Azərbaycanda ilk dəfə...

 

Azərbaycanda ilk dəfə...

 

 

 

Neft sənaye üsulu ilə ilk dəfə olaraq Azərbaycanda çıxarılıb


1847-ci ildə dünyada ilk dəfə olaraq Bibiheybətdə, sahildən 30 m məsafədə dənizdə qazılmış əl quyusundan neftin fontan vurması denya tarixinə neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcı kimi yazıldı. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınır və həmin ildən də Azərbaycan neft sənayesi inkişaf etməyə başlayır. Mexaniki üsulla quyuların qazılması texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqlarıaşkar edilir (Binəüədi, Pirallahı a., Suraxanı və s.) neft hasilatı artır, neft sənayesinin infastrukturu və neftin emalı inkişaf etmıyı başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərləfirmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır. Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. 1871-ci ildə ilk dəfə Abşeron yarımadasında "Balaxanı-Sabunçu-Ramana” yatağının sənaye üsulu ilə istismarı başlanır. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və "İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması” adlı iki qanun qəbul edilir.
31 dekabr 1872-ci ildı neftli sahələrin ilk olaraq satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur.


Neftayırma prosesində soyuduculardan ilk dəfə Azərbaycanda istifadə edilib


1847-ci ildən neft mexaniki üsulla qazılaraq hasil edilməyə başlanır və 1920-ci ilə kimi davam edir. 1859-cu ildə dünyanın sənaye mərkəzlərindən birinə çevrilən Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirir və həmin zavodda dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edilir. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.


Neft qazlarından sintetik kauçuk ilk dəfə Azərbaycanda alınıb.

[/i]
[i]İlk dəfə 22 elmin inkişaf tarixi haqqında icmal Azərbaycanda yazılıb.

[/b]


İlk dəfə dördxlorlu metan (karbon dörd xlorid) Azərbaycanda istehsal edilib.


[b]İlk dəfə yüksək oktan ədədli izopropilbenzol Azərbaycanda istehsal olunub.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 fevral 2013 18:16
    Sehv etmiremse neft ilk defe 1873-cu ilde fontan vurmusdur

  2. 3 may 2014 15:18
    Maraqlı məlumatdır, lakin hesab edirəm ki, bəzi düzəlişlərə ehtiyac vardır. Belə ki, dünyada ilk dəfə mexaniki üsulla neft quyusu Azərbaycanda 1847-ci ildə deyil, 1848-ci ildə (ABŞ-dan 11 il əvvəl), rus mexaniki Semyonov tərəfindən qazılmışdır. Mexaniki üsulla neft qazılması 1920-ci ilədək davam etməmişdir. 1871-ci il buruq üsulu ilə, 1873-cü ildə fontan üsulu ilə neft üsulu ilə neft quyusu qazılmasına başlanılmışdır. 1873-cü ildən neft quyularının qazılmasında buxar mühərriklərindən istifadə edilmişdir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.