"B" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"B" hərfi ilə başlayan anlayışlar

Babil
– Bab-ili "Allahın qapısı”.İkiçayarasında salınmış Babil şəhəri.

 

Bac – sənətkar və tacirlərin ödədiyi vergi.

Bağbaşı – məhslun onda birinə bərabər olan vergi növü.Bağ məhsullarından alınırdı.

 

Bank(itlyanca)-"banka” sözündədir,bu da skamya”, idarə " stolu” deməkdir. Orta əsrlərdə Qərbi  Avropa şəhərlərində sərrafların oturduğu skamya belə adlanırdı.

 

Barbarlar(yunanca) – "barbaros” sözündən olub "əcnəbi”,anlaşılmaz dildə danışan deməkdir. Romalılar və yunanlar Avropanın  alman tayfalarını

Balxan küçəsi – Bakı şəhərində Füzuki küçəsi.

 

 Ballada(fransızca) – "rəqs edirəm”sözendəndir.Ədəbiyyatda lirik əhvali-ruhiyyə ifadə edən epik şer forması.

 

Bayrat torpaqları – Hülakülərin dövründə istifadəsiz qalmış boş torpaqlar.

 

Bazarın bağlanması – İranda,o cümlədən,Cənubi Azərbaycanda tətilə,yaxud inqilaba çağırış.

 

Bədəvi(ərəbcə) – səhra adamı deməkdir.Ərəbistandakı dəhralarda köçəri həyat keçirən adam.

 

Bəhrə - Yaxın Şərq ölkələrində o cümlədən Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məsulla alınan

belə adlandırlmışdılar. Sonralar kobud, vəhşi mənasında işlədilmişdir.

 

Bərbarossa- bu ad Müqəddəs Roma imperatoru   Fridrix Barbarossanın adından götürülmüşdür. İkinci Dünya  müharibəsi dövründə nasist Almaniyasının SSRİ-yə qarşı qısamüddətli hərbi əməliyat planı idi.

 

Barıtma-qazaxlarda batırın şücayət göstəricisi, düşmən tayfanın malını sürüb aparmaq hüququ.

 

Barokko – "təmtəraqlı”deməkdir.XVII-XVIII asrlərdə Avropada memarlıq üslubu.

 

Baron – Avropada feodal titulu.hersoq və qrafların vassalı.

 

Baskak – Monqol vəQızıl ordu dövlətlrində xanın işğal edlmiş ərazilərdəki nümayəndəsi.Yerli hakimlərin fəaliyyətinə nəzarət edir,vergilər toplayır,mükəlləfiyətləri icra edirlər.

 

Baş ştatlar – XVI-XVIIIəsrlərdəFransada silki nümayəndəliyin ali orqan.

 

Başlıq –bir sıra türk xalqlqrında gəlin üçün evlənən ailədən alınan məbləğ.

 

Batir – qazaxlarda igid və sücaətliadamlara verilən ad.

 

Bayat qapısı – Oğuzlar Dərbənd səddindəki qapılardan birini bayat tayfasının şərəfinə”Bayat qapısı”adlandırmışdılar.

 

"Bonic sistemi” – Bu sistemə,əsasən,İranda hər bir kəndli

vergi.

 

Bəngüdaşlar – Göyterklərin öz xaqanlarının şərəfinə qoyduqları üzərində yazılar olan daş sütunlar.

 

Bəril(ərəbcə) - ərəb xilafətinin müxtəlif əraziləri ilə paytaxt arasında əlaqə yaratmaq məqsədi ilə yaradılmış rabitə mərkəzi.

 

Bərzəx(ərəbcə) - əsasən,iki geniş sahəni birləşdirən ensiz quru zolağı.

 

Bəstə turma – İranda,o cemlədən Cənubi Azərbaycanda geniş yayılmış etiraz forması.Etiraz edən qüvvələr toxunulmaz hesab edilən yerlərdə(nüfuz ruhanilərinin evlərində,müqddəs yerlərdə və xaici ölkələrin səfirliklərində)yoplaşaraq öz etirazlarını bildirirdilər.

