rusiyanı süni surətdə Türkiyə ilə münasibətləri gərginləşdirməyə və sonra isə müharibəyə gətirib çıxaran Rus – Türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu yunanların parlaq qələbəsi və Rusiyanın isə tam məğlubiyyəti idi.XVIII – XIX əsrlərdə Dolqorukovun, generalissimus Suvorovun və digərlərinin keçmiş Çölə cəza yürüşlərindən sonra onlarla millyon qıpçaq rus adları aldı. Onlara zorla yunan xaçı ilə xaç çəkdilər və "ruslara " aıd etdilər. Uşaqlar üçün isə rus dilində kilsə - prixod məktəbləri açdılar və istedadlıları isə valideyinlərindən alıb Peterburqa göndərdilər. Əsrlərlə Rusiyada etnik təmizləmə aparıldı.

Qədim türklər və müasir Avropa (İkinci söhbət )

 Gəlin özümüzü aldatmayaq, Rusiya onları  heç nələri ilə biyabır etməyən çıpçaq köklərini mütləq yada salacaqdır. Ağılın və qanın səsi bizdə oyanmalıdır axı.Özlərinin çıpçaq keçmışı haqqında bolqarlar, serblər, xorvatlar, çexlər, macarlar, avstriyalılar, bavariyalılar, saksonlar, Şimali İtaliyanın, Almaniyanın, İspaniyanın, İsveçrənin, Şərqi Fransanın, İngiltərənin, Şimali Avropanın, ...Amerika və Avstraliyanın... Bəli, bəli, çoxlarının əcdadları nə vaxtsa gözəl süvarilər hesab olunurdu, türk dilində danışırdı.... Özlərini çıpçaq adlandırırdı.Ey təqib edilən  tayfa,Nə vaxt sən xalq olacaqsan?Nə vaxtsa dövran  dəyişib,Dərd qəmini yox edəcək.Birliyə sən çağrılacaq,Bizi ayıran məhv olacaq!Biz bir qanın, bir tarixin adamlarıyıq..... Gəlin Altayı və Böyük Çölümüzü yada salaq. 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 iyun 2013 20:36
    Maraqlidir xeberleri tesdiq endirem ancaq shevler var

  2. 3 iyul 2013 00:41
    Hormetli Nizami muellim megaleniz cox maraglidir, ancag nedense turklerin derdini biz oguz turkleri, azeriler cekirik. Biz soykokumuze gayitdigca onlar bizden uzaglashir.Belke ganlarinda yunan, slavyan ve diger xalglarin gani olan ulu turkun soyunu bunlar unutdurur?

  3. 3 iyul 2013 16:58
    tesekkurler

    tesekkeurler

    tesekk\urer

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.