Tarixi bilgilər-2

 

Tarixi bilgilər-2

 

 

 

Eramızdan əvvəl 45-ci il martın 17-də Yuli Sezarla mühafizəkar respublikaçılar arasında son döyüş baş vermişdir. Farsal və Taps döyüşlərindəki məğlubiyyətlərdən sonra respublikaçılar Cənubi İspaniyaya sıxışmışdılar. Sezar onları təqib etməklə, Munda şəhəri yaxınlığındakı qalayadək gəlmişdi. Hər iki ordu qalanın yerləşdiyi maili təpəcikdə qarşı-qarşıya gəlmişdi. Sezarın ordusu 8 legion və 8 min süvari, müttəfiq qoşunları isə 13 legion, 6 min süvari və 6 min piyadadan ibarət idi. Qney Pompey (Böyük Pompeyin oğlu, Gənc Pompey) ilk cəhdlə ordusunu təpədən aşağı endirib, Sezarı tələyə salmaq istəsə də, baş tutmamışdı. Sezar orduya əks-hücum əmri vermiş, lakin heç bir tərəf üstün olmamışdı. Döyüş elə qızğın məcrada getmişdi ki, hər iki tərəfin ordu başçıları əmrverici mövqedən məhrum olaraq, döyüşçülərin içərisinə qarışmışdı. Məhz bu səbəbdən Sezar Munda döyüşündən sonra "Hər dəfə qələbə üçün vuruşdum, bircə Mundada öz canımı qorumaq üçün vuruşdum" söyləmişdi. Mövqeyini bərpa edən Sezar ən güvəndiyi X legionla birgə respublikaçıların sol cinahına hücum etmiş, Gənc Pompey isə sağ cinahdan sol cinaha keçməli olmuşdu. Pompeyin bu cinah dəyişməsindən sonra respublikaçıların sağ cinahı zəifləmiş və Sezarın süvariləri döyüşün gedişini dəyişəcək hücuma atılmışdı. Sezarın müttəfiqi Mavritaniya kralı Boqudun dəstələri Pompeyin düşərgəsinə arxa tərəfdən hücuma keçdikdə, respublikaçı süvarilərin komandiri Tit Labien atlılarla birgə bunun qarşısını almaq üçün geriyə dönmüşdü. Bu hərəkətlə çaş-baş qalan respublikaçı əsgərlər Tit Labienin qaçdığını düşünmüş və həvəsdən düşmüşdü. Artıq respublikaçı legionların döyüş cərgəsi də pozmuşdu. Onlardan bəziləri qaçıb, qalaya girə bilmişdi. Döyüşün sonunda Pompeyin ordusundan 30 min əsgər cəsədi vardı. Sezarın da itkisi buna bərabər miqdarda idi. Döyüşdən sonra qala da alınmış, əli silah tutan kişilər öldürülmüş və 14 min nəfər əsir edilmişdi. Tit Labien döyüşdə ölmüşdü. Düşməni olmasına baxmayaraq, Sezar onun şərəfli dəfn mərasimi ilə basdırılmasına icazə verdi. Pompey isə qaçmaq istəyərkən tutulmuş və edam edilmişdir. Respublikaçılar cəbhəsinin bu ciddi tələfatından sonra Sezar üçün Roma diktatoru olmaq yolunda heç bir maneə qalmadı.

