Qədim türklər və müasir Avropa

Qədim türklər və müasir Avropa

 

Qədim türklər və müasir Avropa 

Giriş 

Günlərin bir günü əlimə Muraq Hacının " Avropa, türklər və Böyük Çöl " kitabı düşdü. Oxuduqca adam kitabdan ayrıla bilmirdi. Müvəqqəti oxumaq üçün aldığım kitaba olan  marağımı dostum gördü və onu mənə bağışladığını bildirdi. Elə bil mənə dünyanı bağışladılar.  Məndə uzun illər meydana gəlmiş suallara kitabda ətraflı cavab var idi. Beləki, həmişə sadə rusdan tutmuş aliminə qədər məni və mənim kimilərə anlatmağa çalışırdı ki, mədəni inkişaf cəhətdən rus mədəniyyəti aparıcıdır və hətta xalqımın mədəniyyətindən qat-qat yüksəkdir. Özümdə təbii belə bir sual yaranırdı : " rusların işlətdiyi dilin təxminən 40%-i türk sözləri təşkil etdiyi halda necə olur ki,onun mədəniyyəti yüksək olur?”. Əskəri xidmət zamanı gürcülər dilimə lağ etdiyi zaman mən onlara gürcü dilində işlədilən 10-15 türk sözünü dedikdən sonra onlar mənim fikrimin doğruluğunu qəbul etdilər. Rus,erməni və digər xalqların da nümayəndələrinə  mən məntiqlə fikrimin doğrulunu sübuta yetimişəm.Digər bir hadisə : Yenə əsgəri xidmət zamanı Volqaqraq şəhərində hərbi hospıtalda müalicə olunurdum. Bizimlə bir şöbədə diviziya komsomol təşkilat katibi, Kazan Universitetinin tarix fakultəsinin məzunu qalırdı. Bir sün söhbət əsnasında o yuxarıdan aşağı baxaraq mənə dedi ki, siz də çox danışmayın, hamınız alverçisiniz. Söz məni tutdu. Tarixlə maraqlanırdım. Qayıtdım ki, özün Universitetin tarix fakultəsini bitirmisən, yəqin ki, tarixdən xəbərin var. De görüm Rusiyada dövlət nə vaxt yaranıb? Dedi ki, bizim eranın IX əsrində. Dedim cox gözəl. Amma bizdə isə eramızdan əvvəl IX əsrdə. Təsdiq etdi. Dedim : dövlət sən bilən mədəniyyətin mövcudluğunun bir sübutudur. Təsdiq etdi. Məntiqi cəhətdən geri oturdulduğunu hiss edən rəqibim məndən üzrxahlüq etdi.Daha bir hadisə : Kimya biologiya təmayüllü 5 saylı internat məktəbdə dərs deyirdım. 80 – cı illərin əvvəli idi. Günlərin birində uşaqlar mənə dedilər ki, Nina Nikifirovna Danko sinifdə bizə dedi ki, sizin millət vəhşidir. Söz məni şapalaq kimi tutdu. Hamı da bilir ki, millətimin əleyhinə söz deyən adamla axıra qədər döyüşməyə hazıram. Bir müddət sonra axşam işdən çıxanda piyada indiki "Qara Qarayev” metrosuna sarı gedirdik. Yolda bir sərxoş rus ağzının yarısı palçığın içərisində uzanıb yatmışdı. Mən sərxoşu  ona göstərib dedim : Nina Kifirovna ( Murdar xasiyyəti olduğu üçün mən həmişə onu belə adlandırırdım. Digər bi səbəbi bu idi ki, illərlə  Azərbaycan bölməsində rus dili müəllimi işləyən bu qadın azərbaycan dilini bilmirdi. Əhsən bizə ! ) mədəni millət istirahət edir. Qadının gəngi qapqara oldu. Yanımdakı müəllim məndən soruşdu : buna nə oldu? Dedim : heç nə. Yüngülvari dərsini verdim. Mən demirəm bu millətin hamısı belədi. Lakin onların ən sadəsində belə bu fakir mövcuddur. Lenin buna "Böyük rus millətçiliyi” deyirdi.Bəs necə olur ki, o xalqların nümayəndələrinin coxunda bu fikir formalaşmışdır. Avropa xalqları da həmçinin. Şalvarı, stol və stulu, çəngəl, bıçağı, hamamı və digər əşya, ideyaları onlara gətirən türklər sonra az qala keçmişi olmayan bir xalqa çevrilmişlər. Bu taleyin hökmüdürmü, yoxsa türklərin öz səhlənkarlığı və yaxud aparıcı dövlətlərin alimlərinin məqsədyönlü siyasəti? Və nəhayət bu fikrə gəldim ki, Murad Hacının kitabından vaxtaşırı tərcümələr edib, öz əlavələrimlə yanaşı Sizə təqdim edim. Mənə aydın olan həqiqətlərdən Sizin də xəbəriniz olsun. Düzü kitabı hərfbəhərf tərcümə etməyi qarşıma məqsəd qoymamışam. Lakin, seçim şəkildə olan tərcümə bir az yığcam, əsasən ən vacib yerləri əhatə edəcək və oxucuları maraqlandıran, sadə danışıq dilinə yaxın olacaqdır. Öz əlavələrim isə mötərizə içərisində veriləcəkdir. İndi isə türklər demişkən "qolay gəlsin”.    

