Tarixi bilgilər-4

Tarixi bilgilər-4

 

2000-ci ildən etibarən Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin doğum günü münasibətilə hər ililn may ayında "Gül bayramı" keçirilməkdədir. Qeyri-rəsmi səviyyədə qeyd olunan bayram ilk vaxtlarda mayın 11-dən qeyd olunmuş və həmin tarixədək bayramın keçirilmə yeri dənizkənarı Milli Park olmuşdur. 2004-cü ildən isə bayram mayın 10-da başlayır və bir neçə gün davam edir. Ənənəvi ola
raq, hər il bayram vaxtı Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev Parkında müxtəlif növlərə aid çoxsaylı çiçəklərdən düzəldilmiş kompozisiyalar nümayiş etdirilir, konsertlər təşkil olunur. Bakı merinin 2012-ci ildə verdiyi müsahibədə Hollandiya, İtaliya, Fransa və Almaniyadan bayrama görə 116 ton çiçək gətirildiyi söylənmişdir. Güllərin ümumi sayı milyonu aşmışdı. Kompozisiyaların hazırlanmasında isə yerli ustalarla bərabər, avropalı dizaynerlərin də çalışdığı qeyd olunmuşdur.


Tarixi bilgilər-4

 Konstantin imperator olduqdan sonra Roma imperiyasının mərkəzini qərbdən şərqə köçürmək istədi. Çünki Qərbi Roma barbarların təzyiqinə tab gətirə bilmirdi. İlk hədəf kimi Çanaqqala (Troya ətrafı) düşünüldü, lakin bölgədə əsən sərt küləklər Konstantini bu fikrindən daşındırdı. Daha sonra doğulduğu Nis şəhəri barədə fikirləşdi, lakin bundan da imtina etdi. Sonda qədim zamanlarda yunan balıqçılarının koloniyası olmuş, gözəlliyi dillərə dastan olmuş Bizantium ərazisində (Bizansda) qərar tutdu. Ərazidə 6 ilə yaxın davam edən böyük quruculuq işləri aparıldıqdan sonra Bizans şəhəri yarandı. 11 may 330-cu ildə yeni şəhər tikintisinin başa çatmasına həsr olunmuş təntənəli mərasimdə Bizansa Nova Roma (Yeni Roma) adı verilmişdir. İmperator Konstantinin ölümündən sonra şəhər daha çox Konstantinopolis ("Konstantinin şəhəri") adlanmışdır. 1453-cü ildə isə Osmanlı sultanı Fateh II Mehmet şəhəri fəth etməklə, Bizans imperiyasını çökdürmüş və o zamandan etibarən şəhər İstanbul adlandırılmaqdadır.


Tarixi bilgilər-4

 U-2 uçağının ilk əməliyyatı barədə rusların etirazına məhəl qoymayan CIA mayın 1-də növbəti uçuş əmri verdi. Uçaq Aral gölü üzərindən Rusiyanı şaquli xətt boyu kəsib keçməklə Norveçə enməli idi. U-2-nin rus müdafiə sisteminə tuş gəlməyəcək qədər sürətli və yüksəkdə uçduğuna inanılsa da, Yekaterinburq üzərində CIA-in güvəndiyi dağa qar yağdı; ruslar əfsanəvi S-75 raketi ilə uçağı vurmağı bacardı! Pilot Frensis Pauers əsir alındı. CIA isə uçağın radarda yox olduğu andan etibarən "Rusiya üzərində bir meteoroloji uçağımız düşdü" açıqlaması ilə iz itirmək istədi. Lakin bilmədikləri şey vardı: pilot paraşütlə tullanarkən özünüməhvetmə sistemini işə sala bilmədiyindən uçaq, demək olar, salamat şəkildə rusların əlinə keçmişdi. Rusların vurub saldığı uçağın amerikalıların son texnoloji istehsalı sayılan casus uçağı olması aydınlaşanda gərginlik artmışdı. Pilotun canlı tutulması xəbəri ruslar tərəfindən yayımlandıqda isə CIA rəsmilərinin halı dəyişdi. Uçaqdan çıxan fotoqraflar və pilot Pauersin etirafları amerikalıları xəta üstündə yaxalamışdı. Xruşşovla Eyzenhauer arasındakı görüşmələr kəsildi, qarşılıqlı rəqabət gücləndi. 

On illik həbsə məhkum qalan pilot 1962-ci ildə böyük rus agenti Rudolf Abellə dəyişdirildi. Pauers vətəninə döndükdə uçağı məhv edə bilməməsi və sianidlə özünü öldürməməsi (bu, pilotajda ən adi prosedur sayılır) haqda tənqidlərə məruz qalmışdı.
Şəkil: Dizayner Kelli Conson və pilot Frensis Pauers U-2 uçağının qarşısında




Tarixi bilgilər-4

 9 may 1945-ci ildə Böyük Vətən Savaşı (1941-1945) başa çatmışdır. Savaş illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox oğlu və qızı cəbhəyə yollanmışdı. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton neft çıxarılmışdı. Təkcə onu demək kifayətdir ki, hər beş texnika maşınından dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Paylaşımın bu hissəsində faşizm üzərindəki qələbədə Azərbaycanın pay sahibi olmasından bəhs etdik. Savaşın ümumi gedişatını maraqlı formada izləmək üçün isə rusiyalıların hazırladıqları gözəl bir multimedia xəritəsini diqqətinizə təqdim edirik (F11 düyməsini sıxmaqla baxmağınız tövsiyə edilir), buyurun:



Tarixi bilgilər-4

 

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı «dağlarda toy» adlı hərbi əməliyyat keçirmişlər. Hücuma rəhbərlik edənlər arasında Robert Köçəryan, Zori Balayan və müdafiə naziri Vazgen Sərkisyan da vardı. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin birinci və ikinci cinahlarla irəliləyən qoşunЕще
-li tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir qəhrəman kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən o tankı vurmağa nail oldular. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. 

 

Şuşanın işğalı ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480 nəfəri həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi.

Mənbə Tarixi bilgilər









Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 oktyabr 2014 08:35
    ermenilerinn ta o vaxtdan bize tutdugu toyun borcunu heifki hele de qaytara bilmirik....!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.