 

Tarixi bilgilər-2

 

 

1565-ci il martın 16-da ispan konkistadorlarla Flippinin Bohol adasının yerli xalqı arasında Sanduqo adlı mərasim təşkil olunmuşdur. "Sanduqo" yerli bisay dilində "tək qan" ("eyni qanlı") deməkdir. Mərasim zamanı ispanların komandanı Migel Leqaspi ilə yerli tayfa başçısı Datu Sikatuna şərabla dolu eyni qaba öz qanlarını axıdaraq, birlikdə içmişlər. Qanlı müqavilə kimi xatırlanan bu mərasim hər iki tərəf üçün xüsusi önəm daşıyırdı. İspanlar Sanduqo sayəsində özlərinə nüfuz qazanıb, oralarda möhkəmlənmişdilər. Leqaspiyə lazım idi ki, yerli xalq onun dənizçilərinin portuqal yox, ispan olduğunu anlasın. Çünki belə olmasa idi, 40 il öncə buralarda qətlə yetirilmiş Magellanın və ekspedisiyasının aqibətini yaşayacaqdılar. Yerlilər isə güclü düşmən hücumundansa, sazişi üstün tutmuşdu. Sanduqo flippinlilərlə ispanlar arasında imzalanmış çoxsaylı dostluq müqavilələrinin birincisidir. Məhz bu əhəmiyyətinə görə flippinlilər həmin tarixi milli tarixlərinin başlanğıcı sayır. Bohol adasının iki əyalətinin rəsmi bayraqlarında da Sanduqo təsviri verilmişdir. Flippində hər ilin iyul ayında Sanduqo şərəfinə rəqslərlə müşayiət olunan şənliklər təşkil olunur.



 

Tarixi bilgilər-2

 

 

 

1892-ci il 15 martda amerikan ixtiraçı Cess Reno eskalatorun ixtirasını patentləşdirmişdir. İlk eskalator bundan 2 il sonra Nyu-Yorkun Koni-Aylənd (Coney Island) parkında turistlər üçün attraksion kimi istifadəyə verilmişdir. İlk eskalator pilləkənsiz olub, hərəkətli, nazik döşəmədən düzəldilmişdi. Şəhərsalma tarixində əvəzsiz rol oynayan eskalatorlar lift və funikulyorlardan da üstündür, çünki digər iki vasitədən fərqli olaraq, fəaliyyətini dayandırdıqda onlardan ən azı pilləkən kimi istifadə edib, məsafəni qət etmək olur. Eskalator sözü də (latınca "elevator", fransızca "escalator") "hərəkətli pilləkən" deməkdir. Uzun müddət açıq yerlərdə istifadə edilən eskalator metrolarda ilk dəfə 1911-ci ildə Londonun Örls Kort (Earl's Court) stansiyasında quraşdırılmışdı. İnşaatçı dəstə eskalatora birinci təkayaqlı adamı mindirməklə sınaqdan keçirmişdi. Əgər o da yıxılmadan, çıxıb-düşə bilərdisə, deməli, eskalator işə yararlıdır. İctimaiyyətə açıldıqdan sonra eskalatorda yeriməyənlər sağ tərəfdə dayanır, hərəkət edənlər isə dayananların sol tərəfindən ötüb keçirdi. Dünya ölkələrində geniş yayılmış, eskalatorun sağ tərəfində dayanma ənənəsi də həmin vaxtlarda meydana gəlmişdi.


Tarixi bilgilər-2

 

 

Eramızdan əvvəl 216-cı ildə Kanna şəhəri yaxınlığında Roma qoşunları ilə Kartage (Karfagen) qoşunları arasında toqquşma baş vermişdir. Kartage ordsunun gənc komandanı Hannibal öz qoşunlarını romalılara qarşı aypara şəklində düzmüşdü. O, qabaq sırada gənc, cinahlarda isə təcrübəli yaşlı döyüşçüləri yerləşdirmişdi. Atlılar lap arxada gözləyirdilər. Roma ordusu 80 min piyada və 6 min süvaridən ibarət idi. Kartage ordusu isə 40 mindən bir az çox piyada və 14 min süvaridən ibarət idi. Hannibal gözlədiyi kimi, romalılar Kartage qoşunlarının mnərkəzi hissələrinə hücum etdilər. Kartagenin gənc əsgəri hissələri tab gətirməyib, geri çəkildilər. Əksinə, təcrübəli döyüşçülərin düzüldüyü cinahlar Roma qoşunlarını sıxışdırıb hər tərəfdən mühasirəyə aldılar. Vuruşmanın 12 saatı ərzində Roma ordusu görünməmiş tələfata düçar oldu; 54 min nəfər öldürüldü, 18 min nəfər əsir alındı. Ölənlər içərisində konsul Emili Pavel də vardı. Terensi Varron isə qaçıb xilas oldu. Kanna döyüşü hələ qədim vaxtlar misilsiz döyüş əməliyyatı kimi qiymətləndirilirdi. Tit Livi, Dion Kassi, Plutarx, Appian və Polibi kimi tarixçilər də bunu qeyd etmişlər. Bu vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur. Hannibalın Romaya hücumundan qorxan Senat təcili qüvvə toplamağa başladı.