Qədim türklər və müasir Avropa

 


Birinci söhbət 

Yovşan – xüsusi bitkidir. Yalnız tək-tək insanlar onu qiymətləndirə bilir. Mənim üçün onda elə bil Vətənimin bütün ətri öz əksini tapıb. O elə bil köhnə, indi isə yaddan çıxmış, tərk edilmış, vaxtilə Böyük Çöl və ya Qıpçaq Çölü ( Dəşti qıpçaq ) adlanan Vətəndən xəbər verir. Bizim əcdadlarımız vaxtilə uzaq yola çıxanda bir dəstə yovşanı  kiçik bir kisəyə qoyub boynundan asırdı ki, ona xoşbəxtlik gətirsin. Çölçü üçün yovşanın ətrindən doğma heç nə yox idi. Ondan sanki, Vətənin iyi gəlirdi. Bu iy onu geri çağırırdı. ( Cavanlığımda mən də yovşandan bir kiçik budaq kəsib dəftərimin arasına qoydum. Üstündən təxminən iyirmi il keçdi. Köhnə kitab və dəftərləri araşdıran zaman həmin dəftərə rast gəldim. Dəftəri açdım, məni yovşan ətri vurdu. Təsvir edilməz iy idi. Elə bil yovşanı dünən dəftərin arasına qoymusan. Bu neçə ildə yovşanın ətri azacıq da olsa azalmamışdı. Məni elə bil bu ətur ovsunlamışdı. Ondan sanki, rayonun, kəndimizin, köhnə, indi  isə çoxdan sökülmüş evimizin, uşaq vaxtı qarış – qarış gəzdiyim Şirvan düzənliklərinin, yemliyin, biyananın, yemşanın, yulğunun ətri gəlirdi. Söz tapmaqda çətinlik çəkirəm. Məni qəribə bir hiss bürümüşdü. Ona görə müəlliflə tam razıyam. Bəlkə də yazıçı bu hissi, münasibəti az təsvir edir. Nə isə...)Təəsüf ki, indi  demək olar ki, insanı cəlb edən o ecazkar ətir unudulmuşdu. Bizə o ətri unutdurmuşdular. Biz çox şeyi unutmuşuq - əcdadlarımızı, əsil – nəsilimizi, özümüzü.... Böyük Çöldə uzaq qohumuna şad xəbər çatdırmaq üçün , vətənə qayıdacağı haqqında məlumat vermək üçün, məktub deyil, bir dəstə yovşan göndərərdi....IV əsrdə bizim xalq cəsarətlə Avropanın tarixi səhifəsini çevirdi – o xalqların coxunu Roma əsirliyindən xilas etdi, onlara azadlıq verdi... Bizim xalq, yalnız bizim xalq bütpərəst Avropaya indiki dini simvolları gətirdi, onlar Səmavi allah haqqında eşıtdilər, indiki dualarını öyrəndilər. Məhz türklər Avropalılara yeni dəmir istehsalını, onu əritməyi, ondan alət, silah və s. istehsal etməyi öyrətdilər. Məhz Altaydan gəlmiş adamlara baxaraq avropalılar yubkadan əl çəkib şalvar geyməyə başladılar.... Yakutiyadan tutmuş Qərbi Avropaya qədər onlarla xalq türk dilində danışır. Hətta Afrikada, Tunisdə, Mərakeşdə kəndlər var ki, orda türk dilini eşidirsən. O xalqların içərisində ən tanınmışı Türkiyədə yaşayan 50 ( 65 milyondan yuxarı ) milyonluq türkdür. Türkiyə bu gün dünyada  özünə layiq yer tutur və dünya bu ölkə haqqında hər şeyi bilir Amma, tofalar haqqında ( bir neçə yüz nəfər) bunu demək olmaz. Bir neçə kənddə sığacaq bu xalq haqqında çox az adam eşidib. Ucqar Sibir tayqasında məskunlaçmış bu xalq hətta qonşuları haqqında da heç nə eşitməmişlər. Lakin demək olar ki, ən qədim türk dilini onlar qoruyub saxlamışlar, ən təmiz türk