 

Beşyüzlər şurası – Püşkatma yolu ilə30 yaşna çatmışAfina vətəndaşlarından seçilmiş icra hakimiyyəti(Qəim Yunanıstanda)

 

Bidətçi(ərəbcə0 – "yenilik gətirmək”.Küfr deməkdir.Bütün dinlərdəolduğu kimi xristyan dinində də əsas dini ehkamları qəbul etməyən”yeni tlim tərəfdarları”na verilənad.

 

Bill(ingiliscə) – qanun deməkdir.Parlament üzvünün irəli sürdüyü qanun layihəsi.Parlament tərəfindən qəbul edildikdən və dövlət başçisi tərəfindən təstq edildikdən sonra qanun qüvvəsi almış olur.

 

Biti(farsca)”iyirmi”sözündəndir.Səfəvi şahı I Təhmasibin dövründə buraxılmış iyirmi dinara bərabər xırda gümüş sikkə.XVII əsrin axırarlarınadək dövriyyədə olmuşdur.

təsərrüfatı orduya bir əsgər verməli və onu təmin etməli idi.

 

Borc daşı – Afinada kəndlilər aristokratlarda borc taxıl alanda kəndlinin sahəsində qoyukan daş.Bu daşın üzərində kəndlinin kimdən,və nə qədər borc aldığı və nə vax qaytarmalı olduğu yazılırdı.Kəndli borcunu vaxtında qaytara bilmədikdə,ailəsi və özü qula çevrilirdi.

 

Boyar – rus knyazlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarındaBöyük knyazdan sonra dövlətin idarə edilməsində mehüm rol oynayan yüksək zümrə,iri əyan.

 

Boykot(ingiliscə) – bu tədbiri ilk dəfə1880-ci ildəİrlandiya icarədarları onlarla sərt rəfar edən malikanə müdiri Boykota qarşı tətbiq etmişlər.”Boykot”termini onun adından götürülmüşdür.Beynəlxalq hüquqda boykot bir dövlətin başqa dövlətlə və ya bir qrup dövlətlə ticarət,malittə əlaqələri yaratmaqdan və ya saxlamaqdan imtina etməsidir.Boykot iqtisadi və siyasi mübarizə üsuludur.

 

Brahma – Hinduizm tərəfdarlarının sitayiş etdiyi allahlardan biri.

 

Brahnanlar – Hind kahinləri.Onlar Hindistanda yüksək kasta(bax: kasta) qrupunu təşkil edirlər.

 

Budda – "həqiqətlə işıqlanmış”,”nurlu”deməkdir.Buddizm dinində ən müqəddəs varlıq.

 

Buddizm - dünyada ən geniş yayılmış dinlərdən biri.E.ə.VI-V əsrlərdə

Biy – Qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun başçısı. Hindistanda yaranmışdır.Banisi Buda adı ilə məşhur olan Siddhartha Qautama hesab edilir.

 

 

Biyar(farsca) – müftə,muzdsuz deməkdir.Kəndlilərin feodal təsərrüfatında əvəzi ödənilmədən məcburi gördüyü bütün işlər.

 

Blokada(ingiliscə) – mühasirə,təcrid.1)ərazi,şəhər,qala vəs. – nin xarici aləmlə əlaqəsini kəsmək məqsədi ilə mühasirəyə alınması;2)hər hansı dövlətə təsir göstərmək üçün onun siyasi və iqtisadi cəhəddən təcrid olunmasına yönəldilmiş tədbirlər sistemi.

 

Boqdıxan –Mancur imperatorlarına verilən ad.

 

Bulqar (türkcə) – "qarışmaq”mənasındadır.Oğuz türk toplusuna daxil olan onoquzlar,sarıqurlar,utriqurlar,kutriqurların Hun türkləri ilə qaynayıb qarışmasıdan törəmişdir.

 

Bulqar-türk dövləti – VIIəsrdə Cənub-Şərqi Avropa ərazisində yaranmış müstəqil dövlət.

 

"Buzovlar ölkəsi”(yunanca) – İtalya sözünün hərfi mənası. Bu adı burada çoxlu mal-qaranın və otlaqların olmasını gorüb heyrəə gələn yunanlar vermişdilər.

 

Büdcə defisiti – dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması.

 

Bürokatiya – süründürməçilik,rəsmiyyətçilik.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.