 

Tarixi bilgilər-2

 

 

 

Bədr döyüşündə Qureyş ordusu say, silah, təcrübə və maddi imkan baxımından müsəlmanlardan üstün olduğu kimi, olduqları yer də savaşmaq üçün daha əlverişli idi. Ancaq səhərə yaxın yağan yağış üzərində rahat gəzilə bilməyən qumlu torpağı sərinlətmiş və müsəlmanların su ehtiyacını ödəmişdi. Beləliklə, müsəlmanlar ruh yüksəkliyi qazanmış, Allahın yardımına arxalanıb döyüşə hazırlaşmışdı. Qureyş ordusu isə getdikcə müsəlman ordusuna yaxınlaşırdı. Muhəmməd peyğəmbər döyüş başlamazdan əvvəl Əbu Bəkrlə birgə kənara çəkilərək "Ey Rəbbim, indi Qureyşlər Sənə meydan oxuyaraq, göndərdiyin elçini də yalan sayaraq, böyük təkəbbür və əzəmətlə üzərimizə gəldi. Sənin dinini yox etmək üçün gəldi. Ya Rəbb, mənə vəd etdiyin zəfəri bəxş elə! Allahım, onların son vaxtı sabah olsun. Bu bir ovuc mömin yox olarsa, bu gündən sonra Yer üzündə Sənə ibadət edəcək heç kim qalmaz” deyə dua etmişdi. 
Artıq döyüş qızışmış və müşriklər hücuma keçmişdi. Müsəlmanlar müqavimət göstərdilər və müşrik ordusunu inanılmaz məğlubiyyətə düçar etdilər. Qureyş ordusu 70 ölü, 70 əsir verməklə döyüş meydanından qaçdı. Öldürülənlərdən 24-ü müsəlmanlara ən çox düşmənlik edən Qureyş böyükləri idi. Savaşın baş komandanı Əbu Cəhl də ölənlər arasında idi. Müsəlmanlardan şəhid olanlar isə 14 nəfər idi. Bədr qələbəsi Mədinə üçün bayram sevinci oldu, Məkkə isə matəmə büründü. Əbu Ləhəb adlı başqa bir İslam düşməni isə bir həftə sonra üzüntüdən öldü. Fəqət müsəlmanlar sevinməsin deyə qureyşlər yas tutmadılar. Müsəlmanlar tərəfindən asir alınanlar fidyə qarşılığında azad edildi. Fidyəni ödəməyənlər isə hər biri mədinəli 10 uşağa oxuma-yazma öyrədərək, azadlıqlarına qovuşdu.
Bədr döyüşü İslam tarixinin sağlam təməllər üzərində qurulmasına yol açdı. Bədr savaşında vuruşan hər müsəlman Əhli-Bədr adlanırdı. Bu adlandırılma İslam tarixində bənzəri olmayan ifadə idi. Digər savaşlarda belə bir ifadə işlənməmişdi. İslamın bir çox yeni hökmü ilə Bədr döyüşünün yaxın əlaqəsi vardır. Bunlardan biri müsəlmanları maraqlandıran həyat


[/b]

Mənbə:[/b]

Tarixi bilgilər




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.