qanı da məhz onlarda, tofalardadır. Onlar əsrlər boyu  digər xalqlardan təcrid olunmuş şəkildə yaşamış, cox az halda onlarla əlaqə saxlamışlar. Ancaq, buna ehtiyac yarananda.Türk dünyası genişdir, ölçüyə gəlməzdir..... Orda elə xalqlar var ki, uzun müddətdir ki, öz dillərini və tarixlərini unutmuşlar, lakin əcdadlarının xarici görünüşünü və adət - ənənəsini çox gözəl qoruyub saxlamışlar : ukraynalılar, bolqarlar, serblər, xorvatlar, rusların çox hissəsi, fransızlar, almanlar, ingilislər ... Elələri də vardır ki, heç nəyi unutmamışlar, hətta tariximizin uzaq səhifələrini belə gözəl xatırlayırlar və onları öz əfsanələrində, mahnılarında, nağıllarında yaşadırlar. Düzü, başqa xalqlarla qonşuluqları onların xarici görünüşündə öz əksini tapmışdır : qazaxlar, qırğızlar, tuvalılar... Onların surətləri, sifət quruluşu əcdadlarının sifət quruluşuna az oxşayır, lakin daxili aləmləri qədim dövrün qiymətli inciləri ilə doludur.Bu "rəngarəngliyi” necə qiymətləndirək. Xeyirdirmi, yoxsa ziyan? Bəladırmı, yoxsa xoşbəxtlik?Dünyada heç bir dil türk dilində olan şivə qədər dialektə malik deyil. Xalqın qanı bir, ancaq danışıq dili müxtəlif. Niyə?Cavab vermək o qəqər də sadə deyil. Baxmayaraq ki, hadisələrin hərəsinin özünəməxsus izahı var.Təəsüf ki, həmişə xalqların və ölkələrin tarixini siyasi nöqteyi nəzərindən, siyasətə uyğun yazmışlar. Bir çox hallarda  siyasətçilərin təzyiqi ilə tarixi əsərlərdə Həqiqət təxəyyülün məhsulu qarşısında geri çəkilmişdı. Ola bilər ki, məhz bu səbəbdən həqiqi türk tarixi indiyə qədər yazılmamışdı, yazılanlar isə yalnız ayrı – ayrı fraqmentlərdir. Ətrafda yalan dənizi... Lakin, xalqsız Tarix  olmur, tarixsiz də Xalq.Tarixə siyasətin mahiyyətini əks etdirən Göbbelsin məşhur deyimi məlumdur: xalqın əlindən tarixini al – bir nəsildən sonra o kütləyə çevriləcək, daha bir nəsil keçdikdən sonra onu sürü kimi idarə etmək olar.... Çox tanış vəziyyətdir, eləmi? Görünür biz çoxdan qula çevrilmişik Özümüzün bundan xəbəri olmayıb ki, necə!Bizim alimlər SovİKP-nin tarixini öyrənir, lakin öz xalqının tarixlərini bilmirdilər. Rusiyada onu tədqiq etmək, ümumiyyətlə qadağan edilmişdi.Etiraz edib deyə bilərlər – az yazılmayıb. Düzdü. Lakin bütün yazılanlara inanmaq olarmı? Türk türkü tanımır, əcdadlarını yadından çıxarıb... Kiçik qəlpə özünü müstəqil,  bütöv xalq kimi  qələmə verir. Nə desən fikirləşib uydururlar.  Kumuk məsələn dissertasiya yazır ki, kumuklar böyük çölün nəsillərindən meydana gəlməmiş, onlar Kumux kəndindən olan, türkləşmiş laklar və darginlərdir. Belə "elmə” ar olsun.Türkləri bir qayda olaraq türklər özü aşağılayırlar! Biz heç kəsi günahlandıra bilmərik. Əsəbiləşirəm, ona görə yox ki, mən kumukam, mənim əcdadlarım qıpçaqlar olmuşlar, ona görə ki, onların tarixi – bu mənim Tariximdir və başqası bizə lazım deyil....

