"Ə" hərfi ilə başlayan hərfl

[/b]

[b]"Ə" hərfi ilə başlayan hərfl

Ə

 

 

Əbu-Bəkr – ilk ərəb xilafəsi.Dörd "raşidi xəlifə”dənbiri(632-634).Məkkə taciri idi,İslam dinini ilk qəbul edənlər və Məhəmmədin ən yaxın silahdaşlarından olmuşdur.Məhəmməd onun qızı ilə evləndikdən sonra Əbu-Bəkrin nüfuzu daha da artmışdı.

Ədliyyə(ərəbcə) - ədalət,qanunçuluq,bütün məhkəmə və hüquq idarələri sistemi və onların fəaliyyəinin məcmusu.

Əfşarlar – türksoylu tayfa.Qızılbaş tafa birliyinin tərkibində Səfəvi imperatorluğu yaranmasında iştirak etmişlər.Səfəvi imperatorluğunun varlığına son qoymuş Nadir şah Əfşarlardan idi.

Əxbar – Azərbaycanda ilk həftəlik rayon qəzeti(Quba rayonunda).

Əxilik – orta əsrlərdə Azərbacanda və yaxın Şərqdə yayılmış mütərəqqi ictimayi-siyasi təşkilat.Əxilərə əmək sevərlik,səxavət,qonaqpərvərlik,humanizm,ədalət kimi keyfiyyətlər xas idi.

"Əkinçi” – Azərbaycanda ilk milli qəzet.1875-1877-cı illərdə Bakida nəşr edilmişdir.Cəmi 56 nömrəsi buraxılmışdır.Redaktoru H.B.Zərdabi olmuşdur.

Əmək məhsuldarlığı – müəyyən zaman müddətində insanın görmüş olduğu işin həcmi.

Əmir-əl-üməra(ərəbcə) - əmirlər əmiri.Orta əsrlərdə müsəlman ölkələrində.ocümlədən,ölkəmizdə mövcud olmuş ən yüksək hərbi vəzifə.baş komandan.

Əmlak senzi – Seçki hüquqlarını almaq üçün müəyyən edilmiş gəlirin və ya məbləği.

Əmtəə - Satış üçün,bazar üçün istehsal olunan mal.

Əncümən(farsca) – şura deməkdir.1905-1911-ci illər İran inqilabı dövründə Cənubi Azərbaycan şəhər və əyalətlərində yaranmış demokratik hakimiyyət orqanı.

Əndəlus – İspaniyanın cənubunda tarixi vilayət.Ərəblər bütün müsəlman İspaniyasını belə adlandırırdılar.

Əsnaf(ərəbcə) – təbəqə.Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində.həmçinin Azərbayanda sənətkarların birləşdikləri sex təşkilatı;təşkilatın üzvlərı də əsnaf adlanırdı.Əsnafa ağsaqqal və ya ustabaşı başçılıq edirdi.

Əvariz(ərəbcə) – təsadüfi hadisə deməkdir.Orta əsrlərdə Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində daimi olmayan,fövqəladə vergi.Naturs və ya mükəlləfiyyət şəklində ödənilirdi.

Ərzaq sapalağı – bolşevik Rusiyasının ilk dövrlərdə tətbiq edilmiş zorakı ərzaq toplanması.Kəndli öz yeməyi və toxumdan başqa qalan taxılı məcburi şəkildə dövlətə satmalı idi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 yanvar 2013 20:10
    erzaq sapalaqi daha cox xosuma geldi.twk. wink wink wink

  2. 14 aprel 2014 21:50
    emtee maraqli geldi ama neyse cox maraqli yerdi bully bully

  3. 22 iyun 2014 16:16
    [url=http://][/url] XOWUM GELDI.TEWEKKURLER.
    fellow

    --------------------

  4. 16 fevral 2016 19:14
    cox gozeldir

    maraqli geldi ama neyse cox maraqli yerdi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.