Gizli tarix-4

 

Gizli tarix-4

 

 

 

Lənətlənmiş çörək 
Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il, avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər "mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə: 
-Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. — deyə yalvardı. 
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün "lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər. 
Üzərindən 59 il keçdikdən sonra CİA (Amerika Kəşfiyyat İdarəsi) arxivlərini incələyən Albarelli adlı jurnalist hadisənin AKİ-nin "beynin idarə olunması” adlı təcrübəsinin bir hissəsi olduğunu iddia etdi.İddiaya görə, AKİ kəndin çörəklərinə "LSD” adlı kimyəvi maddə qatıb və nələr baş verdiyini müşahidə edib. Mütəxəssislərə görə, LSD qəbul edən insanlara təlqinlə istənilən işi gördürmək olar. Ehtimal olunur ki, son illərdə kamikadzelərin hazırlanmasında bu maddədən istifadə edilir.




Gizli tarix-4

 

 

Ürək həbləri ağır xatirələri unutdurura bilər Hollandiya alimlərinin dediyinə görə, adi ürək həbləri ağır itki və ya psixoloji travma keçirmiş insanlara sarsıntı və dərdlərini unutmağa kömək edə bilər.Alimlərin qənaətinə görə, həmin həblərdə olan beta ünsurlərı ağır xatirələri blokadaya alaraq onları hafizədən tədricən silir.Öz araşdırmalarında alimlər 60-a qədər adam üzərində müşahidə aparıblar. Həmin elmi araşdırmanın nəticələri «Nature» — Təbiət dərgisində dərc olunub.Bununla belə, ingilis alimləri hollandiyalı həmkarlarının araşdırmasına bir qədər şübhə ilə yanaşırlar.Onların fikrincə, ağır xatirəni silmək — arzuedilməz xalı götürmək deyil; bu, insanın şəxsiyyətini dəyişə bilər.Bundan başqa, ingilis alimlərinin dediyinə görə, mənfi xatirələr və sarsıntılar mühümdür, belə ki, onlar insanlara öz səhvlərindən öyrənməyə və nəticə çıxarmağa imkan yaradır.Digər tərəfdən isə, İngiltərə alimlərinə görə, bunun cəmiyyət üçün mənfi təsiri ola bilər.Əgər, məsələn, zorlama qurbanı həb qəbul edərək onun başına gələnləri unudarsa, deməli, o, onu zorlayan şəxsə qarşı ifadə verə bilməyəcək və həmin şəxs cəzasız qalacaq



Gizli tarix-4

 

 

İlk avropalılar kim olub? 
Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. «Nature» dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var. Qədim qalıqlar İspaniyanın şimalında, Burqos şəhəri yaxınlığındakı Atapuerka təpələrindəki bir mağarada aşkar edilib.Tarixləndirmə texnologiyaları vasitəsi ilə müəyyən edilib ki, həmin daşlaşmış çənə və dişlərin bir milyon 200 min yaşı var. Qalıqlarla birgə bir neçə daş aləti də tapılıb.Avropada məlum olan ən erkən insanın tarixi son vaxtlar daim geriyə atılır. Son onilliyə qədər hesab olunurdu ki, yer üzündə ən qədim insan təxminən yarım milyon il bundan əvvəl yaşayıb.Amma son illərin arxeoloji tapıntıları insanın bundan da erkən tarixi dövrlərdə yaşadığına dəlalət edir.Bu son tapıntının bizim birbaşa əjdadımızın qalıqları olub-olmadığı isə ayrıca bir məsələdir.Avropada aşkar edilmiş erkən homosların, müasir insanın yoxsa artıq yoxa çıxmış neandertalın və ya hər ikisinin əcdadı olub-olmaması ətrafında mübahisələr hələ də davam edir.



Rusiyada türk dövlətləri 

XIII əsrin 40-cı illərində Şərqi Avropada Qızıl Ordu dövləti yarandı. Qızıl Ordu dövlətinə aiddir:
* Rus knyazlıqlarının vassal olması;
* Paytaxtlarının Saray-Batı və Saray-Bərkə olması;
* Feodal dövləti olması;
* İmtiyazlı şəxslərin tarxan adlanması;
* Xan tərəfindən idarə edilməsi;
* Məhsul və pul vergilərinin baskaklar tərəfindən toplanması;
* Torpağa sahib olmaq üçün verilən fərmanın yarlıq adlanması;
* Özbək xanın dövründə islamın rəsmi dinə çevrilməsi(1313-1342-ci illər);
* Kulikovo döyüşündə Moskva knyazlığlına məğlub olması(1380-ci il);
* ToxtamışMoskvanı ələ keçirməsi (1382 -ci il);
* Terek döyüşündə Toxtamışın Əmir Teymura məğlub olması (1395-ci il);
* "Uqra görüşü”ndə məğlub olması (1480 - ci il);
* Süqut etməsi (XVI əsrin əvvəlləri).

Qazan xanlığı (XV əsrin I yarısı -1552-ci il)
Qazan xanlığına aiddir:
* XV əsrin I yarısında Qızıl Ordudan ayrılaraq müstəqil olması;
* Ulu Məhəmməd tərəfindən qurulması;
* Xan tərəfindən idarə edilməsi;
* Suzdal döyüşündə Moskva knyazlığının məğlub edilməsi (1444-cü il);
* Moskva knyazlığının hücumuna məruz qalması (1487-ci il);
* İrsi məşvərətçilərin kərəçlər adlanması;
* Rusiya tərəfindən istila edilməsi (1552 -ci il) 

Həştərxan xanlığı (XV əsrin I yarısı-1556)
Həştərxan xanlığının əssını Qasım xan qoymuşdur. Silahlı qüvvələrə kalqa rəhbərlik edirdi.1556-cı ildə Həştərxan xanlığına Rusiya son qoymuşdur.