Qədim türklər və müasir Avropa

 


Qonşu qaraçaylılarda başqa vəziyyətdir – onlar türkləri alanlara ( yəni irandilli osetinlərə ) aid edirlər, öz tarixlərini və bütün türklərin tarixini alanlardan başlayırlar. Onlar nəinki, türk dünyasının mənbəyinin Qaraçayda başlandığını sübut edir, güya qədim əcdadlarımız da orda yaşamışlar... Bu səfeh fikri oxuyanda nə olsun ki, adamın gülməyi gəlir, amma onlar minlərlə tiraj ilə nəşr edilmiş, bu "əsərlərin” təsiri altında uşaqları tərbiyə edirlər.Əlbəttə alimlərin heç də hamısı kor deyillər, lakin belə " elm " artıq, xalq ararsında yayılmışdır. Bu  "əsərlərin "sifarişçiləri yerlı hakimiyyətdə oturan məmurlardır. Onlara həqiqət yox, vəzifədə uzun müddət oturmaq imkanı əldə etməkdir. Öz məqsədləri naminə hər şeyə gedərlər. Dağıstan kumukları məhz bu yolla Qafqaz xalqları içərisində "yerli kökə” malik yalnız onların olduğunu " sübüt " edirlər.

Qədim türklər və müasir Avropa

 

Qaraçaylıların türk kökündən imtina etməsini bir insan kimi başa düşmək olar: onlar 40 – cı illərin soyqırımını – represiyanı unutmamışlar. Ona görə də özlərini yeni genosiddən xilas etmək üçün başqa üsul tapmışlar : osetinlərə yaxınlaşmaq – osetinlərə ki, Rusiyada heç vaxt toxunmamışlar. Beləliklə, kiçik hiyləgərlik böyük yalana çevrildi.Qorxu, qorxaqlıq, " kiçik hiyləgərlik” yerli türklərin qanına daxil oldu və burdan da elmdə, həyatda öz acı nəicəsini tapdı – həmişə kiməsə əyilmək, özünü alçaltmaq, kiməsə uyğunlaşmaq...Beləliklə, türklər Qürurlarını, Ləyaqətlərini, Dəyərlərini yadlarından çıxardılar. Axı, məhz  bu keyfiyyətlərə xalq hörmət edir.   



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 iyun 2013 10:42
    Nizami muallim çox dəyərli bir yazı yazdınız. Təşəkkürlər !  Xüsusilə məqaləyə verdiyiniz giriş, prosesi öz həyatınızda rastlaşdığınız hadisələrlə misallar çəkməyiniz, lori dillə əyani sübutlardır. Türk birliyi adına gözəl iş hazırladınız. Təsirli, fikirləşməyə və dərk etməyə məcbur edən bir yazıdır. Davamını gözləyirəm inşallah..........Sizə uğurlar !

  2. 10 iyun 2013 19:10
    Evvela size tewekkur edirem bu yaziya gore.Siz xalqimiza yuxaridan asagi baxanlara cox gozel cavablar vermisiz tutarli delillerle. Ruslar 17-18-ci esrde Xezeryani olkelerde ticaret edirdiler.Bu onlarin ne tez yadindan cixdi.Bir de sehv elemiremse qaracaylar cesur turklerin-xezerlerin soyundandir.Bir gun gelecek soylu turkler evvelki kimi dunyaya hakim olacaqlar!!!

