Tarixi bilgilər-3

 

Tarixi bilgilər-3

 

 20 aprel 1841-ci ildə dünya ədəbiyyatı tarixində ilk dedektiv roman sayılan "Morq küçəsində cinayətlər" əsəri yayımlanmışdır. Müəllifi Edqar Allan Po olan roman parisli iki qadının vəhşicəsinə öldürülməsindən və bu cinayətin üstünün açılmasından bəhs edir. Süjet xəttinin əsas maraqlı yerləri qonşuların cinayətkarın fərqli dildə danışdığını söyləməsi ilə ifadələrinin üst-üstə düşməməsi, qətlin olduğu küçədə insana aid olmayan tüklərin tapılmasıdır. Edqar Ponun romanda istifadə etdiyi yazıçılıq dəst-xətti sonrakı dedektiv roman yazarları üçün açar olmuş, Şerlok Holms da daxil olmaqla, neçə-neçə tanınmış personajın yaradılmasında rol oynamışdır.[/b]


[/b]

 
Tarixi bilgilər-3

 19 aprel 1775-ci ildə Britaniya qoşunları ilə 13 amerikan koloniyasının silahlı qüvvələri arasında Leksinqton və Konkord döyüşləri baş vermişdir. 700 nəfərlik Britaniya ordusu məxfi döyüş tapşırığı əsasında kolonistlərin əlinə keçmiş silah ehtiyatlarının geri alınmasında iştirak etməli idi. Koloniyaçıların bacarıqlı kəşfiyyatçıları bu məxfi məlumatı əldə edərək, döyüş yoldaşlarına xəbər ötürmüş, onlar isə silahların yerini dəyişdirmişdi. Kəşfiyyatçılar həmçinin britaniyalıların döyüş planını da ələ keçirərək onlara qarşı müqavimətin təşkilinə hazırlaşdılar. İlk silahlı atışma 19 aprel səhəri olmuşdu. Britaniyalıların nizami ordusu sayca üstün olsa da, Konkorddakı Şimal körpüsü yaxınlığında 300 nəfərlik koloniyaçı Britaniya ordusunun 3 bölüyünü məhv etdi. Koloniyaçı polislər - minitmenlər yüksək döyüş məharəti ilə britaniyalıları Bostona geri çəkməyə məcbur etdilər. Hər tərəfdən axışıb gəlmiş koloniyaçılar Bostonda yığışmış britaniyalıları mühasirəyə almışdı. Leksinqton və Konkord döyüşləri Amerikadakı İstiqlaliyyət savaşının ilk döyüşləri sayılır. Bu döyüşlərdə koloniyaçıların qələbə qazanması onlara ruh yüksəkliyi bəxş etmişdi. Belə ki, Rauf Uoldo Emerson da müəllifi olduğu "Konkord Himni"ndə Şimal körpüsündəki döyüşü təsvir edərkən "bütün dünyaya yayılmış atəş səsləri"ni mədh etmişdi.[/b]

 
 
 
Tarixi bilgilər-3

 1806-cı ilin fevral ayında General Sisianovun şəxsən başçılıq etdiyi rus qoşunları general Zavelişinin dəstəsi ilə Bakı qala divarları yaxınlığında birləşdi. Qafqazın baş komandanı Sisianov Bakı qalasına hücum etməmişdən qabaq Bakı xanı Hüseynqulu xana məktub yazmışdı. Məktubda aşağıdakı şərtlər qoyulmuşdu: Bakı xanlığında dini inam saxlanılır, Hüseynqulu xanın nəsli əsilzadə kimi tanınır, məhkəmə işlərində Bakı komendantının iştirakı olmalıdır, gömrükdən başqa digər gəlirlər Bakı xanılığında saxlanır, Bakıda rus ordusunun evlə təmin olunması xanın öhdsəsində qalır, Bakıdan neftin və duzun başqa yerə getməsinə baş komandanın razılığı olmalı, Bakı xanı sadiqlik rəmzi kimi oğlunu girov verməlidir. Bakı xanı şərtləri pozarsa, onun hakimiyyətinə son qoyulacaqdır. Bakı xanı çarəsiz qalıb bu şərtləri qəbul etməli oldu.[/b]

Beləliklə, Bakının qala açarları Sisianova verildi. Fevralın 8-də onun şərəfinə qalada məclis quruldu. Məclisdə Sisianov və köməkçisi Aristov qəlyan çəkdikləri yerdə öldürüldülər. Onları Cənubi Azərbaycandan gəlmiş İbrahim bəy qətlə yetirmişdi. O, dərhal generalın başını kəsib onu İran vəliəhdi Abbas Mirzənin hüzuruna apardı. Bu xidmətin müqabilində "xan” adı aldı.
General Sisianovun öldürülməsi ilə bağlı başqa variant da mövcuddur. Sara Aşurbəyıli qeyd edir ki, Hüseynqulu xan 1806-cı il fevralın 8-də knyaz Sisianova şəhər açarlarını vermək üçün öz əyanları ilə birlikdə qaladan çıxdı. Sisianov açarları qəbul etdiyi vaxt qəfildən xanın əhatəsində olan şəxslər tərəfindən öldürüldü. Onun başı kəsilib qalaya, sonra isə İrana – Fətəli şaha göndərildi. Sisanovun öldürülməsi ilə bağlı birinci variant tarixçilər tərəfindən daha çox dəstəklənir .
 
 
 
Tarixi bilgilər-3

 

 Sisianov öldürüləndən sonra rus ordusunda möhkəm çaxnaşma yarandı, ordunun bir hissəsi müxtəlif istiqamətlərə yayıldı. Qalan hissəsi isə geri çəkildi. Maraqlı budur ki, Sisianovun başsız cəsədini erməni keşişi Danil aradan çıxarmış və kilsədə basdırmışdı. Bu satqınlıq xidməti heç də təsadüfi görülməmişdi. Sisianovun azərbaycanlılara qarşı düşmənçilik, işğlaçılıq fəaliyyətində əsas rol oynayan keşiş Danil satqınlığa görə yəqin ki, ondan çoxlu bəxşiş almışdı. [/b]

Əlbəttə, rus çarizmi Bakıda yaranan vəziyyətə biganə qala bilmədi. Tezliklə Azərbaycana general Bulqakovun başçılığı ilə böyük qoşun göndərildi. Yeni qoşun başçısının gəlişini eşidən ermənilər daha çox sevindilər. Erməni keşişi Danil daha da fəallaşdı. O, Bulqakova Sisianovun başsız cəsədi barədə məlumat verdi. Belə çətin bir vəziyyətdə Hüseynqulu xan İrana qaçmaqla canını qurtardı. Bununla da onun hakimiyyətinə son qoyuldu. Bakı şəhəri rus qoşunları tərəfindən tutuldu. Yeni baş komandan erməni keşişinin bu xidmətini yüksək mükafatlandırdı. General Sisianovun başsız bədəni Tiflisə aparıldı və orada dəfn edildi.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 aprel 2013 09:09
    baki xanilgi cox maraglidi wink

  2. 9 oktyabr 2014 16:22
    bu xanlarin,şahların canlari şirin gələndə aradan çixmaqları da adət olub

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.