Sibir xanlığına aiddir:
* İbak xan tərəfindən qurulması:
* Paytaxtın Tümen və Kaşlıq şəhəri olması;
* Moskva knyazlığından asılı hala düşməsi (1555-ci il);
* "Qara camaat”ın yasaq vergisi ödəməsi;
* İslam dininin rəsmi din kimi qəbul edilməsi (XV-əsrin ortaları);
* Kuçum xanın Rusiyaya xərac verməkdən imtina etməsi (1571-ci il);
* Straqanovlar ailəsinin hücumuna məruz qalması;
* Yermakin hücumuna məruz qalması (1581-ci il);
* Rusiya tərəfindən istila edilməsi (1598-ci il).

Krım xanlığına aiddir:
* Gəraylar sülaləsi tərəfindən idarə edilməsi;
* Paytaxtının Baxçaray şəhəri olması;
* Osmanlının vassalına çevrilməsi (1478-ci il);
* Divanın fəaliyyət göstərməsi;
* Xanın varislərinin gəray adlanması;
* Kiçik Qaynarca sülh müqaviləsindən sonra müstəqil olması (1774-cü il);
* Rusiya tərəfindən işğal edilməsi (1783-cü il).

Qeyd:Qızıl Ordunun zəifləməsi nəticəsində XV əsrin I yarısında Şimali Qafqazda Noqay Ordası ya
andı. Noqay Ordası uluslara bölünürdü.


Mənbə:  Gizli tarix





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 aprel 2013 21:58
    tewekkurler cox maraqliydi,bilmediklerimi orgendim

  2. 2 aprel 2013 23:38
    rusiyada turk dvletleri movzusunu yaxsi isdemisiz.beyendim admin coxsagolun.tarix.infonun azerkesiyem ve her gun bu sayti izleyirem.

    2003-2013 cu illerin azeribaycan tarixinin muasir dovrunun en muhum hadiselerini xronoloji sekilde vermeyinizi rica edirem.evvelceden tesekkurler

  3. 3 aprel 2013 14:16
    cox maraqliydi,sagolun wink

  4. 3 aprel 2013 20:11
    salam maraqli idi sag olun.sizden bir xahisim var.men burda oz xeberimi nece yerlesdire bilerem?

  5. 3 aprel 2013 20:49
    ozunuz rey isteyirsiz,bes siz admin niye verilen reyelere munasibet bildirmiz

    Hormetli Napoli Hansi sualinizi deyirsiz Buyurun Men daha cox shexsi ismaricla cavab verirem Sizi unutmushamsa baqishlayin buyurun

  6. 4 aprel 2013 11:07
    Allah bagislasin hormetli admin.2003-2012ci illerin Azerbaycan ve Dunya tarixinin en muhum hadiselerinin xronologiyasini vermeyi rica edirem.zehmet olmasa admin

    Hormetli Napoli ! Men calisharam onlari yerleshdirim Lakin zaman lazim inanin vaxt az olur Saytla maraqiniz ucun teshekkur edirem !

  7. 4 aprel 2013 13:36
    MARAQLI IDI SAGOLUN

    --------------------

  8. 4 aprel 2013 15:38
    maraqlidir..twkrler smile

  9. 4 aprel 2013 17:11
    COX MARAQLIDI SAGOLUN...

  10. 4 aprel 2013 20:42
    Siz sagolun bu sayta gore.Basa dusurem hormetli admin.Allah size 1ci cansagligi ve 2cisi ise yorulmazlig arzu edirem

    Teshekkur edirem deyerleriniz ucun !

  11. 5 aprel 2013 17:28
    coox maraqli melumatlaridi eliniz qolunuz agrimasin

  12. 6 aprel 2013 16:58
    heqiqeten maraqli idi.twkler.

  13. 6 aprel 2013 22:15
    OXuDum MAraqli Melumat iDi. TeweKKurLEr..

  14. 7 aprel 2013 21:18
    tongue maraqld ancaq bzilrini bilirdim

  15. 8 aprel 2013 20:16
    maraql mlumatdr smile fellow no tongue bully laughing recourse wassat angry winked feel love sad what wink belay lol request crying

  16. 8 aprel 2013 22:06
    salam.maraqli melumat idi . sag olun

  17. 9 aprel 2013 19:12
    maraqli idi . wink belay lol winked smile fellow no

  18. 12 aprel 2013 19:08
    Tesekkur edirem,muellimim,cox maraqlidi,Allah sizden razi olsun

  19. 2 yanvar 2014 01:45
    MARAQLIDIR COX SAGULUN

  20. 2 yanvar 2014 09:58
    sozun heqqi menasinda qizil ordu dovletini emelli bawli tekrar etdiim..coox sagolun..

    --------------------

  21. 14 avqust 2014 09:29
    bilmediklerimizi oyrendik cox sagolun

    --------------------

  22. 1 noyabr 2014 02:09
    tesekkulerimi bildirirem.ela idi,maraqli idi,cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
    ooooooooooooooooox sag olun.yorulmayasiz

  23. 1 noyabr 2014 22:39
    Tesekkurler.Cox maraqli idi.

  24. 12 noyabr 2014 13:39
    Cox maraqli idi smile wink

  25. 1 fevral 2015 14:34
    çox maraqlıdır çoooox tskkkkkk

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.