  3. 11 iyun 2013 09:51
    Nizami müəllim,çox sağ olun dəyərli fikirlərinizə görə.Xalqımızı aşağılayanlara layiq olduqları cavabı vermək bəyəniləsi bir işdi. Amma bildiyim qədərilə bu gün Murad Hacı dünya çapında ciddi bir tarixçi kimi qəbul olunmur. Tələbəlik illərimdə mən onun "Qıpçaq çölünün yovşanı" əsərini oxuyub çox fərqli hisslər keçirmişdim.Amma daha sonralar, həyat təcrübəm və mütailəm genişləndikcə bu əsərin tarixdən daha çox bir fantaziya olduğunu dərk elədim.Biz xalqımızı və millətimizi sevməli onu hər zaman ləyaqətlə təmsil etməli,tariximizə sahib çıxmalıyıq. Amma bunu, "dünyada nə yaxşı varsa hamısı bizimdir,biz yaratmışıq" düşüncə tərzi ilə etməməliyik. Bu cür təfəkkür tərzi bizim xeyrimizdən daha çox zərərimizə işləyər məncə.

  4. 11 iyun 2013 11:10
    Hörmətli müəllimlər mən heç də sizinlə polemika aparmaq fikrində deyiləm. Mən hətta Murad Acının (yazıdakı səhvimlə əladədar üzr istəyirəm ) özü ilə də mübahisə etmək fikrım yoxdur. Məni maraqlandıran tarixi faktlardır. Tarixdə Metenin Çinə hücümü olmuşdurmu, Atilla Roma ilə vuruşmuşdurmu, peçeneqlərin paytaxtı Xarkov şəhəri olmuşdurmu. Altaydan gəlib Avropanı tutmuşdularmı, öz mədəniyyətlərini vəhşi Avropa xalqlarına qəbul etdirmişdilərmi? Əgər ruslar özlərinin olmayan tarixlərini hazırda aparıb er. Əvvəl V əsrə çıxarırlarsa, çinlilər 4min km divar çəkir, ancaq divarın o tayındakıları vəhçi adlandırır. Yəni ermənilər kimi olmayan yerdən tarix düzəldirlərsə niyə biz olanları deməyək. Sizə bir misal gətirim : 12 cildlik "İkinci dünya müharibəsi"tarixini almışdım. Ya 1994, ya 1995-ci il idi rus televiziyasının qarşısında bir qrup dediyiniz "məşhur taixçilər"oturmuş və kitabın baş-ayaq səhv yazıldığını söyləyir, dəfələrlə üzr istəyirdilər. Sizə də tövsiyəm budur, buna yaşım imkan verir, hər "məşhurun"sözünü quran ayəsi kimi qəbul etməyin. Saytda yazmışam müasir tarixi hadisəni düzgün yazmaq üçün həmin hadisədən ən azı 50-60 il uzaqlaşmaq lazımdır, kitabda deyildiyi kimi daha min il yox. Bununla mən Sizin fikrinizi dəyişmək demirəm, tarixdə mən bir şey qarşısında baş əyirəm. O da əlahəzrət faktdır. Rəylərinizə görə təşəkkür edirəm.

  5. 11 iyun 2013 18:33
    çox gözəl yazidi

  6. 11 iyun 2013 19:48
    cooc gozel meqaledi yazan elleriniz var olsun sizlerden 1xaishimde var.Zehmet olmasa vakant yerlere muellim qebulu ucun kecirilen imtahan haqqinda etrafli melumat yarlewdirerdiz saytda. Hemin imtahana ne tip suallar duwur bu haqqda melumat verseydiz sevinerdim Qeyd edimki Inwallah bu ilki imtahanda ozumu sinayacam Tarix muellimesi olmaq ucun Onceden tewekkurler...

  7. 3 iyul 2013 17:00
    tesekkurler!!!

  8. 16 noyabr 2013 21:16
    yalanda yazirda tesjler.he oxumurlea

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.